Şalampur

Ərzaqlar:
  • Ət – 2 kq.
  • Soğan — 1 kq.
  • Yağ – 1,5 kq.
  • Kərəviz – 1 dəstə
  • Şirin bibər – 3 kq.
  • Acı bibər – 1 ədəd
  • Pomidor – 2 kq.
  • Alça turşusu – 1 kq.
  • Şabalıd — 2 kq.
  • Duz, istiot.

Hazırlanması:
Ətin üstünə üzərinə çıxanadək su tökülür. Qaynadılır, kəfi yığılır. İçərisinə soyulmuş soğan və duz əlavə olunur. Ət yumşalandan sonra suyu süzülür. Qazanda yağ dağ edilir, üzərinə bir lay ət düzülür.

Sonra doğranmış şirin bibər, 2 ədəd acı bibər, pomidor, alça qurusu, suda yarı bişmiş şabalıd, 2 ədəd limon yığılır, duz, istiot vurulur, soğan, kərəviz də qoyulub, yenidən ət düzülür. Beləcə 2-3 lay etmək olar. Orta odda bişirilir. Hazır olanda odun üzərindən götürülür. Nuş olsun!

 Mənbə: T.Əmiraslanov və A.Əmiraslanovanın “QARABAĞ MƏTBƏXİ” kitabı

0 şərh