Göy qutabı

Tərkibi:
Xəmir üçün:
Un – 1 kq.
Su – 2 st.
Yumurta – 1 ədəd
Duz – bir çimdik

İçlik üçün:
Baş soğan – 1 ədəd
Ərinmiş kərə yağı – 2 x.q.
Göyərtilər – şüyüd, keşniş, kərəviz, ispanaq – zövqdən asılı olaraq.
Duz – istiot Kərə yağı – yağlamaq üçün
Qatıq – sumaq – masaya vermək üçün.

Hazırlanması:
Əvvəlcə xəmiri yoğururuq. Üstünü örtüb dincə qoyuruq. Bu vaxt ərzində göyərtilər yuyulur, xırdalanır. Baş soğan yağda pörtlədilir. Göyərtilərə vurulur, duz – istiot səpilir və qarışdırılır. İçlik hazır.

Xəmir gəlibsə, o zaman ondan yumurtadan da kiçik kündələr kəsirik, yumrulayırıq və yayırıq. Sonra xəmirin tən yarı hissəsinə içlikdən qoyuruq və digər tərəfi ilə örtürük — aypara şəklində.

Sonra ya isidilmiş sacda, ya da tavada heç bir yağ vurulmadan hər iki üzünü qızardırıq. İsti-isti yağlayırıq. Qatıqla, sumaqla süfrəyə təqdim edirik. Nuş olsun!

 

0 şərh