Şimali Azərbaycan müharibə illərində

Müharibə böyük dövlətlərin ərazisində yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının da iqtisadi və siyasi həyatına öz mənfı təsirini göstərdi.
Birinci Dünya müharibəsi Azərbaycan iqtisadiyyatına güclü zərbə endirmiş, əhalinin vəziyyətini son dərəcə pisləşdirmişdi.
Müharibənin ilk günlərindən Rusiyanın HDD (Hərbi Dəniz Donanması) neft yanacağına olan tələbatı artmışdı. Əgər rus donanması 1913-cü ildə 250 min pud yanacaq almışdısa, 1916-cı ildə donanma 18 mln pud mazut və 0,8 mln pud müxtəlif neft məhsulları almışdı.
1916-cı il may ayından, 1917-ci il may ayına kimi Rusiyanın HDD 20 mln pud müxtəlif neft məhsulları almışdı. Rusiyanın hərbi donanması üçün benzin, kerosin, mazut məhsullarının daşınmasını kontrakta uyğun olan «Nobel qardaşları» şirkəti həyata keçirdi.
Ümumiyyətlə, istər müharibə ərəfəsində, istərsə də müharibə zamanı Bakı nefti Rusiya Hərbi Dəniz Donanmasının təhcizatında aparıcı rol oynadı.
Çar hökuməti bəy nəslindən olan şəxslərin orduya götürülməsinə yol verirdi. Onların bəziləri hərbi məktəblərdə təhsil aldıqdan sonra rus ordusunda zabitlik edir və müxtəlif cəbhələrdə döyüş əməliyyatında iştirak edirdi.
Rus ordusunun görkəmli generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski və başqları onların sırasına daxil idi.
Topçu general S.Mehmandarov almanları dəfələrlə ciddi məğlubiyyətə uğratmış istedadlı sərkərdə idi. 21-ci piyada diviziyasının komandiri olan S.Mehmandarov 1914-cü ilin
Lodz əməliyyatı zamanı xüsusilə fərqlənmişdi; o, rus qoşun hissələrini mühasirəyə salmaq istəyən alman generalı Makenzinin planlarını puça çıxarmışdı. Bundan sonra II Qafqaz ordu korpusunun komandiri təyin olunan S.Mehmandarov, müharibənin sonlarına yaxın ordu komandiri vəzifəsinə kimi yüksəldi.
General-leytenant Ə.Şıxlinski rus ordusunda topçuluq işinin ən mahir ustalarından biri hesab olunur.
Birinci Dünya müharibəsi illərində o bir sıra ali komandanlıq vəzifələrini tutmuşdu. Müharibənin ilk günlərində Peterburqun toplarla müdafıə olunması ona tapşırılmışdı.
1915-ci ildə Ə.Şıxlinski Ali Baş Komandanın qərargahında topçuluq işləri üzrə general vəzifəsinə, sonra Qərb cəbhəsinin topçu qoşunları rəisi, müharibənin sonlarına yaxın isə 10-cu ordunun komandanı vəzifəsinə təyin olunmuşdu.
Çar hökuməti tərəfındən ali sərkərdə ordenləri ilə təltif olunmuş bu generallardan əlavə, 1914-1917-ci illərdə rus ordusu sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edirdi.
Birinci Dünya müharibəsi zamanı rus ordusunda azərbaycanlılardan ibarət kiçik bir süvari dəstə var idi. Bu şuşalılardan təşkil edilmiş və «Qafqaz yerli süvari diviziyasının» tərkibinə daxil olan «Tatar süvari alayı» adlanırdı. Çar generalları və rus şovinistləri tərəfındən bu alay «vəhşi diviziya» adlanırdı. Hansı ki, bu alayın əsgər və zabitləri sonralar Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Milli Ordusunun ilk müjdəçiləri oldular.
Müharibə neft sənayesinin inkişafına təsirsiz ötüşmədi. Neft çıxarma və neftayırma sahəsində sürətli geriləmə müşahidə olunurdu.
Müharibə illərində Azərbaycanın kənd təsərrüfatı da böhran keçirirdi. Çar hökuməti azərbaycanlıları orduya çağırmadığından əhali işçi qüvvəsi kimi başqa işlərə cəlb olunurdu. 1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi fərmana görə 23 yaşına qədər olan gənclər müharibə ilə əlaqədar olan işlərə səfərbərliyə alınırdı. Bunun nəticəsində Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi təsərrüfatdan ayrılaraq arxa işlərinə cəlb olunmuşdu.
Bu isə kənd təsərrüfatında ciddi şəkildə işçi qüwəsi çatışmazlığı yaradırdı.
Bundan başqa, çar hökuməti tərəfındən 1916-cı ildə qoyulmuş xüsusi hərbi vergi də kənd təsərrüfatını iflasa uğradırdı.
Müharibə təsərrüfatın bütün sahələrində geriləməyə səbəb oldu.
Birinci Dünya müharibəsinin birinci dövründə döyüş cəbhəsindən biri də Qafqaz cəbhəsi idi. Azərbaycan rus-türk Qafqaz hərbi teatrı ilə bağlı idi. Hərbi əməliyyatlar birbaşa Azərbaycan ərazisində aparılmasa da, müharibə aparan tərəflərin strateji planlarında əsas yeri tuturdu.
Alman-türk hərbi qərargahının Qafqaz cəbhəsi üçün hazırladığı döyüş planı birbaşa Xəzər hövzəsinə, xüsusən də Bakı neftinə sahib olmaq idi.
Qafqaz cəbhəsində hərbi əməliyyatlar davamlı deyildi. 1915 və 1916-cı illər arasında demək olar ki, cəbhədə daha çox sakitilik hökm sürmüşdür.
Bütövlükdə müharibənin birinci dövründə Qafqaz cəbhəsində dörd iri əməliyyat keçirilmişdir.
Bunlardan birincisi Sarıqamış, ikincisi Alaşkert, üçüncüsü Oqnut və nəhayət, Muş əməliyatı idi.

Müharibə edən dövlətlərin planlarında «erməni məsələsi» və Azərbaycan

Qeyd etmək lazımdır ki, erməni məsələsi XIX əsrin axırlarına yaxın öz inkişafının yeni fazasına daxil oldu. Bu dövrdən başlayaraq Daşnaksütyun partiyası ermənilərin mülki və mədəni maraqlarını müdafıə etmək devizi altında öz fəaliyyətini Cənubi Qafqazda daha da gücləndırdi. Ermənı məsələsinin Cənubi Qafqaza keçirilməsi ilə diyarın əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayan xalqları dəhşətli fəlakətlərlə üzləşməli oldu. Çünki daşnakların Cənubi Qafqaza gəlməsinə qədər bütün xalqlar burada tam əmin-amanlıq şəraitində yaşamışdı. Daşnakların gəlişinə qədər dinc əhali heç bir zaman milli zəmində qanlı toqquşmaların nə olduğunu bilmirdi. Daşnaklar Cənubi Qafqazda yaşayan ermənilər arasında öz terrorçuluq hərəkətlərini təşkil və təbliğ etməklə regionu bütünlüklə erməni ərazisinə çevirmək istəyirdi. Ona görə də ermənilər birinci dünya müharibəsində yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək məqsədlərini reallaşdırmağa başladı. Onlar birinci dünya müharibəsində iştirak edən dövlətlərlə gizli danışıqlar apararaq Osmanlı dövləlinə və Azərbaycan əhalisinə qarşı hazırladıqları məkrli planlarını həyata keçirməyə çalışırdı. Digər tərəfdən isə Antanta və Dördlər İttifaqına daxil olan dövlətlər də Azərbaycan neftinə sahib olmaq üçün «erməni məsələsi»ndən öz istəklərinə uyğun şəkildə bəhrələnməyə çalışırdı. Bu baxımdan müharibə aparan dövlətlərin planlarına uyğun olaraq Azərbaycanda «erməni məsələsi»nə xüsusi diqqət yetirildi. Onlar yaxşı dərk edirdi ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər. Antanta dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi: birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə, onları Osmanlıya qarşı qaldırmaq; ikincisi, Rusiya ermənilərindən rus Qafqaz Ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək.
Dördlər İttifaqı, xüsusən Almaniya da ermənipərəst mövqe nümayiş etdirirdi. Almaniya layihəsinə görə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya erməniləri üçün isə muxtariyyət nəzərdə tutulurdu. Bir sözlə, Antanta ilə Dördlər İttifaqı arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı Rusiya səfırliyinin müşaviri Qulkeviç Birinci Dünya müharibəsinin başlanğıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət verməkdir.
Osmanlı dövləti isə erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda Seym çağırılması haqqında manifest imzalamışdı. Bu addım erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə Daşnaksütyun partiyası «dilemma» qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi. Nə etməli. Antanta blokuna, yoxsa Almaniya-Osmanlı ittifaqına daxil olmaq. Daşnaklar bu məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdi.
Bütövlükdə erməni siyasi təşkilatları Osmanlı ərazisində öz dövlətlərini qurmaq istəyini reallaşdıra bilmədiyi üçün bu istəyini bolşevik Rusiyasının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqları hesabına həyat keçirdi.

Antanta və Dördlər blokuna daxil olan dövlətlərin Azərbaycan siyasəti

Sovet Rusiyasının 1918-ci il Brest-Litovski sülhünə uyğun olaraq Birinci Dünya müharibəsindən çıxması HəmədanBaltik arasında 3000 km-lik bir sahənin boşalmasına səbəb oldu. Rusiyada bolşeviklərin iqtidarı ələ keçirmələri ilə bütün dünyanın diqqəti bu ölkəyə yönəldi. Çünki bolşevik ideyaları sürətlə Avropaya və oradan isə Avropa imperialistlərinin göz dikdiyi Asiyaya doğru irəliləyə bilərdi. Bu hadisələr müsəlmanların çoxluq təşkil etdiyi ərazilərin sahibi olan İngiltərəni narahat edirdi.
Ingiltərə üçün başqa bir narahatçılıq, rus ordusunun dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gürcüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər narahatçılıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali Azərbaycan və Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı dövləti İrandan Xəzər dənizinə qədər olan ərazidə yaşayan müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii ki, türklərin bu istəyi ingilısləri təmin edə bilməzdi.
Hadisələr müttəfıq dövlətlərin diqqətini Şərqə yönəltdi. Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı çıxış etmək hüququ müttəfıqlər tərəfındən İngiltərəyə verildi. İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda göstərilən məqsədlərə nail olmağı vəd edirdi: Birincisi, Xəzər dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal və şərqindən gələ biləcək təhlükəni dəf etməyə nail olmaq; üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı Hind imperatorluğu ətrafında geniş bir güc sahəsi yaratmağa cəhd göstərmək; nəhayət, Qara dənizin şərqindən Xəzər dənizinə qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.

Cənubi Azərbaycan Birinici Dünya müharibəsi illərində

Şimali Azərbaycanla yanaşı Cənubi Azərbaycan da müharibə aparan dövlətlərin strateji planlarında ilk yerləri tuturdu.
Müharibə aparan tərəflərin hər biri ayrılıqda qarşısına məqsəd qoymuşdu. Qafqaz cəbhəsində hərbi siyasi üstünlüyə nail olmaq, Cənubi Azərbaycanda hərbi əməliyyatları genişləndirməklə Bakı neft rayonunu, ən başlıcası Xəzər Dənizi hövzəsini və Orta Asiyanı ələ keçirmək idi.
Almaniya və Türkiyə İran hökumətini onların tərəfındə çıxış etməyə məcbur edirdi. Türkiyə Cənubi Azərbaycanın türk əhalisinin imkanlarından bəhrələnmək istəyirdi.
Rusiya komandanlığı Alman-Türk planından xəbərdar olan kimi buna qarşı tədbirlər həyata keçirdi. 1914-ci il noyabr ayının 20-də general Çernozubovun komandanlığı altında rus ordusu «Azərbaycan dəstəsi» kodu altında Culfada Rus İran sərhədini keçərək Azərbaycanın Xoy şəhərinə daxil oldu. Buradan cənub və şərqə doğru Urmiya gölünə doğru irəliləyərək Soyuqbulaq və Təbrizdə mövqe tutdu.
Alman-türk tərəfınin tələblərini şah hökuməti yerinə yetirmədiyi üçün 1914-cü il noyabr ayının 21-də türk-kürd hərbi dəstələri Mosuldan hərəkətə keçərək Cənubi Azərbaycan ərazisinə daxil oldu.
Bu zaman general Çernozubov mərkəzi ordu komandanlığından Culfaya doğru geri çəkilmək əmri aldu.
Beləliklə, 1914-cü il dekabr ayına türk ordusu Soyuqbulağı, dekabr ayının 27-də Baçqalanı, 1915-ci il yanvar ayının 5də türk-kürd dəstələri Urmiyanı, yanvar ayının 8-də isə Səlmas və Xoyu ələ keçirdi.
1915-ci il yanvar ayının 8-də Əhməd Muxtar bəyin komandanlığı altında türk ordusu ilə eyni vaxtda general Çernozubov da, yenidən Cənubi Azərbaycan istiqamətində hücum əmri aldı.
Türkiyə Cənubi Azərbaycanda mövqelərini möhkəmləndirmək üçün oraya Ənvər paşanın əmisi Xəlil bəyin komandanlığı altında əlavə hərbi dəstə göndərdi.
1915-ci ilin mart ayında Xəlil bəyin hərbi dəstəsi Urmiyaya daxil oldu. Rusiya tərəfdən Xəlil bəyin ordusuna qarşı 15 batalyondan ibarət general Çernozubovun hərbi hissəsi çıxarıldı.
Sarıqamış uğursuzluğundan sonra hərbi-psixoloji durğunluq keçirən Türkiyə Rusiyanın hərbi üstünlüyü şəraitində Cənubi Azərbaycandakı mövqelərini itirməklə üz-üzə qaldı.
Yaranmış vəziyyəti nəzərə alan Almaniya və Türkiyə qərara aldı ki, Cənubi Azərbaycanda hərbi əməliyyatları genişləndirsinlər. Beləliklə, 1915-ci ilin iyununda Hüseyn Rauf bəyin komandanlığı altında Türk hərbi hissələri İran ərazisinə daxil oldu. Eyni zamanda Əmir Hacı bəy və fon Şeybner — Rixterin rəhbərliyi altında ekspedisiya Cənubi Azərbaycana daxil oldu. Bu ekspedisiya 1915-ci ilin dekabrında Cənubi Azərbaycanın strateji məntəqələrindən olan Soyuqbulağı ələ keçirdi. 1916-cı ilin avqustunda Əmir Hacı bəyin vəfatı və sentyabrın 10-da Şeybner- Rixterin geri çağrılması ilə Türk-Alman qrupunun Cənubi Azərbaycanda mövqeyi zəiflədi.
Rusiya Cənubi Azərbaycanda möhkəmlənmək üçün 1915-ci ilin oktyabrında general N.N.Baratovun komandanlığı altında atlı suvari korpusunu bu regiona göndərdi. 1916-cı il avqust ayının 19-da Almaniya ilə Türkiyə arasında razılaşma imzalandı. Bu razılaşmaya görə Cənubi Azərbaycan ərazisində hərbi əməliyyatlara rəhbərlik yalnız Türk tərəfınə həvalə olundu. Müharibənin sonuna yaxın Almaniya bu razılaşmanı pozdu və Türkiyənin Azərbaycanda mövqeyini zəiflətmək məqsədi ilə Rusiya ilə yaxınlaşmağa başladı.
İngiltərə, Xəzər hövzəsinə, xüsusən Bakı neftinə sahib olmaq üçün Mesopotamiyadan Ənzəliyə qədər olan ərazidə müdafıə kordonu yaratmaq niyyətində idi.
Osmanlı dövləti ilə müqayisədə Qafqaz əhalisinin etnik tərkibinə və digər amillərə görə İngiltərənin bu regionda imkanları məhdud idi. Buna baxmayaraq, İngiltərə İraqda olan qüvvələrindən bir hissəsini İran üzərindən Qafqaza yönəltməklə yanaşı, Hindistan ərazisindəki ingilis hərbi qüvvələrindən də istifadə edə bilərdi.
Digər tərəfdən ermənilərin də ingilislərə meylli olduğu bəlli idi. Çünki ermənilər türklərin Qafqaza daxil olmasına qarşı mübarizədə ingilisləri müttəfıq qəbul edirdi. İngilislər həmçinin Cənubi Azərbaycandakı rus ordusı qrupunu ələ almaq üçün onlarla gizli danışıqlar aparırdı. 1918-ci il mart ayının ortalarında çar zabiti Albay Biçeraxovla, General Denstervil arasında razılaşma əldə olundu. General Denstervil güclü ingilis kəşfıyyatçısı olduğu üçün Bakının ələ keçirilməsi məqsədi ilə xüsusi plan hazırlamışdı. İngilislər Qafqaz yürüşünü uğurla həyata keçirməkdən ötrü general Malleson, Deyla və Diksonun hərbi dəstələrini Xorasana göndərdi. İngilislər Bakını ələ keçirmək üçün gizli diplomatiya yolu ilə Almaniyaya qarşı Osmanlı ilə də danışıqlar aparırdı. Osmanlı dövləti Cənubi Qafqazı İnqiltərənin təsir dairəsi kimi qəbul edəcəyi təqdirdə, İngiltərə Mesopotamiya və Fələstinin türklərin nəzarəti altında qalacağına təminat verirdi. Lakin bu danışıqlar uğurla nəlicələnmədi. İngilislər getdikcə hərbi mövqelərini möhkəmləndirdi.
1918-ci il aprelin 11-də fransız kəşfıyyatçısı leytenant Puadebar, general Denstervil ilə danışıq aparmaq məqsədi ilə Xorasana gəldi. Ffransız hərbi missiyasının Qafqazdakı rəisi polkovnik Şardine də general Denstervilin yanında idi. A.Biçeraxov general-mayor Lionel Denstervilə, o cümlədən onu əvəz etmiş general M.V.Tomsonla yanaşı, Cənubi Qafqazdakı fransız hərbi agenti polkovnik Şardine və ABŞ nümayəndəsi Vilberqlə əlaqədə idi. A.Biçeraxov həmçinin S.Şaumyanın şəxsində Bakı kommunası ilə də gizli sövdələşmə aparırdı.
İngilis hökuməti fəaliyyətini gücləndirərək Şimali Qafqazda da özünə dayaq tapdı. İngilislər keçmiş çar generalları ilə işbirliyi qurdu. Onlar general Alekseyev vasitəsilə Kuban bölgəsində bolşeviklərə qarşı qüvvə yaratmağa başladı. İngilislər bütün qüvvələri öz əllərinə keçirmək istəyirdi. Kür çayının cənubunda və Lənkəran limanında da bir qədər ingilis qüvvələri var idi. İngiltərənin bütün məqsədlərinin arxasında Bakı neftini ələ keçirmək niyyəti dururdu. Birinci dünya müharibəsində iştirak edən dövlətlərin Azərbaycan siyasətində Çar Rusiyasının, o cümlədən Sovet Rusiyasının mövqeyi xüsusi əhəmiyyət kəsb edirdi.

Oktyabr çevrilişindən sonra sovet Rusiyasının Azərbaycanla bağlı siyasəti

1914-cü ilin avqustunda Rusiyanın Antanta blokunun tərkibində müharibəyə girməsi çarizmin işğalçılıq siyasətinin məntiqi nəticəsi idi. Çar Rusiyası imperiyanın sərhədlərini genişləndirməklə Dardanel və Bosfor boğazlarına yiyələnmək istəyirdi.
Oktyabr çevrilişindən sonra Sovet Rusiyası 100 il əsarəti altında saxladığı Cənubi Qafqaz regionunu itirmək təhlükəsi qarşısında qaldı. Həm Çar Rusiyası, həm Müvəqqəti Hökumət, həm də bolşevik Rusiyası Azərbaycanın itirilməsi faktı ilə razılaşmırdı. Azərbaycan Rusiya üçün mövqeyinə görə mühüm iqtisadi və hərbi-strateji əhəmiyyətə malik bir region idi. Qafqazın təbii ehliyatları, xüsusən Bakı nefti dünya dövlətlərinin maraq dairəsinə çoxdan daxil olmuşdu. Bununla yanaşı, Bakı Yaxın Şərqlə Mərkəzi Asiyanın kəsişdiyi bir mərkəz rolunu oynayırdı.
Azərbaycanın Rusiyadan ayrılması Rusiya üçün iqtisadi və hərbi-stralejı əhəmiyyətinə görə mühüm bir ərazinin itirilməsi demək idi. Əvvəla, Azərbaycan Rusiyanın mühüm eneıji bazası idi. Təbii ki, burada Bakı nefti başlıca yer tuturdu. Bu bazanın başqa dövlətlər tərəfındən ələ keçirilməsi Rusiyanı yanacaq sarıdan ağır vəziyyətdə qoyardı. İkincisi, Azərbaycanın zəbt olunması Rusiyanın Xəzər dənizi hövzəsində mövqeyini sarsıdır, Həştərxan və Orta Asiya istiqamətində Rusiyaya qarşı hərbi yürüşləri asanlaşdırırdı. Bütövlükdə, Azərbaycanın itirilməsi Rusiya ilə Yaxın Şərq arasında yaranmış tarixi, iqtisadi və siyasi əlaqələrin pozulması demək idi. Ona görə də, Rusiyanın Azərbaycan siyasəti daha irticaçı xarakter daşıyırdı. Ruslar Bakını kiməsə vermək niyyətində deyildi.
Birinci Dünya müharibəsi və bolşevik istilası nəticəsində iqtisadi cəhətdən tənəzzülə uğrayan Rusiyanı yalnız Bakı nefti xilas edə bilərdi. Rusiyada hakimiyyəti ələ almış bolşeviklər necə olur olsun, Bakı neftini öz əllərində saxlamaq istəyirdilər. Bu məqsədlə erməni əsilli bolşevik S.Şaumyan xüsusi tapşırıqla Bakıya göndərildi. S.Şaumyan Cənubi Qafqazda bolşevik hakimiyyətini qurmaq imkanında olmadığını dərk edərək fəaliyyətini Bakı ilə məhdudlaşdırmaq məcburiyyətində qaldı. Bakıda çalışan minlərlə rus işçiləri və Daşnaksütyun partiyası birləşərək bir bolşevik hökuməti qurdular. Bakıda yaşayan ermənilərlə ruslar siyasi baxışlarında fərqlər olmaşına baxmayaraq müsəlmanlara qarşı vahid cəbhədə birləşdi. S.Şaumyan başda olmaqla bolşeviklər Bakının türk əhalisinə amansız divan tutdu. Bolşeviklər Moskva hökumətinin neftə olan ehtiyacını təmin edirdi. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycanın vətənpərvər qüvvələri Osmanlı türklərinin köməyi ilə Bakını bolşevik-daşnak irticasından xilas etmək məsləsini ön plana keçirdi. Moskvadakı mərkəzi kommunist hökuməti Bakıda bolşevik hakimiyyətini saxlamaq üçün var qüvvəsi ilə çalışırdı. Sovet Rusiyası Qafqazda onun siyasətinə əngəl törədən səbəb kimi Osmanlı dövlətini və Almaniyanı göstərirdi. Odur ki, Brest-Litovski sövdələşmə-sindən sonrakı dövrdə, yəni 1918-ci il martından başlayaraq bolşevik hökuməti Azərbaycana qarşı çevik siyasət həyata keçirməyə başladı.
Sovet Rusiyası Qafqazı itirməmək üçün mühüm tədbirlər həyata keçirdi. 1918-ci il iyulun 13-də V.İ.Lenin hərbi və dəniz işləri xalq komissarına Bakıya 8-10 hərbi gəmi göndərməsi haqqında göstəriş verdi.
1918-ci il iyulun 19-da Şimali Qafqaz dairəsi Hərbi Şurası yaradıldı. Bundan əlavə 1918-ci il iyulun 20-də, Sovet hökuməti Bakıya canlı qüvvə, o cümlədən silah və hərbi sursat göndərdi. V.İ.Leninin göstərişi ilə hərbi inqilab Şurasında onun yaxın silahdaşlarından olan Ter-Arutunyantsın rəhbərliyi altında Bakıya göndərmək üçün hərbi dəstə təşkil edildi.
Həmçinin, İvanov-Qafqazskinin komandanlığı altında Bakıya ilk üç batalyon göndərildi. Ter-Arutunyantsın rəhbərliyi ilə təşkil olunan hərbi hissənin əsasını Moskva, Petroqrad və İvanov-Voznesenskidə yaşayan erməni fəhlələri təşkil edirdi.

Müharibənin ikinci mərhələsində Bakı nefti uğrunda gegən mübarizə

Brest-Litovsk sülh müqavibsinin VII maddəsinə uyğun olaraq rus qoşunlarının bir hissəsi 1918-ci il martın 23-də İranı tərk etdi. Moskva hökuməti Qafqaza, xüsusən Bakıya hərbi hissələr göndərməklə Brest sülh müqaviləsinin şərtlərini pozdu. Brest-Litovsk sülh müqaviləsinin VII maddəsinə uyğun olaraq Qafqaz cəbhəsini tərk edən rus əsgərləri müqaviləni pozaraq hərbi sursat və silahlarını ermənilərə verib gedirdi. Qafqaz cəbhəsi komandanlığının əmrinə əsasən «arxa cəbhəni» qorumaq üçün xüsusi dəstələr yaradıldı. Artıq Baş komandanlığın 1918-ci il 5, 11 və 18 fevral tarixli əmrinə əsasən əksəriyyəti ermənilər olmaqla, nəzərdə tutulan xüsusi hərbi dəstələr təşkil olundu. Eyni zamanda Rusiyanın müxtəlif yerlərində erməni komilələri fəaliyyət göstərirdi. Məqsəd erməni zabit və gənclərini səfərbər edib Qafqaza göndərmək idi.
1917-ci ilin sonu — 1918-ci ilin əvvəllərində təşkil olunmuş erməni silahlı dəstələri Tiflisə və İrəvana daxil ola bilmədikləri üçün Bakıda cəmləşdi. Bolşevik Rusiyası Azərbaycanı zəbt etmək və müstəmləkəçilik siyasətini həyata keçirtmək üçün bu qüvvələrin köməyindən istifadə etdi. Sovet Rusiyasının Azərbaycan siyasətindən məharətlə istifadə edən erməni zabitləri gələcəkdə Azərbaycan türklərinə qarşı zorakılıq niyyətlərini həyata keçirmək üçün nizami ordu dəstələri formalaşdırdı. Ona görə də çətin vəziyyətdə qalan Azərbaycan türkləri Osmanlı dövlətindən əsgəri kömək istəmək məcburiyyətində qaldı.
Bolşevik Rusiyası Bakı şəhərini Rusiyanın ayrılmaz bir hissəsi elan etdi. Nəticədə Osmanlı hökuməti Brest-Litovsk sazişinin şərtlərini pozmaq məcburiyyətində qalaraq Azərbaycanı bolşeviklərin əlindən qurtarmaq hərəkatına başlamaq qərarını verdi. Sovet Rusiyası türk ordusunun Azərbaycan hərakatını dayandırmaq üçün başqa bir faktordan istifadə etməyə başladı. Belə ki, Rusiya Almaniya-Osmanlı münasibətlərini nəzərə alıb, Bakı neftinin bir hissəsini Almaniyaya verməklə almanların əli ilə türklərin Bakı yürüşünü dayandırmaq niyyətində idi. Odur ki, Brest-Litovsk sülh müqaviləsinə əlavə olaraq 1918-ci il 27 avqust tarixli sovet-alman sazişi imzalandı. Əlavə müqavilənin XIV maddəsinə uyğun olaraq almanlar türk ordusunun Bakı, Şamaxı və Quba qəzalarının sərhədlərini keçməsinə imkan verməməli idi.
Digər tərəfdən, Sovet hökuməti almanların Bakıdakı ingilis qoşunlarına qarşı hərbi əməliyyatlarına reaksiya verməməli idi. Almaniya bir tərəfdən Bakı neftindən pay almaq üçün türk ordusunun Azərbaycan hərəkatına manc olmaq istəyirdisə, digər tərəfdən, bütövlükdə Bakı şəhərini ələ keçirmək üçün türklərlə birgə hərəkat etmək məqsədi güdürdü.
Ənvər Paşa Osmanlı ordusunun Azərbaycana hərbi yardımını dayandırmağa yönəlmiş alman və sovet təzyiqlərinə əhəmiyyət vermədən bu tarixi fürsətdən məharətlə istifadə edərək ordunun Azərbaycan hərəkatına ciddi yanaşdı. Almaniyanın təkliflərini rədd etməklə, ordunun Azərbaycan hərəkatına hazırlığı davam etdirdi. Almaniya-Rusiya sövdələşməsi bütövlükdə Osmanlı dövlətini Cənubi Qafqazdan çıxarmaq məqsədi daşıyırdı.
Osmanlı ordusunun Azərbaycanda bolşeviklərə qarşı apardığı uğurlu əməlyyatlar Sovet Rusiyasını ciddi narahat edirdi. Rusiya xalq xarici işlər komissarı Ç.Çeçerin Almaniyadakı rus səfıri A.İoffe vasitəsilə Osmanlı əleyhinə Almaniya ilə diplomatik danışıqlara başladı. Xalq xarici işlər komissarı Çiçerin bu yolla Bakı Sovetinin sədri S.Şaumyanın kömək üçün ardıcıl olaraq mərkəzi hökumətə müraciətlərini nəzərə alıb diplomatik vədlər verdi. Sovet Rusiyasının Osmanlı əleyhinə Almaniya ilə yaxınlaşması Rusiyanın Cənubi Qafqaz siyasətinə dəstək almaq məqsədi daşıyırdı. Digər tərəfdən bolşevik hökumətini Bakı Sovetində sağ təmayüllü təşkilatların ingilisləri Bakıya dəvət etmək çağırışları narahat edirdi. Sovet Rusiyası Osmanlı əleyhinə olan mövqeyini ingilislərə də şamil edirdi.
Beynəlxalq durumun gərginləşməsi xalq xarici işlər komissarı G.Çiçerini ardıcıl olaraq səfır A.İoffeni təlimatlandırmağa vadar etdi. Sovet Rusiyası ilə Almaniyanın diplomatik əlaqələrinin genişlənməsini şərtləndirən amillərdən biri də Almaniyanın Osmanlının hərbi-siyasi durumu ilə bağlı dərin məlumata malik olması idi.
Ənvər paşa Qafqaz İslam Ordusu komandanına göndərdiyi əmrlərdə Osmanlı ordusunu Azərbaycan hərəkatını dayandırmağa çağırırdısa, istər Şərq Ordular qrupunun komandanı Xəlil paşa, istərsə də Qafqaz İslam Ordusu komandanı Nuru paşaya göndərdiyi gizli təlimatlarda Bakı istiqamətində hərbi genişləndirməyi tələb edirdi. Onun əmri qeyri-rəsmi xarakter daşıdığı üçün Istanbuldakı alman böyük elçisi Bernsdorf türklərin Azərbaycan hərəkatını qeyri-mümkün hesab edirdi. Çünki Bernsdorf Ənvər Paşa, Tələt paşa və xarici işlər naziri Nəsimi bəylə dəfələrlə görüşlər keçirmişdi. Bu görüşlərdə Osmanlı dövlət adamları türk ordusunun Azərbaycan hərəkatının rəsmi xarakter daşımadığını inandırmağa çalışırdı. Onlar iddia edirdilər ki, olsa-olsa Nuru paşa şəxsi istəyindən Azərbaycan könüllülərinə kömək etmək niyyətindədir. Bu məsələdə isə dövlətin heç bir rolu yoxdur.
Alman səfıri Osmanlı hökumətinin bu məlumatlarını öz hökumətinə verirdi.
Sovet Rusiyası Almaniya ilə olan diplomatik əlaqələrin nəticəsində bu məlumatı əldə edə bildi. 1918-ci il avqustun 4də ingilis hərbi hissələrinin Bakıya daxil olması Osmanlı dövlətinin mövqeyini, yəni onların Azərbaycan uğrunda heç bir hərəkatda olmadığını təsdiq edirdi. Lakin Moskvanın bu sahədə rahatlığı uzun sürmədi. Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın imzası ilə Bakının qeyd-şərtsiz təslim olması haqqında imzaladığı bəyanat yenidən Osmanlı ordusunun Azərbaycan hərəkatını gündəliyə çıxarmış oldu. Bununla əlaqədar olaraq, Osmanlı dövlətinin Moskvadakı səfıri Qalib Kamal bəy 1918-ci il avqustun 8-də Rusiya xalq xarici işlər komissarlığına dəvət olundu. Çiçerinlə səfır Kamal bəyin danışıqlarında hər iki tərəf Brest-Litovsk sülh müqaviləsini əsas götürərək biri-birinə qarşılıqlı ittiham irəli sürdü. Qalib Kamal bəy bildirdi ki, Rusiyanın daxili vəziyyəti çox qarışıq olduğu üçün Brest-Litovsk sülh müqaviləsinin şərtlərinə əməl olunmasında çətinliklər var. Ona görə də, o belə durumda Moskvada qalmağın məqsədəuyğun olmadığını bildirdi.
Moskvadakı alman səfıri Mirbaxın bir eser tərəfındən öldürülməsi Osmanlı səfırini daha ciddi narahat etdi. O, özünün və səfırliyin əməkdaşlarının belə təhlükə ilə qarşılaşdığını dərk edərək Moskvanı tərk etməyi qərara aldı. 1918-ci il avqustun 8dən etibarən Moskva ilə İstanbul arasında diplomatik əlaqə kəsildi.
Sovet Rusiyası türk ordusunun Bakı hərəkatını qabaqlamaq üçün Almaniya ilə gizli danışıqları davam etdirdi. Rusiyanın Almaniyadakı səfıri A.İoffe iki dövlət arasında müqavilə bağlanmasına nail oldu. 1918-ci il 27 avqust tarixdə imzalanmış Brest-Litovsk sülh müqaviləsinə əlavə olan almansovet sazişi birbaşa Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövlətinə qarşı yönəlmişdi. IV bəndi Qafqaza aid olub
aşağıdakı maddələrdən ibarət idi:

  1. Rusiya Almaniyanın müstəqil bir Gürcüstan dövlətini tanınmasını qəbul edirdi;
  2. Almaniya, Gürcüstan istisna olmaqla Brest-Litovsk sülh müqaviləsinə görə Osmanlı dövləti xaricində üçüncü bir tərəfə əsgəri yardım göstərməməli idi;
  3. Almaniya, Şamaxı ilə Bakı arasındakı cəbhəni üçüncü bir tərəfın keçməsinə imkan verməməli idi;
  4. Rusiya Bakıdan çıxarılan neftin dörddə birini Almaniyaya verməli idi.

Bütövlükdə, bu müddəalar Almaniyanın müttəfıqi olan Osmanlı dövlətinə xəyanət idi. Almaniya həm mənəvi, həm də siyasi cəhətdən düzgün hərəkət etməmişdi.
Sovet Rusiyasının və Almaniyanın bütün cəhdlərinə baxmayaraq, türk ordusu 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak rejimindən xilas etdi. Rusiya xalq xarici işlər komissarı bununla əlaqədar olaraq səfır A.İoffe vasitəsilə Almaniyanın diqqətinə bu fıkri çatdırdı: Bakının türklər tərəfındən işğal olunması ilə Brest-Litovsk sülh müqaviləsi pozulmuş olur və Sovet hökuməti bundan sonra özünü Osmanlı ilə barış vəziyyətində hesab etmir.
Rusiya Brest-Litovsk sülh müqaviləsinin Osmanlıya aid bəndlərinin qüvvədən düşdüyünü bəyan etdi. 1918-ci il 20 sentyabr tarixdə Sovet Rusiyası fransız dilində notanı teleqram vasitəsilə yaydı. Notada bolşevik hökuməti Bakının türk ordusu tərəfındən zəbt olunmasına etiraz etdi. Notada Sovet Rusiyası türk qoşunları tərəfındən Bakının zəbt olunmasından təəsüfləndiyini bildirdi… Və Brest-Litovsk müqaviləsinin hüquqi qüvvəsini itirdiyini bəyan etdi. Nota xalq xarici işlər komissarı Çiçerin tərəfındən imzalanmışdı.
Sovet Rusiyası birtərəfli qaydada Qars, Ərdəhan və Batum üzərində Osmanlı dövlətinin hüququnu tanımadığını elan etdi. Yaranmış vəziyyətlə əlaqədar Osmanlı dövlətinin baş naziri Tələt paşa və xarici işlər naziri Əhməd Nəsimi bəy Almaniya ilə bir daha müzakirələr aparmaq üçün Berlinə gəldi. Berlində onlar Sovet səfıri A.İoffe ilə Bakı məsələsini müzakirə etdilər. Bu görüşdə Tələt paşa Bakı məsələsinin danışıqlar yolu ilə həll olunmasını təklif etdi. Tələt paşa Türkiyənin rus ərazisini işğal etmək niyyətində olmadığını bildirdi. Eyni zamanda türk ordusu tərəfındən Bakının zəbt olunmasının müntəzəm xarakter daşımadıgını, Nuru paşanın rəsmi bir şəxs olmadığını və ona dövlət tərəfındən bir səlahiyyət verilmədiyini bildirdi. Görüşlərin sonunda Tələt paşa Qafqaz işlərinə heç bir surətdə qarışmayacağına dair rəsmən yazılı bir təminat verməyə hazır olduğunu da bildirdi.
Həmçinin, türk ordusunun tezliklə Bakıdan çəkiləcəyini bəyan etdi. Tələt paşanın bu cür davranmağı müharibənin sonunun yaxınlaşdığına və Osmanlı dövlətinin məğlub olacağına qabaqcadan bir işarə idi. Almaniya tərəfındən Osmanlının Qafqaz siyasəti dəstəklənmədiyi üçün, türk diplomatiyası Rusiyaya bəzi güzəştlərə getməyə hazır olduğunu göstərdi. Tələt paşanın bu mövqeyindən cəsarət alan İoffe 1918-ci il 24 sentyabr görüşündə Bakının tamamən boşaldılmasını və dəymiş zərərin ödənilməsini Türkiyə tərəfındən tələb etdi. Sovet səfırinin bu cürətli davranışına qarşı Tələt paşa türklərin hər hansı bir sahəni Sovet Rusiyasına təslim etməyəcəyi fıkirini çatdırdı. Berlində bir ay davam edən görüşlər heç bir nəticə vermədi.
Xarici işlər naziri Əhməd Nəsimi bəy Sovet Rusiyasına verdiyi son notada türk ordusunun Bakını tutmasında haqlı olduğunu bildirdi. Nəhayət, Sovet hökumətindən tələb etdi ki, özünün elan etdiyi millətlərin öz müqəddaratını təyinetmə hüquq prinsipinə səmimidirlərsə, bunu Qafqazdakı millətlərə də şamil etsinlər. Çatdırıldı ki, V.İ.Leninin millətlərə öz müqəddəratını təyin elmə hüququ vermə planı Sovet Rusiyasının daxili vəziyyətini düzəldənə qədər istifadə olunan
aldadıcı bir vasitədir.
Birinci Dünya müharibəsi dövründə Almaniyanın Azərbaycan siyasəti də diqqəti daha çox cəlb edir. Almaniyanın Cənubi Qafqaz siyasətinin maraqlı cəhətləri aşağıdakılar idi.
Osmanlı dövləti birinci dünya müharibəsinə bilavasitə Almaniyanın təhriki ilə qoşulmasına baxmayaraq, Almaniya müharibənin sonuna qədər öz müttəfıqlik missiyasını şərəflə yerinə yetirmədi. Beləliklə, türk ordusunun Bakı hərəkatı nəinki alqışlandı, əksinə, bu hərəkatın qarşısını almaq üçün Almaniya Sovet Rusiyası ilə bir cəbhədən çıxış etdi.
Almaniyanın Qafqaz siyasətinin ağırlıq mərkəzini Bakı neftinin ələ keçirilməsi planı təşkil edirdi. Türk ordu qrupunun Qafqaz yürüşü üçün Gümrü-Tiflis-Gəncə dəmir yolu əhəmiyyət kəsb edirdi. Almaniyanın Gürcüstandakı siyasi təmsilçisi olan general fon Kress türk ordusunun bu nəqliyyat dəhlizindən istifadəsinə ciddi mane olurdu. General fon Kressin Gürcüstan hökumətinə tapşırığına uyğun olaraq Gürcüstanın nəqliyyat xətti Osmanlı dövlətinin üzünə bağlandı. Almaniya bu yolla həm gürcüləri, həm də erməniləri türklərə qarşı cəbhə yaratmağa vadar edirdi. Çünki Almaniya Gürcüstanda olan qüvvələri ilə Bakını işğal edə bilməyəcəyini yaxşı başa düşürdü. Bakını tuta bilməyəcəyi təqdirdə, heç olmasa türklərlə birlikdə Bakıya girmək niyyətində idi.
Tiflisdə general fon Kress Şərq orduları qrup komandanı Xəlil paşaya göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərində asayişin qurulmasında, sizin sərəncamınıza bir alman taburu göndərməyə hazırıq. Bu yolla Almaniya bir alman taburu hesabına əldə olunan zəfərdən pay almaq istəyirdi.
Türkiyə tərəfı fon Kressin teleqramına cavabı uzatdı və təkbaşına Bakını tutmaq üçün vaxt qazandı. Almanlar türk ordusunun Azərbaycan hərəkatını qabaqlamaq üçün başqa vasitələrdən də istifadə etmək istəyirdi. Bunun üçün Osmanlı Baş Qərərgahında mühüm vəzifələrdə çalışan alman zabitləri xüsusi bir plan hazırlamışdı. Bu plana görə türkləri qabaqlamaqla Batum-Tiflis-Bakı dəmir yolu ilə alman hərbi birləşməsini hərəkət etdirmək, Xəzər dənizində donanmanın hesabına nəzarəti ələ almaq və nəhayət, İrandan sıxışdırılmış ingilislərin yerinə Ənzəlidə hərbi qərargah yaratmaq idi. Bu üçbucaqda nüfuzunu artırmaqla almanlar Bakıda hakimiyyəti ələ keçirmək istəyirdi. Bu məsələdə almanlar gürcü və ermənilərə ümid bəsləyirdi.
Təsadüfı deyil ki, Azərbaycan Cümhüriyyətinə Almaniya çox qısqanclıqla yanaşırdı. Azərbaycan hökumətini tanımayan Almaniya heç azərbaycanlıları da türk qəbul etmirdi. Almaniya hökuməti deyirdi ki, azərbaycanlılar tatardılar. Bu yolla almanlar Azərbaycan ilə Türkiyə arasında olan etnik yaxınlığı inkar etmək istəyirdi.
Ümumiyyətlə, Avropa dövlətlərinin Birinci Dünya müharibəsi illərində Azərbaycana dair siyasətini ümumiləşdirərkən belə nəticəyə gəlmək olur ki, onların Azərbaycana göstərdikləri «qayğı» Osmanlı dövləti istisna olmaqla Azərbaycan xalqının mənayefınə deyil, həmin dövlətlərin geosiyasi maraqlarına xidmət edirdi.

Birinci Dünya müharibəsi illərində Naxçıvanda yaranmış siyasi vəziyyət

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan torpağı, Birinci Dünya müharibəsi illərində ermənilərin çirkin planlarına görə çətin vəziyyətə düşmüşdü.
1917-ci il bolşevik çevrilişindən sonra imzalanan Erzincan mütarəkəsi ilə (18 dekabr 1917) ruslar Şərqi Anadoludan çəkilməyə başladı. Ancaq rus ordusu çəkilərkən işğal etdikləri əraziləri ermənilərə təslim etməyə çalışırdı. Qafqaz cəbhəsini başıpozuq tərk edən rus hərbçiləri silahlarını, regionun xristian əhalisinə, xüsusən ermənilərə təhvil verirdi.
Ermənilər mütəşəkkil ordu yarada bildilər. Bu işdə onlara bolşevik hökuməti yaxından kömək edirdi.
Bolşevik-sovet ordu komandanılığının 26 dekabr 1917-ci il 136 saylı əmrinə əsasən erməni ordu korpusu təşkil edildi. Korpusun tərkibinə 1-ci və 2-ci piyada diviziyası və erməni könüllü dəstələri daxil idi. Komandiri antitürk məsləkli erməni generalı Andranik idi. 1918-ci ilin əvvəllərində erməni ordusu 17 minə çatdırılmışdı. Ona görə də ermənilər, mərkəzi İrəvan (Rəvan) olmaqla, Ərzurum, Qars, Van, Bitliş, Muş, Naxçıvan və Zəngəzur daxil olmaqla bölgədə bir erməni dövləti yaratmaq üçün öz birliklərini təşkil etməyə başladı.
Qafqaz müsəlmanları, eləcə də Naxçıvanın əhalisi, erməni komitələrinin bölgədə müsəlmanlara qarşı həyata keçirdiyi vəhşiliyin qarşısını almaq üçün türk ordusunun vəziyyətə münasibət bildirməsini tələb edirdi. Bu arada, davam edən Brest-Litovski danışıqlarında bir nəticə alınmırdı. Digər tərəfdən, rus ordusunda baş alıb gedən nizamsızlıq regionda mürəkkəb vəziyyət yaratdı.
Qafqaz regionunun müsəlman-türk əhalisi üçün yaranmış təhlükəli vəziyyətini nəzərə alan türk ordu komandanlığı bəzi tədbirlər gördü. Tərik Vəhip paşanın komandanlığı altında 3-cü türk ordusu yenidən təşkil edildi. Polkovnik Kazım Qarabəkir paşanın komandanlığı altında Türk Qafqaz Ordusu hərbi əməliyyatlara başladı. Aparılan hərbi əməliyat nəticəsində Ərzincan, Trabzon, Ərzurum, Batum işğaldan azad edildi. Kazım Qarabəkir paşa 1918-ci il aprelin 25-nə kimi erməni qüvvələrindən Qarsı boşaltmalarını tələb etdi. Qars aprelin 25də türk qüvvələrinə təslim oldu.
Azərbaycan-türk ərazilərində erməni hərbi birləşmələrinin dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı dayandırmaq üçün Türk 3-cü ordu komandanlığı, 1918-ci il may ayının 15-də Arpa çayının şərqində yerləşən Gümrünü ələ keçirmək əmrini aldı. Bu zaman Naxçıvanın cənubunda yerləşən ermənilər, ingilis və amerkanlardan yardım alaraq türk qüvvələrinə müqavimət göstərməyə çalışırdı.
I Qafqaz Türk Ordu qrupu Kazım Qarabəkir paşanın rəhbərliyi altında Culfanın şimalından hərəkətə keçərək, erməniləri bu bölgədən çıxardı. Bununla da Araz çayının cənubu ermənilərdən təmizlənmiş oldu.
1918-ci il iyulun 14-də Andranik Naxçıvana gəlib, Azərbaycan kəndlərinə qarşı kütləvi qırğınlar törətməyə başladı. Türk Ordu komandanlığı tərəfındən Naxçıvanın ermənilərdən azad olunması tapşırığı II Qafqaz Türk Ordu qrupuna həvalə olundu.
Naxçıvan 3000 piyada, 500-600-ə qədər erməni atlı silahlı dəstəsinin işğalı altında idi.
1918-ci il iyul ayının 19-da II Qafqaz Türk Ordu qrupu və 35-ci piyada alayı Naxçıvana doğru hərəkətə keçdi. Türk hərbi birləşmələri 1918-ci il iyulun 20-də Naxçıvana girdi. Andranikin dəstəsi darmadağın edildi.
Beləliklə, Naxçıvan erməni işğalı və zülmündən azad oldu. Bundan sonra, Kazım Qarabəkir paşa, 1918-ci ilin avqustunda qərargahını Naxçıvana göçürdü.
Brest-Ltovski sülhünün şərtinə uyğun olaraq, 1918-ci il iyulun 14-də Qars, Ərdahan və Batum əhalisi plebistit (səsvermə) keçirdi. Əhali Osmanlı dövlətinə birləşmək qərarını verdi. 1918-ci il avqust ayının 15-də Sultan Vahidəddin Qars, Ərdahan və Batumun Osmanlıya birləşməsi haqqında fərman imzaladı.
Osmanlı hökuməti, 1918-ci il sentyabr ayının 14-də Batumi və Qars vilayətlərinin təşkili haqqında qərar verdi.
Naxçıvan Qars nahiyyəsinə daxil oldu.
I Dünya müharibəsinin Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnəcəyini hiss edən İttifaq və Tərəqqi Partiyası istefa vermək məcburiyyətində qaldı. Əhməd İzzət Paşa kabineti, Türk Ordusunun Qafqaz ərazilərini 1918-ci il dekabr ayının 3-ə kimi tərk etməsi qərarını imzaladı. Bu birbaşa (30 oktyabr 1918) Mudros barışığı ilə bağlı idi.
Türk ordusu Naxçıvanı da tərk etməli idi.
1918-ci il oktyabr ayının 21-də Baş nazir Əhməd İzzət paşa Gümrü, İğdır və Naxçıvan qəzalarında olan hərbçilərin həmin ərazilərdən çəkilməsini istədi. Bu addım regionun müsəlman-türk əhalisini dəhşətli təhlükə, erməni işğalı ilə üz-üzə qoydu.
Belə olan halda Naxçıvan əhalisi 9-cu Ordu komandanı Yaqub Sevgi paşaya müraciət etdi.
Müraciətdə aşağıdakı istəklər irəli sürüldü.

  1. Osmanlı ordusu geri çəkilməsin;
  2. Əgər əsgərlərin geri çəkilməsi zəruri isə, onda əhalinin mühafızəsi üçün hər qəzada bir qisim əsgər qalsın;
  3. Qəzalara gələcək xristianlar tərəfındən müsəlmanların məhv edilməsinin qarşısı alınsın.

Müsəlman-türk əhalisinin narazılığını haqlı hesab edən Yaqub Sevgi Paşa, durumu İstanbula bildirməyi lən-gitmədi. Lakin İstanbuldan müsbət cavab alınmadı.
Erməni silahlı birləşmələri, yaranmış vəziyyətdən istfadə edərək 27 dekabr 1918-ci il tarixdə Yaponun nəzarətində olan dəstə ilə Naxçıvanın qərbindəki Auş kəndinə hücum edərək 2000 nəfər dinc əhalini öldürdü.
Qarsın güneyindən Ordubada qədər olan bölgə ermənilərin təhdidi altında idi.
Müsəlman-türk əhalisi özünü erməni təcavüzündən qorumaq üçün Naxçıvan başda olmaqla, Şərur, Eçmiəzdin, Sürməli və İrəvanın cənubunda yaşayan müsəlman-türklər Qəmərli kəndinə toplaşdılar. Qızğın müzakirələrdən sonra, mərkəzi İğdır olmaqla sədr və 6 üzvdən ibarət olan bir hökumət qurdular. Hökumətin sədri Əmir bəy Əkbərzadə, Hərbi nazir Qarslı Cahangirzadə İbrahim, Maliyyə naziri- Qəmbər Əli bəy Bənanyarlı, Mülkiyyət naziri -Bakir bəy Rizazadə, Xarici işlər naziri -Həsən ağa Səfazadə, Ədliyyə naziri-Məhəmməd Bəyzadə idi.
Araz Türk hökuməti əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ciddi tədbirlər gördü. 9-cu Ordu komandanı Yaqub Sevgi paşanın yardımı ilə 20 tabur təşkil edildi. Könüllü olaraq bu bölgədə qalan türk əsgər və zabitləri də bu taburlara daxil oldular.
Ermənilərin törətdikləri qətliam, işgəncə və zülmlərin qarşısını mərdliklə alan Araz Türk hökuməti, erməni silahlı dəstələrini Naxçıvandan çıxarmağa müvəffəq oldu.
1918-ci il noyabr ayının 30-da Qars şəhərində böyük bir konqres toplandı.
Ordubad, Naxçıvan, Sərdərabad, İğdır, Qəmərli, Ahiska, Ahılkelek bölgələrindən millət vəkili sifəti ilə 70 nəfər nümayəndə konqresə qatılmışdı. Konqresin qəbul etdiyi qərara görə, mərkəzi Qars şəhəri olmaqla Batumdan Ordubada, Ağrı dağından Qara dəniz sahillərinə kimi uzanan müsəlman türk ərazilərində Milli Şura hökuməti yarandı. Ahıska hökuməti və Araz Türk hökuməti Milli Şura hökumətinə birləşdi.
12 nazirdən ibarət olan hökumətin başçısı İbrahim bəy Cihangiroğlu idi.
1918-ci il noyabr ayının 11-də Almaniyanın təslim olması ilə I Dünya müharibəsində hərbi əməliyyatlar dövrü başa çatdı. Bundan sonrakı mərhələdə Naxçıvan daha mürəkkəb vəziyyət ilə üz-üzə qaldı. Erməni komitələri, ingilis, amerikan və bolşevik yardımı sayəsində Naxçıvan torpaqlarını ələ keçirmək istədi. Lakin qəhrəman Naxçıvan əhalisi, mərdliklə vuruşaraq öz torpaqlarını erməni işğalından qurtara bildi.
Birinci Dünya müharibəsi nəticəsində Osmanlı dövlətinin ərazisinin Avropa dövlətləri tərəfındən bölüşdürülməsi, dünya neftinin 66%-nə malik olan Yaxın Şərqin Avropa dövlətləri tərəfındən zəbt olunmasıdır.
Bu müharibə Rusiya və Avropa üçün də itkisiz ötüşmədi.
Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiya və Almaniya arasında bağlanan Brest-Litovski sülhünün şərtlərinə uyğun olaraq Rusiyanın əlindən 3 mln km2 -ərazi, 62 milyonluq əhali çıxdı. Rusiyanın sərhədləri paytaxt şəhəri Sankt-Peterburqa yaxınlaşdığı üçün paytaxt Moskva şəhərinə köçürüldü.
Birinci Dünya müharibəsinin ən önəmli sonuclarından biri Avropanın XVIII əsrdən bəri uzun sürən uzunmüddətli dəniz və ticarət üstünlüyü təhlükəyə düşdü. Dünya iqtisadiyyatında «Avropa üstünlüyü dönəmi» sona çatdı. Avropa ABŞ-dan asılı vəziyyətə düşdü.
Birinci Dünya müharibəsi Avropaya 350 milyard dollar həcmində zərər vurdu. Avropada 10 milyon insan öldü, 20 milyon yaralanaraq şikəst oldu. Təkcə Fransada 20-32 yaş həddində əhalinin yarısı müharibənin qurbanı oldu.
Bütövlükdə Birinci Dünya müharibəsinin sonunda formalaşan Versal sistemi dünyaya sülh gətirə bilmədi.

Müəlliflər: Ə.Ə.Şahverdiyev V.R.Nəbiyev

 

0 şərh