Рейтинг
+14.34

beynəlxalq iqtisadi münasibətlər

29 üzv, 34 topik

Dünya iqtisadiyyatının hərbi-siyasi problemləri

Qlobal iqtisadi problemlərin həlli sahəsində ən mühüm məsələlərdən biri yer kürəsində sülhün bərqərar olması və qorunub saxlanılmasıdır. Bu problem həmişə bəşəriyyəti narahat etmiş, hal-hazırda da öz aktuallığını saxlayır. Müasir dünyanın inkişaf etmiş ölkələrində güclü, iri hərbi-sənaye kompleksləri yaradılmış, güclü silahlı qüvvələr mövcuddur. Hərbi sənaye komplekslərinin və güclü silahlı qüvvələrin yaradılmasına külli miqdarda vəsait sərf edilir. Hərbi-sənaye komplekslərinə və silahlı qüvvələrin saxlanmasına xərclənən bu vəsaitləri dünya xalqlarının rifahının yaxşılaşdırılmasına istiqamətləndirmək məqsədilə təkcə konversiya (konversiya — dövlət borclarının aşağı salınması məqsədilə faizin və ya ləğv olunma müddətini uzatmaq yolu ilə dövlət istiqrazı şərtlərinin dəyişməsi) nəzəriyyəsi yaratmaq deyil, hərbi-sənaye komplekslərinin sökülməsi, dağılması da zəruri və vacib məsələlərdən biridir.


Ardı →

Qərbi Avropa dünya iqtisadiyyatında

Avropanın müharibədən sonrakı iqtisadi inkişafının ilkin mövqeyi. II dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ABŞ aparıcı yer tuturdu.Avropa ölkələrinin iqtisadiyyatı tamamilə dağılmışdır. Dünya dövləti statusuna uyğun olaraq ABŞ bu illərdə yeni dünya quruculuğunun ümumi sisteminin işlənib hazırlanmasına başladı.Bu sistem ənənəvi liberal prinsiplərə əsaslanırdı.
İqtisadi planda yeni dünya quruluşunun əsasını maliyyə və ticarət sahəsində razılaşmalar təşkil edirdi.Maliyyə sahəsində müharibədən sonrakı  yeni dünya valyuta sisteminin əsası 1944-cü ildə Bretton-Vuds şəhərində keçirilən beynəlxalq konfransda qoyuldu.Bu sistemin prinsipləri aşağıdakılardan ibarətdir:


Ardı →

Dünya təsərrüfatında inkişaf etməkdə olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ)

İnkişaf etməkdə olan ölkələrin iqtisadi potensialı. Yeni sənaye ölkələrinin (YSÖ) rolu və mövqeyi.


İEOÖ” anlayışı yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün dünya ölkələrinin 4/5-nü birləşdirir.
İEOÖ-lər üçün əlamətlər bunlardır:


  1. Bütün bu ölkələr dünənə qədər müstəmləkə və qərbdən asılı idilər;
  2. Bu ölkələrin iqtisadi sistemi son dərəcə qeyri-sabitdir;
  3. Onlar inkişaf etmiş ölkələrin iqtisadiyyatından əhəmiyyətli şəkildə asılıdırlar.

Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı qruplara bölmək olar:


  1. Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji resurslarının eksportçuları): Bruney, İraq, İran, Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı.

  2. Xalis enerji resursları eksportçuları,lakin daima mənfi tədiyyə balansı ilə: Əlcəzair, Venesuela, Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və başqaları aiddir.

  3. Yeni sənaye ölkələri (YSÖ) Cənub-Şərqi Asiya ölkələri: Cənubi Koreya, Honkqonq, Sinqapur, Tayvan, Malaziya, Tailand, İndoneziya, həmçinin Argentina, Braziliya.

  4. Dördüncü dünya adlandırılan ölkələr: Bu iqtisadi cəhətdən ən geridə qalan, sosial vəziyyəti pis olan dövlətlərdir (60-a yaxın ölkədən ibarətdir). Onlara Afrika ölkələrinin əksəriyyəti, Asiyanın bəzi ölkələri (Banqladeş, Şri-Lanka, Nepal, Yəmən), Amerika qitəsi ölkələrindən Haiti, Honduras, Nikaraqua, Santo-Dominqo və başqaları aiddir.

Ardı →

Ümumdünya Ticarət Təşkilatı

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı radio müzakirələrinin birində iştirakçılar müxtəlif idealar, yeni fikirlər və təkliflər irəli sürürlər: "ÜTT bunu etməlidir", "ÜTT belə etməlidir" və s. Nəhayət, iştirakçılardan biri dözməyib səslənir: "ÜTT bir stoldur. İnsanlar onun ətrafında əyləşir və danışıqlar aparırlar. Siz stolun nə etməyini gözləyirsiniz?"

ÜTT danışıqlar nəticəsində yaradılmışdır və bu təşkilat çərçivəsində qəbul edilən qərarlar da danışıqların nəticəsidir.

ÜTT 1995-ci ildən fəaliyyətə başlasa da, çoxtərəfli ticarət sistemi o qədər də gənc deyil.


Ardı →

Dünya ölkələrinin klassifikasiyası

Dünya ölkələrinin klassifikasiyası


Ölkələrin sərhədləri ilə əhatə olunduqlarına görə milli iqtisadiyyatların dünya iqtisadiyyatının subyektləri kimi öyrənilməsində ayrı-ayrı ölkələrin və ölkə qruplarının inkişaf göstəricilərindən istifadə olunur. Yer kürəsində mövcud olan ölkələrin sayı daima artır. Əgər XX əsrin əvvəllərində dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü keçmişdir. Hazırda Dünya bankının statistikasına əsasən dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər mövcuddur. Onların arasında həm ərazisinə və əhalisinin sayına görə böyük olan ölkələrə (Çin, Hindistan, Rusiya, ABŞ və Brazilya), həm də tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast gəlinir. Bəzi ölkələr təbii sərvətlərlə zəngin olsalar da, bəziləri resurs çatışmamazlığından və ya olmamasından çətinlik çəkir. Bir çox ölkələrin dənizə birbaşa çıxışı olsa da, bəzi ölkələr (Çad, Mali, Nepal) qitədaxilində yerləşir. Aydındır ki, ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə coğrafi mövqe də təsir göstərir.


Bütün ölkələr digər milli iqtisadiyyatlarla qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə milli iqtisadiyyatın formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə görə milli iqtisadiyyatların müxtəliflikləri ilə əlqədardır. Buna görə də dünya təsərrüfatının təhlilində ölkələrin müxtəlif kriteriyalara görə təsnifləşdirilməsindən istifadə edilir.



Ardı →

Qlobal böhran və onun səbəbləri.


Sizlərə təqdim etdiyim məqalə Emin Hüseynov tərəfindən bir tanışının xahişi əsasında yazdığı çox maraqlı və elmtutumlu məqalədir. Sizə bu məqaləni olduğu kimi çatdırıram…


Tanışlarımdan biri məndən qlobal böhranın səbəbləri barədə soruşdu və mənim cavabım uzun alındı. Amma fikirləşdim ki, ictimaiyyətə bu barədə yazım və bəlkə elə fikirlər oldu ki, hamı üçün, o cümlədən mənim üçün də maraqlı olsun. O üzdən buyurun oxuyun və fikrinizi bildirin.


Əslində iqtisadiyyat nə qədər mürəkkəb görünsə də, çox sadə və qeyri-səlis elmdir, hətta o qəder qeyri-selis ola bilir ki, bəzən hetta iqtisadiyyati bir elm sahəsi kimi qəbul etməyənlər də olur. Buna baxmayaraq hesab edirəm ki, iqtisadiyyat elmdir, çünki tarixin sınağından çıxmış və sübuta yetmiş fundamental qanunları var. Qanun varsa, demək ki, elmdir.


Ardı →

Dünya iqtisadiyyatının inkişafında müasir meyllər və problemlər

Dünya təsərrüfatı XXI əsrin əvvəllərində öz miqyasına görə qlobaldır, bütünlükdə bazar iqtisadiyyatının prinsiplərinə, beynəlxalq əmək bölgüsünün obyektiv qanunauyğunluqlarına, istehsalın beynəlmiləlləşməsinə əsaslanır və bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan, beynəlxalq iqtisadi münasibətlərdə və beynəlxalq əmək bölgüsündə iştirak edən milli iqtisadiyyatların məcmusunu təşkil edir. Müasir dünya təsərrüfat münasibətlərinin öyrənilməsində dünya iqtisadiyyatının inkişafındakı əsas meyllər və qanunauyğunluqlara diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünya iqtisadiyyatının inkişafında bir sıra meyllər müşahidə edilməkdədir.
Hər şeydən əvvəl təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesi qeyd edilməlidir.


Ardı →

Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, təsərrüfat həyatının beynəlmiləlləşməsi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Dünyada heç bir ölkə beynəlxalq əmək bölgüsündə (BƏB) fəal iştirak etmədən, beynəlxalq iqtisadi münasibətlər (BİM) sisteminə qoşulmadan öz normal inkişafını təmin edə bilməz. Qeyd etmək kifayətdir ki, dünya istehsalının 20%-dən çoxunu təmin edən ABŞ kimi supergüc polada olan daxili tələbatın 20%-ni, geyim üzrə 1/3-ni, videotexnika üzrə 100%-ni idxal hesabına ödəyir. Təcrübə göstərir ki, müxtəlif ölkələrdə avtarkiyaya meyl (şəxsi qüvvələrə arxalanma) milli strukturların inkişafdan qalmasına və əhalinin yoxsullaşmasına səbəb olur. Misal üçün Şimali Koreyanı və Kubanı göstərmək olar. Səmərəli coğrafi mövqeyə və əlverişli təbii resurslara malik olan bu ölkələr iqtisadi inkişaf səviyyəsinə görə ölkələrin siyahısında axırıncı yerlərdədirlər.


Ardı →

Zəif inkişaf etmiş ölkələr

Zəif  inkişaf etmiş ölkələrin ümumi iqtisadi xaraktetiktikası. Müstəqillik əldə etdikdən sonra Afrika ölkələrinin iqtisadi inkişafı üçün rahat şərait yarandı. Müasir dövrdə Afrika müxtəlif dövlət hakimiyyəti forması və müxtəlif iqtisadi səviyyə ilə müstəqil ölkələrin konqlomeratını özündə əks etdirir. Bu ərazidə mineral və təbii ehtiyatlar coğrafi cəhətdən son dərəcə qeyri-bərabər bölünüb. Qara metal, enerji (yanacaq), o qədər də çox olmayan neft ehtiyatlarına yalnız Misir, Liviya, Əlcəzair, Nigeriya, Kamerun, Konqo, Anqola kimi ölkələr malikdir.Burada hidroenerji (dünya ehtiyatlarının təxminən 44 %) ehtiyatları həmçinin əlvan metallar-sink, qalay, qızıl, gümüş,almaz, ehtiyatları ilə zəngindir. Qızılın çıxarılması dünya üzrə 55 %, almazın çıxarılması 95 %-dən çoxdur.Zəif inkişaf etmiş ölkələrin  mineral xammal bazarları qiymətləri böyük enib-qalxması nəticəsində (bu zaman tələb gölənilmədən artır və ya azalır) depresiya vəziyyətindədir. Nəticədə konvertləşən valyutaların alınma ( daxilolma) mənbələrinin qeyri sabitliyi yaranır.


Ardı →