Azərbaycan ədəbi dilinin ÜSLUBLARI
Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdir.
Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışlari bir-biri ilə qarışdırmaq olmaz.
Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır.
Davamı →