Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

Şah Qacar Şuşanı işğal etmək istəmirdi

Qacarın Qarabağa hücum niyyəti də olmayıb. Çünki İbrahimxəlil xan da daxil, bir çox Azərbaycan xanlıqları Qacar hakimiyyətə gəldiyində onu hüquqi hökmdar kimi tanıyıblar.
Gürcüstanla Rusiya arasında 1781-ci ildə imzalanmış «Georgiyevski» sülhü var. Gürcüstan Rusiyanın hakimiyyəti altına girir. Qacar çar İrakliyə yazır ki, yüz illər boyu sən bizim – türklərin qulu olmusan, nəyə görə Rusiyaya tərəf keçirsən, öz səhvini düzəlt. İki dəfə hücum edir Tiflisə. Birinci hücumda da, ikincidə də Şuşada dayanır və Tiflisi alır.

Davamı →

Azərbaycanlı mühacir Atatürkdən nə istəmişdi?

XX əsr Əziz Alpoudların məhşəridir”
Zakir Sadatlı

İbn Xəlduna aid edilən bir ifadə var: “Coğrafiya taledir”.
Əziz Alpoud doğulanda Azərbaycan çar Rusiyasının tabeliyində idi. Bu tabelik, bu coğrafiya Əziz Alpoud və onun kimi yüzlərlə gələcəyin siyasətçisinin, yazıçısının, ziyalısının taleyi idi.
Əziz Alpoudu mərhum yazıçımız Zakir Sadatlının əlyazmasını taparaq nəşr etdirdiyi “Həyatımın hekayətləri” adlı kitabdan tanıdım. Mühacirət ədəbiyyatını yaxşı bildiyimi düşünsəm də, bu kitab məni xeyli təəccübləndirdi, xeyli zənginləşdirdi, yeni tədqiqatlara sövq etdi.
Maraqlı idi. 652 səhifəlik bir kitabda tanımadığım bu insan nələr yaşamışdı ki?
Davamı →

Mart qırğını haqqında arxiv qeydləri

1918-ci il Azərbaycan xalqının yaddaşındaiz buraxmışmühüm bir zaman kəsimidir. Məhz bu ildə Azərbaycanda yeni bir dövlətin təməli qoyulmuş, cümhuriyyət elan olunmuşdur. Ancaqunutmamalıyıq ki, bu əlamətdar hadisədənöncə bu torpaqlarda qan yaddaşımıza yazılacaq bir mart qırğını yaşanmışdır
Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə Anadoluda və Azərbaycanda müsəlman türk əhalisinə qarşı kütləvi qırğınlar həyata keçirmişlər.

Davamı →

Azərbaycanda anarxizm hərəkatı

Anarxizmin əsas prinsipi dövlət iqtidarının insan azadlığına zidd olduğu üçün məhv edilməsidir. Rus anarxistlərindən Bakunin, daha sonra Kropotkinin fikirlərinə görə, Rusiyada xalqın iradəsi ilə anarxist bir inqilab qaçınılmazdır. Bundan sonra isə Rusiya dövlətçiliyinin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan şəhər və kənd icmalarının sərbəst birliyi yaranmalıdır. Ancaq Bakunin və Kropotkinin son məqsədləri eyni olsa da, bu məqsədə çatmaq uğrunda mübarizə üsullarına dair fikirləri kifayət qədər fərqli idi.

Davamı →

Şah İsmayılın həyatının son anları

Azərbaycan xalqının dövlətçilik tarixində, hərbi, dini, ədəbi həyatında müstəsna xidmətlərə malik olan və hər zaman da qürurla xatırlanan Şah İsmayıl Səfəvi fenomenal keyfiyyətləri ilə insan zəkasını heyrətdə saxlayan bir sima kimi yalnız Azərbaycan xalqının deyil, bütünlükdə bəşər tarixinin yetişdirdiyi çox görkəmli dahilərdən biridir. Ona görə də Şah İsmayılın həyat və şahlıq taleyi həm sağlığında ikən, həm də sonradan çoxlu sayda qaynaqların, salnamələrin, elmi tədqiqat araşdırmaların mövzusu olmuşdu. Belə çoxsaylı əsərlərin əksəriyyətində Şah İsmayılın çox tez başa çatan ömrünün son anları da qələmə alınmış və onun dünyasını dəyişməsinin səbəbləri barədə bəzən bir-birindən fərqli olan fikirlər ortaya qoyulmuşdur. Bu fikirlər arasında ehtimallar da mövcuddur və şübhə etmək olmaz ki, bu ehtimallar Şah İsmayılın həyatının qısa olmasının və gözlənilmədən başa çatmasının səbəblərini axtarıb tapmaq cəhdləri ilə bağlı idi.

Davamı →

Laçının işğalı

1992-ci ilin yaz ayları Azərbaycan üçün ağır başlamışdı. Xocalının işğalı nəticəsində ölkədə ağır siyasi böhran yaşanırdı. Bu ərəfədə güclənən AXC, “Azadlıq” qəzetində Mütəllibova könüllü istefa etməsini təklif edən ultimatum yayımlayır. Yalnız bu halda AXC ona və ailəsinə təhlükəsizlik və istəsə, ölkədən getməyə zəmanət verəcəkdi. Əks təqdirdə AXC, güc tətbiq edəcəyini və qan tökülməsindən çəkinməyəcəyini bildirmişdi.

Davamı →

Bolşeviklər və Qarabağ

1917-ci ildə Oktyabr inqilabından sonra Rusiyada hökm sürən ikihakimiyyətlilik və davamında başlayan vətəndaş müharibəsində Qafqaz regionu həm bolşeviklər, həm də ağqvardiyaçılar üçün önəmli regiona çevrilmişdi. Ağlar Qafqazı idarə etmək üçün Zaqafqaziya Komitəsini, bolşeviklər isə Qafqazda inqilabı yaymaq üçün Qafqaz Bürosunu formalaşdırmışdılar. Qeyd etmək lazımdır ki, Azərbaycan bolşeviklərin Rusiya ərazisində uğur qazandıqları az sayda regionlardan biri idi.

Davamı →

Tağlar mağarası

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad oldu. Azərbaycan ərazi bütövlüyü bərpa edildi və bu torpaqlarda mövcud olan tarixi abidələrimizə qovuşduq. Həmin abidələrdən biri də Tağlar mağarasıdır. Mağara Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçay çayının sol sahilində yerləşir.

Davamı →

Şamaxıda qırğınlar

Azərbaycan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün  ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri  arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.  İndiki Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və Hacıqabul rayonlarının ərazilərini əhatə edən Şamaxı qəzasında 1917-ci ilin əvvəlləri üçün, Şamaxı şəhəri də daxil olmaqla 161 552 nəfər əhali yaşayırdı ki, onların da 72,8 %-ni müsəlmanlar, 13,8 %-ni ermənilər, 12 %-ni ruslar (o cümlədən, sektantlar-molokanlar), qalan əhalini isə dağ xalqları nümayəndələri və yəhudilər təşkil edirdilər. Şamaxı şəhərinin özünün 27752 nəfər əhalisinin 21 127 nəfəri – müsəlman, 4534 – erməni, 1737 – rus, 214- Qafqaz dağlıları, 136 nəfəri isə yəhudilərdən ibarət idi. Əhalinin bu etnik-dini nisbəti tam mənası ilə müsəlman əhalisinin xeyrinə olsa da, qəzanın və şəhərin inzibati-idarəçilik sistemində rusların, eləcə də bütün idarə strukturlarında geniş təmsil olunan və mühüm mövqeləri tutan ermənilərin mövqeyi daha yüksək idi. 

Davamı →

1948-1953-cü illər

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.
İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü.

Davamı →