Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Tamamlıq

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.
Davamı →

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).


Ardı →

Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr

Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir.Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyamr. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyamr, qusların səsi esidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən (bağlayıcı və intonasiyanın köməyi ilə) bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir.


Ardı →

Cümlə üzvlərinin əlavəsi, həmcins üzvlər

Cümlədə özündən əvvəiki üzvü izah edən, dəqiqləsdiran sözə və ya söz birləşməsinə əlavə deyilir.
Əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir, həmin üzvlə eyni qrammatik formada olur və ondan xüsusi fasilə, intonasiya ilə ayrılır. Məsələn: İbrahimlə İsmayıl — ata ilə oğul Kəbəni yenidən ucaltdılar. Əli özümüzünküdür — uzaq qohumumuzdur. Günaya — X sinifşagirdinə mükafat verdilər. Dünən, mayın 15-də fərdi sərgim açıldı.

Yuxarıdakı cümlələrdə sıra ilə mübtədanın, xəbərin, tamamlığın və zərfliyin əlavəsi işlənmişdir. Nadir hallarda təyinin də əlavəsi işlənir. Bu zaman əlavədən sonra çox vaxt, yəni sözü işlənir: Sonuncu, yəni iyirmi beşinci test çox çətin idi.


Ardı →

Cüttərkibli və təktərkibli cümlələr

Baş üzvlərin iştirakına görə sadə cümlə iki növə bölünür: cüttərkibli cümlələr, təktərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir.
Məsələn: Zəng vurulur. Dərs başlanır. Müəllim sinfə daxil olur. Şagirdlər ayağa qalxırlar və s. I və II şəxslərin tək və cəmində mübtədası nəzərdə tutulub, lakin buraxılan cümlələr də cüttərkibli cümlələr sayılır. Belə cümlələlərin mübtədasını xəbərdəki şəxs sonluqlarına əsasən asanlıqla bərpa etmək olur. Məsələn:
Dərslərimi oxudum. Kim? Mən.
Evə gedirsən?
Kim? Sən.
Sabah bizə gələrsiniz
Kim? Siz.
Dəniz sahilində dincəlirik       
Kim? Biz.


Ardı →

Tabeli mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
Davamı →

Təyin

Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah (təyin) edən ikinci dərəcəli üzvə təyin deyilir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sınifdə iyirmi şagird var. Çalısqan şagırdlər misalları hamıdan tez həll etdilər və s.
Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikəri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifət). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzlik). Yatmıs körpə səsə oyandı (feli sifətlə) və s.
Davamı →

Arayış

Arayış hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir. Əlbəttə, arayışın bu formasında bir və ya bir neçə şəxs haqqında məlumat verilir. Lakin mürəkkəb mexaniziminə malik olan arayış növü də vardır. Belə arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. Arayışın özünə məxsus forması vardır. Belə ki, arayışın sol tərəfdən üst küncündə idarənin ştampı, ortada arayış sözü, aşağıda məzmun, ən nəhayət, axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü vurulur.
Ardı →

Nitq mədəniyyəti

Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.


Davamı →