1-ci dünya müharibəsinin başlanması və Azərbaycan

Avstriya vəliəhddinin öldürülməsi Birinci Dünya müharibəsinin başlanması üçün əsas səbəb ola bilməzdi. Çünki Avropa tarixində dövlət adamlarına sui-qəsd faktı istənilən qədərdir. Belə olan halda Avropada müharibələrin sayı-hesabı olmazdı. Müharibənin başlıca səbəbləri İngiltərə və Fransanın Almaniya və onun müttəfıqləri arasında kəskin ziddiyyətlər, iki hərbi-siyasi blok arasında qarşıdurma və Balkanlar uğrunda alman-slavyan qarşıdurması idi.
1914-cü il iyul ayının 15-də Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Serblərin müttəfıqi olan çar Rusiyası bu hadisəyə biganə qalmayaraq, ümumi səfərbərlik elan etdi. Buna cavab olaraq iyulun 19-da Almaniya Rusiyaya, iyulun 21-də isə Fransaya müharibə elan etdi. Almaniyanın Belçikanın neytral mövqe tutduğuna baxmayaraq onu işğal etməsi iyul ayının 22-də İngiltərənin Almaniyaya müharibə elan etməsinə gətirib çıxartdı.
1914-cü il avqust ayının 10-da Yaponiya Almaniyaya müharibə elan etdi. Region dövlətlərinin heç biri tək-tək müharibə aparmaq istəmirdi. Ona görə hərbi-siyasi blok halında müharibəyə cəlb olan dövlətin hər birinin özəl iqtisadi və siyasi məqsədi var idi.
Birinci Dünya müharibəsi illərində Azərbaycan mövzusuna aydınlıq gətirmək üçün üç mühüm məsələ ön plana çəkilməlidir.
Birincisi, Cənubi Qafqaz regionunda Azərbaycanın geosiyasi mövqeyinə aydınlıq gətirmək lazımdır. Beynəlxalq münasibətlər sistemində işlənən «geopolitika» sözü, yunan sözü olub iki hissədən ibarətdi. Geo-yer, politikos-hər nə varsa dövlətlə bağlıdır və s. mənasını verir.

Hər bir dövlətin xarici siyasəti bir sıra coğrafı amillərlə müəyyən olunur. Ona görə də, Azərbaycanın coğrafı mövqeyi, eləcə də zəngin təbii sərvətləri daimi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olmuşdur.
İkincisi, 1914-1918-ci ildə Cənubi Qafqazda «erməni məsələsi»nin ön plana keçməsi və müsəlman-türk regionları üçün yaratdığı təhlükə ilə bağlıdır. Belə ki, Birinci Dünya müharibəsinin başlanması ilə regionda ictimai-siyasi proseslərin müsbət yöndə inkişafına mane olan «erməni məsələsi» Azərbaycan üçün də təsirsiz ötüşmədi.
Bəzi dövlətlər öz maraqlarına uyğun olaraq ermənilərin Cənubi Qafqazda dinc müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşiliklərə dəstək verdilər.
Üçüncüsü, Birinci Dünya müharibəsində iştirak edən döv- lətlərin hər birinin Azərbaycana dair müəyyən niyyətləri var idi.
Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə beynəlxalq münasibətlərdə yeni mərhələ başlanmış oldu.
Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran, Osmanlı və Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə Xəzər, Qərbdə — Gürcüstanla əhatə olunan Azərbaycanın beynəlxalq yükdaşımaları həyata keçirmək üçün Bakı kimi əlverişli dəniz limanı var idi.

Azərbaycan əlverişli coğrafı şəraiti, xammal ehtiyatlan və mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 1917-ci ildə Azərbaycan ərazisi (Cənubi və Şimali Azərbaycan ilə birlikdə Ə.Ş.) 200,5 min kv.km. olmaqla Cənubi Qafqazın ümumi ərazisindən böyük idi. Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri arasında körpü rolunu oynamaqla dünyanın mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Şimali Azərbaycanda BakıNovorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə Təbriz Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını təşkil edirdi.

Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. Oktyabr çevrilişinə qədər Bakı nefti Rusiyanın əsas eneıji mənbəyi olduğundan bolşeviklər onun itirilməsi faktı ilə heç cür razılaşmaq istəmirdi. Digər tərəfdən başqa güclü dövlətlər də ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı.
Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı, həmçinin müdafıə xarkterli əhəmiyyət kəsb edirdi.
Müəlliflər: Ə.Ə.Şahverdiyev V.R.Nəbiyev
loading...

0 şərh