Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

Sərdar məscidi - İrəvan xanlığı


Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir. 
Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir.


Ardı →

Tarixdə türklərin imzası var

Son dönəmlərə qədər dünya elmi fikri müəyyən siyasi, dini, etnik dairələrin təsiri və sifarişi ilə türkləri (oxu azərbaycanlıları) ən erkən yazılı mədəniyyətə malik olan xalqların sırasında göstərmir, onların yaratdıqları mədəniyyətin tarixini süni şəkildə yaxınlaşdırmağa (cavanlaşdırmağa) çalışırdılar. Bununla da çağdaş sivilizasiyanın yazısının və yazılı mədəniyyətinin yaranmasında və formalaşmasında türklərin rolunu inkar edir, gizlətməyə çalışırlar. 
Ardı →

Azərbaycan Sovet rejimi şəraitində

XI Qırmızı Ordunun işğalından sonra Quzey Azərbaycanda da sovet-rejimi bərqərar oldu. Azərbaycan tarixinin sovet dövrü başlandı. Azərbaycanda ikinci Respublika — Sovet Sosialist Respublikası quruldu.
İlk vaxtlar hakimiyyət İnqilab Komitələrinin əlində idi. 1921 -ci ilin yazından yerlərdə idarəçilikdə seçkili sovet orqanları yaradıldı.
Respublikada ali qanunverici və icraedici hakimiyyət orqanları MİK və XKS-i yaradıldı, MİK-in sədri Muxtar Hacıyev və XKS-nin sədri Nəriman Nərimanov seçildilər. Həmin orqanlarda aparıcı rolu kommunistlər oynayırdılar.
İlk dövrlərdə bolşeviklər «Müstəqil sovet Azərbaycanı» şüarı ilə çıxış edirdilər. Rəsmi bəyanat xatirinə Azərbaycana da formal müstəqillik vermişdilər. Azərbaycan müstəqil olaraq xarici ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yarada bilərdi. Özünün hərbi qüvvələri də var idi. Lakin bu uzun çəkmədi. Mərkəz tərəfindən tədricən bu formal müstəqillik Azərbaycanın da əlindən alındı. Əvvəl ZSFSR-in (noyabr 1922) və sonra SSRİnin (dekabr 1922) təşkili ilə Azərbaycanın da formal müstəqilliyinə son qoyuldu.
Ardı →

Azərbaycan XX əsrin əvvəllərində

XX əsrin əvvəllərində siyasi qüvvə və hərəkatlar, əsası hələ XIX əsrin ikinci yarısında qoyulmuş dörd istiqamətdə cəmləşmişdi. Onlardan biri «maarifçi demokratlar» hərəkatı idi. Bu hərəkatın formalaşmasında «Əkinçi» (1875-1877), «Ziya» (1879-1881) və «Qafqazın ziyası»( 1881-1894) qəzetlərinin və «Kəşkül» (1887-1894) jurnalının mühüm rolu olmuşdu. Bu hərəkatın görkəmli nümayəndələri M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov, S.Ə.Şirvani, M.T.Sidqi, H.Mahmudbəyov, R.Əfəndiyev, S.M. Qənizadə və b. idi.
İkinci ictimai hərəkat inqilabçı demokratlar idi. Bu hərəkatın formalaşmasında «Molla Nəsrəddin», «Dəbistan» jurnallarının, M.Ə.Sabir poeziyasının müstəsna əhəmiyyəti olmuşdu,
Ardı →

Müstəqil Azərbaycan Respublikası

SSRİ-nin dağılması ilə Azərbaycan da müstəqillik əldə etdi. Azərbaycanda milli azadlıq hərəkatı hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bərqərar olmuş sovet rejiminin ilk günlərindən başlamışdı. 20-ci illərdə Azərbaycanı bürüyən müqavimət hərəkatı və üsyanlar buna misal ola bilər. Rejimin hələ ilk ilində — 1920-ci ildə ona qarşı Gəncədə, Qarabağda, Zaqatalada, Lənkəranda, Şəmkirdə və b. yerlərdə açıq üsyanlar baş vermişdi. 1920 — 1924-cü illərdə Azərbaycanda Sovet rejiminə qarşı 54 silahlı çıxış olmuşdu. Keçmiş milli demokratik partiyalar («Müsavat», «İttihad» və b.) gizlində öz fəaliyyətlərini davam etdirirdilər. Azərbaycanda milli müstəqillik uğrunda mübarizə aparan təşkilat və qruplar yaradılmışdı. Gizli fəaliyyətə keçən «İttihad» partiyası «Vətən və ölüm» qrupu yaratmışdı. A.Musaxanlının və N.Şahsuvarovun başçılığı ilə Bakı Pedaqoji Texnikumunda «Gənc Azəri» qrupu fəaliyyət göstərmişdi. «Müsavat» partiyası gizli şəkildə «İstiqlal» vərəqəsi nəşr etdirmişdi. 1923-cü ildə onun səhifələrində verilmiş bəyənnamədə yazılmışdı: «Ey türk (Azərbaycan) xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir. Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir!
Yaşasın Azərbaycan istiqlalı! Yaşasın üçrəngli bayrağımız!».
Ardı →

Səfəvilər dövləti haqqında

Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq, Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı. 
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı, ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s. 

Ardı →

Dağ yəhudilərinin tarixi

Qədim zamanlardan Qafqaz dağlarında dağ yəhudiləri yaşayıblar. Onlar iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar. Təəssüf ki, bu suallara cavab verən yazılı mənbələr hələ ki, aşkarlanmayıb. Müasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər Qafqaz dağlarında yaşamış dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı isə iri ticarət mərkəzi Səməndər olub. Səməndər şəhəri Dağıstanın indiki Tark aulu yaxınlığında yerləşirdi.
Davamı →

Su altında qalmış həyat

Qədim Bakının bir hissəsini Xəzər dənizi udub.Xəzər dənizi
1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşahlar Bakını yeni paytaxt seçir və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub? Sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır.

Ümumiyətlə, Xəzərin sualtı abidələrinin öyrənilmə tarixi 1968-ci ilə aiddir. Bu abidələrin tədqiqat və öyrənilməsi işlərinə rəhbərlik edən Viktor Kvaçidze bir çox abidələri elmə daxil edib. Bakı buxtasında sualtı abidələr qrupuna aid olan Bayıl qəsrində aparılan tədqiqat qəsrin divarlarının, xüsusən cənub bürclərinin təbii təsirlərə baxmayaraq salamat olduğunu göstərdi. Hazırda cənub bürclər suyun səthindən 5-10 sm hündür olduğundan müşahidə edilir.


Ardı →

Xocalı genosidi

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.
Davamı →

Azərbaycanlıların etnik tarixi

Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas əhalisi, türk qrupunun oğuz qoluna mənsub olan xalq – özlərini azərbaycanlı adlandırırlar. Azərbaycan türkləri azəri türkləri kimi də tanınırlar və müxtəlif dövrlərdə türklər, qafqaz türkləri, tatarlar, Qafqaz tatarları, adlandırılmışdır. Onlar ağ (Avropa) İrqin  xəzər (kaspi) tipinə Aid edilirlər. Müsəlmandırlar. Bir həssəsi sünnü, qalaqları isə şiədirlər. Soyköklərində başlıca olaraq iskit (skit, skif) sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar habelə başqa türk etnosları iştirak etmiş və oğuz türkləri (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynamışlar. Sayları təqribən 50 milyondur. O cümlədən Azərbaycan respublikasında –9 milyondan yuxarıdır, Cənubi Azərbaycanda və digər bölgələrində təqribən 30 milyondur.


Ardı →