Рейтинг
+14.34

beynəlxalq iqtisadi münasibətlər

29 üzv, 34 topik

Dünya istehsalı və beynəlmiləlləşmə prosesi

Hələ  XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin  90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.
Ardı →

Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan — istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı — kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur.
Ardı →

Dünya iqtisadiyyatının formalaşması

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu
Ardı →

Dünya iqtisadiyyatının yaranması

Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə — ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Ardı →

Fond birjaları

Səhmlər min cürdür, amma ən iri, ən tanınmış və ən fəal ticarət şirkətlərinin səhm payları Nyu-York Fond Birjasında (NYFB) qeydə alınmışdır. Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki çinar ağacının dibində toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalışıblar. 1990-cı illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya «kürsüsü» vardır; bu yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada informasiya broker ofisləri ilə birja arasında elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün 200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur, kvota və əmrləri idarə etmək üçün 800 telefon rabitəsindən istifadə edilir.
Davamı →

ABŞ iqtisadiyyatı necə işləyir?

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri


Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər — Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.


Ardı →

ABŞ iqtisadiyyatının tarixi

Müasir Amerika iqtisadiyyatının kökləri 16, 17 və 18-ci əsrlərdə qazanc dalınca bu qitəyə gələn avropalı məskunlara qədər gedib çıxır. Yeni dünya o zaman uğurlu marginal müstəmləkə iqtisadiyyatından əvvəlcə kiçik müstəqil fermer iqtisadiyyatına, daha sonralar isə tədricən yüksək səviyyəli mürəkkəb sənaye iqtisadiyyatına çevrilmişdir. Bu təkamül ərzində Birləşmiş Ştatlar öz inkişafını izləyən son dərəcə mürəkkəb institutlar inkişaf etdirmişdir. Dövlətin iqtisadiyyata cəlb olunması məsələsi əsas mövzu olaraq qalsa da, bu cəlb olunmanın hüdudları ümumən getdikcə genişlənmişdir.


Ardı →

Beynəlxalq iqtisadi təşkilatların təşəkkül tapması və inkişaf mərhələləri

Beynəlxalq iqtisadi təşkilatlar dövlətlərarası çoxsahəli razılaşdırılmış məqsədi, daimi orqanı, səriştəsi olan beynəl­xalq əməkdaşlıq institutu və beynəlxalq iqtisadi münasibət­ləri tən­zimləmək alətidir. Beynəlxalq iqtisadi təşkilatlar çər­çivəsində ümumiqtisad və ya xüsusi məsələlər üzrə gərgin danışıqlar gedir, mübahisəli və ziddiyyətli məsələlərin həlli yolları axtarılır və bu təşkilatlara üzv olan dövlətlər arasında münasibətlər ya­radılır və inkişaf edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərdə öz adından, eyni zamanda təşkilatın üzvü olub beynəlxalq müqavilələrin bağlanmasında öz qərarları ilə iştirak edən dövlətlər adından nisbətən sərbəst çıxış edir.


Ardı →

beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyəti­nin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin sək­kiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında müna­si­bət­lərdə yalnız allahın gücü yox eyni za­manda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fu­ki­di­dinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qob­bsun (1588-1679-cu illər) və nisbə­tən başa çatmış alman ge­ne­ralı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi mə­lumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.


Ardı →

Dünya iqtisadiyyatında beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:


  • Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;

  • İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;

  • İqtisadi birləşmə,sərbəst ticarət və iş birliyi münasibətlərini  inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.

Ardı →