Toyuq çığırtması

Lazımi ərzaqlar:
Kənd çolpası - 2 ədəd
Baş soğan - 10 ədəd
Yumurta - 15 ədəd
Kərə yağı - 200 q
Abqora - 50 q
Duz, istiot

Hazırlanma qaydası
1.     Çolpa tikələrə bölünür, yuyulur və xırda doğranılmış soğanla kərə yağında qovrulur, duz və istiot vurulur.
2.     Çolpa bişənə yaxın üzərinə yaxşı çalınmış yumurta əlavə edilir. Qarışdırmadan üzərinə abqora gəzdirilir və yağa düşənədək bişirilir.

Toyuq çığırtmasının digər resepti:
Toyuq – 1 ədəd,
 Sogan - 200 qr,
 bibər – 2 ədəd,
 pomidor – 3 ədəd,
 yumurta – 4 ədəd,
 kərə yağı – 200 qr,
 keşniş, şüyüd -  yarım dəstə
 duz, istiot, sarıkök

Hazırlanma yolu:
 Toyuq doğranır, sarıköklə, kərə yağında qızardılır. Üstünə soğan əlavə edilib qızardılır. Doğranılmış bibər, yenə də qızardılır. Doğranılmış pomidor, 5 dəqiqə bişir, üstünə yumurta endirilir. Bişdikdən sonra üstünə göyərti səpilir.

0 şərh