Midiya dövləti

Midiyanın adı ilk dəfə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix” əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya tayfaları e.ə. IX — e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər.
E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı. Dövlətin paytaxtı Ekbatan şəhəri idi.
Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə. 653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi. Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü (e. ə. 653 — e. ə. 625-ci illərdə).

Kiaksarın dövrü (e. ə. 625 — e. ə. 585)
Midiyanın ən qüdrətli hökmdarı Kiaksar olmuşdur. Kiaksar:
  • Midiyada skif ağalığına son qoydu;
  • Xırda vilayətləri mərkəzi hakimiyyətə tabe etdi;
  • Hərbi islahat keçirərək ordunu yenidən qurdu;
  • Yeni Babil dövləti ilə ittifaqa girərək Assuriya dövlətinə son qoydu;
  • Urartu, Skif çarlığı və Manna dövlətinə son qoydu;
  • Egey dənizinə çıxmaq üçün Lidiya dövləti ilə müharibə apardı (e.ə.590- e.ə. 585-ci illərdə aparılan bu müharibədə heç bir tərəf qalib gəlmədi. Hər iki dövlət arasında sülh müqaviləsi bağlandı);
  • Midiyanı Ön Asiyanın ən qüdrətli dövlətinə çevirdi;
  • Assuriyanın torpaqlarını Yeni Babilistanla öz arasında bölüşdürdü.

Astiaqın dövrü (e.ə. 585-550)
Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq gəldi. Astiaqın hakimiyyəti illərində:
  • Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi;
  • Midiya zadagənlarının hüquqları məhdudlaşdırılmağa başlandı;
  • Dövlətlə əyanların ziddiyyətləri artdı;
  • Midiya sarayındakı farsmeyilli qüvvvələr fəallaşdı;
  • Bir qrup Midiya əyanı fars vilayətinin başçısı II Kirlə gizli sazişə girdi.

E.ə. 553-cü ildə Midiya dövləti ilə müharibəyə başlayan II Kir qələbə qazandı. Beləliklə, e.ə 550-ci ildə Midiya dövləti tarıx səhnəsindən silindi. Onun dövlətçilik ənənələri və mədəniyyəti Əhəmənilər dövləti tərəfindən mənimsənildi.

 

0 şərh