Рейтинг
+26.38

Azərbaycan mətbəxi

24 üzv, 45 topik

Göy qutabı

Tərkibi:
Xəmir üçün:
Un – 1 kq.
Su – 2 st.
Yumurta – 1 ədəd
Duz – bir çimdik

İçlik üçün:
Baş soğan – 1 ədəd
Ərinmiş kərə yağı – 2 x.q.
Göyərtilər – şüyüd, keşniş, kərəviz, ispanaq – zövqdən asılı olaraq.
Davamı →

Abşeron tortu

Xəmir üçün: (3 korj)
Yumurta – 6 ədəd
Şəkər tozu – 2,25 st.
Un – 1,5 st.
Üyüdülmüş qoz ləpəsi – 1 st.
Üyüdülmüş badam – 0,5 st.
Vanilin – yarım paket
Qabartma tozu – 1 paket

Krem və bəzək üçün:
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 st.
Un – 3 x.q.
Vanilin – yarım paket
Süd – 1 st.
Davamı →

Xaşlama

Tərkibi:
Sümüklü ət – 1 kq.
Baş soğan – 5 ədəd
Kartof – 7 ədəd
Bolqar bibəri – 3-4 ədəd
Pomidor – 2-3 ədəd
Duz-istiot – zövqə görə
Paprika – qırmızı toz bibər – bir çimdik
Dəfnə yarpağı – 2 ədəd.

Hazırlanması:
Ət doğranılır, yuyulur, qazana yığılır, üzərinə 3 st. qaynar su tökülür və odun üzərinə qoyulur. Kəfi yığılır, sonra qazana dəfnə yarpaqları atılır və ət yumşalana kimi bişirilir. Sonra üzərinə doğranmış bolqar bibərlər, kartof və pomidor dilimləri, halqa formasında doğranmış baş soğanlar tökülür.
Davamı →

İrəvan kətəsi

Azərbaycan mətbəxinin ən qədim şirniyyatlarından biri də İrəvan kətəsidir. Əvvəllər bu kətəni hazırlamaq böyük şan-şöhrət, məharət hesab edilərdi. Düzdü, son illər xanımlarımız arasında bu cür şirniyyatlara maraq azalsa da, amma bişirən, ənənələri yaşadanlar da az deyil.

Xəmir üçün:
Kərə yağı – 250 qr.
Xama – 200 qr.
Soda – 1 ç.q.
Sirkə – 1 x.q.
Vanilin – 1 paket
Un – 4-4,5 st.

İçlik üçün:
Un – 1,5 st.
Şəkər tozu – 1,5 st.
Kərə yağı – 100 qr.
Davamı →

Buğlama

Tərkibi:
Qoyun əti – 500 qr.
Şirin bolqar bibəri – 2 ədəd
Badımcan – 1 ədəd
Baş soğan – 1 ədəd (iri)
Şüyüd – yarım dəstə
Alça qurusu – bir ovuc
Duz – zövqə görə.

Hazırlanması:
Əvvəlcə ət bişirilir, kəfi yığılır. Badımcanın qabığı soyulur və duzlanır ki, acısı çıxsın.
Qazana əvvəlcə halqa formasında doğramış soğan, sonra ət, bolqar bibəri, badımcan dilimləri düzülür, bir neçə dənə alça turşusu atılır. Sonra ətin bulyonu süzülür, yağ əlavə edilir və buğlama tam hazır olana yaxın doğranmış şüyüd qatılır, oddan götürülür. Nuş olsun!
Davamı →

Ayranlı aş

Tərkibi:
Qatıq – 300 qr.
Qaragöz lobya – 200 qr.
Sarımsaq – 3-4 diş
Çuğundur yarpağı – 2-3 ədəd
Pərpətöyün – yarım dəstə
Keşniş- şüyüd – yarım dəstə
Su – 1 l.
Un – umac üçün

Hazırlanması:
Lobyanı iri qazanda bişənə kimi qaynadırıq. Bişən kimi üzərinə xırda doğranmış göyərtiləri, çuğundur yarpağını səpirik. Ayrı bir qabda undan umac hazırlayıb üstünə əlavə edirik və qarışdırırıq, oddan götürürük. Bir qədər soyuyandan sonra soyuducuya qoyulur. Bir neçə saatdan sonra soyuducudan çıxarılır, üzərinə sarımsaq-qatıq səpilir və qarışdırılır. Ayranlı aş çox duru olmamalıdır. Nuş olsun!
Davamı →

Maxara

Maxara – Azərbaycan milli mətbəxinin, xüsusilə də Zaqatala, Balakən rayonlarının ən sevimli və qədim yeməklərindəndir. Formasına görə günəşə bənzədilir. Hazırlanması isə çox sadədir.

Ərzaqlar:
Yumurta – 3 ədəd
Un – 1 kq.
Süd – 1 litr
Duz – 0,5 ç.q.
Su – 500 ml.
Şəkər tozu – 250 qr.

Hazırlanması:
Əvvələ yumurtalar sındırılır, üzərinə şəkər tozu əlavə edilir və qaşıqla və ya yumurta çırpanla qarışdırılır. Qarışdıra-qarışdıra buraya süd də əlavə edilir. Sonra duz və un tökülür, qarışdırılır. Qatı alındısa, bir az da süd-su əlavə edə bilərsiz. Xəmir blinçik xəmiri kimi bir az duru olmalıldır, qatı yox.
Davamı →

Bakı qurabiyəsi

Ərzaqlar:
Un – 150 qr.
Şəkər kirşanı – 50 qr.
Yumurta ağı – 1 ədəd
Vanilin – 5 qr.
Kərə yağı – 100 qr.
Alma və ya ərik povidlası – 100 qr.

Hazırlanması:
Kərə yağı ev temperaturunda yumşaldılır, qənd kirşanı ilə birlikdə mikserdə çalınır. Sonra bura yumurta ağı, vanilin və un əlavə edilir, qarışdırılır. Gül başlıqlı şprislə soba üçün formaya peçenyelər salınır. Barmağımızla ortasından yüngülcə basıb yuva açır, ora povidla qoyuruq. Qurabiyələr 220 dərəcədə 12 dəqiqə bişirilir. Nuş olsun!
Davamı →

Xəşil

Ərzaqlar:
Əla növ buğda unu – 150 qr.
Su – 400-300 ml.
Yağ – zövqə görə
Duz – bir çimdik
Doşab – zövqə görə

Hazırlanması:
İri dərin tavada unu 400 ml. qaynanmış ilıq su ilə qarışdırıb açın. Bura bir çimdik duz atın. Odu azaldın, qarışdırmağa davam edərək qalan 300 ml. suyu da əlavə edərək, 5-6 dəqiqə qarışdırın.
Qapağı qoyub, 15 dəqiqə bişirin. İsti isti boşqaba çəkib, üzərinə kərə yağı və 1 qaşıq doşab qoymaqla qarışdırılıb yeyilir.
Davamı →

Lənkəransayağı Fisincan

Ərzaqlar:
  • Cır nar – 0,3 kq.
  • Palçıq turşu – 0,3 kq.
  • Balqabaq – 1 kq.
  • Qırmızı soğan – 1 kq.
  • Ördək və ya toyuq – 1 ədəd
  • Bal – 100 qr.
  • Qoz – 1 kq.
  • Duz, istiot – zövqə görə
  • Kərə yağı – 100 qr.

Hazırlanması:
Cır nar tənzifə bükülüb qazanın dibinə qoyulur. Üstünə soyulmuş soğan, boranı və palçıq turşu əlavə edilir, toyuq qoyulur və su tökülüb bişirilir. Toyuq əti bişəndən sonra qazandan çıxarılır, qalan ərzaqlar yenidən qaynamağa qoyulur və 2 saatdan sonra oddan götürülür, aşsüzəndən süzülür.
Davamı →