BMT-nin Baş Assambleyası

BMT-nin Baş Assambleyası – BA – (General Assambly of the UN)  BMT-nin baş məşvərətçi orqanı adlanır və bu orqan BMT-nin üzvü olan bütün dövlətlərin sədrlərindən ibarətdir. Ona BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etməyə və ya təkliflər verilməsində vəkil edil­mişdir.
Baxmayaraq ki, Assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır.
Baş Assambleya BMT-nin siyasətini və proqramını müəyyən edir, büdcəni təsdiqləyir, konfransları təşkil edir və çağırır, əsas fəaliyyət istiqamətini təyin edir, müxtəlif kom­paniyalar keçirir.
BMT baş assembleyası-UN General AssemblyBaş Assambleya fikirləşən bir forum kimi dünya mil­lətlərinə hər hansı bir məsələni Nizamnamə ətrafında müza­kirə etmək üçün geniş imkanlar yaratmalıdır. Bu BMT-nin nəhəng, nisbətən hörmətli olsa da, lakin Assambleyanı öz qərarlarını həyata keçirməyə məcbur edən BMT-nin tam ha­kimiyyət orqanı deyildir.
Assambleya tərəfindən qəbul edilən Qətnamələr Təhlü­kəsizlik Şurasının qərarlarından fərqli olaraq əsas gücə malik olma­dığından heç bir millət həmin qərarları ləğv etmək hüqu­quna malik deyil.
Baş Assambleya iqtisadi və sosial qəyyumluq, həmçinin xüsusi müəssisələrin şurasının fəaliyyətinə nəzarət edir. As­sambleyanın üzərinə həmçinin əsas elektron öhdəçiliklər qoyu­lur. Təhlükəsizlik Şurası ilə birlikdə Assambleyanın Baş Katibi, Beynəlxalq Məhkəmənin hakimlərini seçir və o həm­çinin BMT-yə yeni üzvlərin qəbulu haqqında qərar qəbul edir. Assambleya on daimi üzv olmayan üzv seçir. Nəhayət  Assambleya BMT-nin büdcə təşkilatının üzvü olan hər döv­lətin üzvlük haqqını müəyyən edir.
Nizamnaməyə uyğun olaraq Baş Assambleyanın fun­ksiya və səlahiyyətləri aşağıdakılardan ibarətdir:

  1. beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək, o cümlədən silahlanmanı tənzimləmək və dayandırmaq sahə­sində əməkdaşlıq prinsiplərini formalaşdırmaq;
  2. beynəlxalq sülhə və təhlükəsizliyə aid olan hər hansı bir məsələni müzakirə etmək, hər hansı bir mübahisəyə bax­maq səlahiyyətinə malikdir (əgər məsələyə baxılması Təhlü­kəsizlik Şurasında deyildirsə).
  3. Nizamnamə çərçivəsində və Millətlər Təşkilatının səla­hiyyətlərinə və funksiyasına aid olub və onun hər hansı bir bölməsinə uyğun olan məsələləri müzakirə etmək və töv­siyələr vermək;
  4. Beynəlxalq siyasi əməkdaşlığa köməklik etmək məq­sədi ilə tədqiqatlar aparmaq və tövsiyyələr hazırlamaq, in­sanların əsas azadlıq və hüquqlarını həyata keçirmək üçün beynəlxalq hüquq normalarını inkişaf etdirmək, beynəlxalq iqtisadi, sosial, mədəni, təhsil və səhiyyədə əməkdaşlığa kö­məklik göstərmək;
  5. Hər hansı bir vəziyyətin başvermə səbəblərindən və onun millətlərə ziyan verməsindən asılı olmayaraq onun sülh yolu ilə tənzimlənməsi üçün tədbirlər irəli sürmək;
  6. Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurası­nın və digər orqanların məruzələrini almaq və baxmaq;
  7. Birləşmiş Millətlər Təşkilatının büdcəsinə baxmaq və təsdiq etmək, ayrı-ayrı üzvlərin üzvlük haqqını müəyyən et­mək;
  8. Təhlükəsizlik Şurasının, Iqtisadi və Sosial Şuranın daimi olmayan üzvlərini seçmək qəyyumluq şurası üzrə üzvləri seçmək, Təhlükəsizlik Şurası ilə birlikdə Beynəlxalq Məhkəmə hakimlərini seçmək və Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Katibi təyin etmək.

Baş Assambleyanın qərarı sadə səs çoxluğu ilə qəbul edilir. Lakin Nizamnaməyə görə əsas hesab edilən bəzi mə­sələlər (yeni üzvlərin seçilməsi, dünya əhəmiyyəti kəsb edən Qətnamələr) haqqında Qətnamə qəbul edir ki, bu da üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Hər il sentyabr ayında Baş Assambleyanın növbəti ses­siyası toplanır. Bundan başqa, Assambleya Təhlükəsizlik Şu­rasının, Birləşmiş Millətlər Təşkilatının, təşkilatın bir üzvünün və digər çoxluğun razılığı ilə  toplana bilər.
Şuranın doqquz üzvünün və ya Birləşmiş Millətlər Təş­kilatı üzvlərinin çoxunun Təhlükəsizlik Şurasının Fövqəladə xüsusi sessiyasının tələbi ilə daxil olduğu vaxtdan 24 saat müddətində çağrıla bilər.
Assambleyanın hər sessiyasının başlanğıcında müzaki­rədə dövlət və hökumət başçıları çıxış edir. Müzakirədə onlar çoxlu beynəlxalq məsələlər üzrə öz fikirlərini ifadə edirlər. Şuraların çoxu altı əsas komitədə müzakirə olunur.
Birinci Komitə (Beynəlxalq Təhlükəsizlik və Tərksilah məsələləri):
Ikinci Komitə (Iqtisadi və Maliyyə məsələləri);
Üçüncü Komitə (Sosial, humanitar və mədəniyyət mə­sələləri);
Dördüncü Komitə (Xüsusi Siyasi məsələlər və Dekoloni­zasiya məsələləri);
Beşinci Komitə (Inzibati və Büdcə məsələləri);
Altıncı Komitə (Hüquqi məsələlər).
Baş Assambleyanın 1950-ci ildə «Sülh naminə birlik» Qətnaməsini qəbul etməsi onun rolunu nisbətən artırmışdır. Bu qətnamə fövqəladə hallarda Təhlükəsizlik Şurası fəaliyyət göstərə bilmədikdə kollektiv tədbirlər görmək, hətta hərbi güc tətbiq etmək üçün Assambleyaya təcili çağrılma səla­hiyyəti vermişdir.
Qətnamə dünyanın hər hansı bir hissəsində təhlükəli vəziyyətə nəzarət etmək üçün müxtəlif dövlətlərin 14 nümay­əndəsinin iştirak etdiyi Təhlükəsizlik Şurasının və Baş As­sambleyanın tələbi ilə bütün dövlətlər (BMT-nin üzvü olan) Hərbi komissiyanı təsis etdi.
Öz səlahiyyətlərini genişləndirərək Assambleya 1950-ci ildə Çinin Koreyaya müdaxiləsinə, 1956-cı ildə Süveyş böh­ranına, SSRI-nin Macarıstana müdaxiləsinə, 1958-ci ildə Li­van böhranına, 1960-cı ildə Konqo böhranına və digər bir neçə böhran vəziyyətinə nəzarət etməyi öz əlində saxlamışdır. Həmin dövrdə dekolonizasiya siyasəti Assambleyanın siyasi bazasının genişlənməsinə səbəb oldu. Təhlükəsizlik Şurası bazasının genişlənməsinə səbəb oldu, Təhlükəsizlik Şurası ancaq təhlükə­sizlik məsələləri ilə məşğul olmağa başladı.
ABŞ bir qayda olaraq Baş Assambleyada həyati əhə­miyyət kəsb edən məsələlərə səsvermədə üstünlüyü əldə et­məyə nail oldu. 1960-1970-ci illərdə Afrika – Asiya – Ərəb blokunun güclənməsi ilə əlaqədar olaraq üstünlüyü əldə et­mək üçün dün­yanın üçüncü ölkələrinə siyasi, iqtisadi, diplo­matik təzyiqləri artırmağa başladılar.
Bu qərar Assambleyanın, həmçinin Təhlükəsizlik Şura­sının bu baxımdan BMT çərçivəsindən kənarda müəyyən ba­xımdan güc nisbətlərini əks etdirirdi, hətta Assambleyada qəbul edilən «bir dövlət – bir səs» siyasi prinsipi müxtəlif öl­kələrin siyasi, hərbi, iqtisadi maraqlarında bərabərsizliyi ara­dan qaldırmaq gücünə malik olmadı. Əsas çoxluğa nail ol­maq bəzi hallarda səhnə arxasında gizli, hətta rüşvət və qor­xutmaq tez-tez köməklik edirdi.
Baş Assambleyanın hesabında bir çox nailiyyətlər olsa da açıq şəkildə müvəffəqiyyətsizlik də az deyildi. 1956-cı ildə Assambleyaya Süveyş böhranından sonra Yaxın Şərqdə Sta­tus – KVO-nu bərpa etmək sülhü qoruyub saxlamaq üçün yeni səmərəli vasitələr – BMT-nin fövqəladə hərbi gücünü yaratmaq nəsib oldu. Bununla belə Baş Assambleya SSRI-nin 1956-cı ildə Macarıstana və 1967-ci ildə Çexoslovakiyaya müdaxiləsini dayandırmaq üçün səmərəli fəaliyyət göstərə bilmədi. O, Vyet­namda gedən müharibəyə təsir göstərə bil­mədi. Yaxın Şərqdə Assambleyaya müharibədən sonra 1967-ci ildə Israillə qonşu dövlətlər arasında Ərəb əhval-ruhiyyəli danışıqlar yarada bilmədi.
Bununla belə, Assambleyanın müzakirə aparmaq üçün fəaliyyəti məhdudlaşmır. Belə ki, Baş Katibliyin himayəçiliyi ilə beynəlxalq hüquq sferasında Atom enerjisi üzrə Beynəl­xalq Agentlik (MAQATE) təsis edilmişdir. Assambleyanın əsas töhfəsi 1948-ci ildə insan hüquqları haqqında Bəyan­namənin və soyqırım haqqında Konvensiyanın qəbul edilmə­sidir. Baş Assambleya silahlanmaya nəzarət üzrə üç əsas sa­ziş qəbul et­mişdir: 1966-cı ildə Kosmos məkan haqqında, 1968-ci ildə Nüvə silahının yayılması haqqında müqavilə və 1971-ci ildə Dənizin təkindən istifadə olunması haqqında müqavilə, 1974-cü ildə Baş Assambleya Tokioda bir dövlət bir səs prinsipi  Birləşmiş Millətlər Təşkilatının mənzil-qəra­rgahı ilə Univer­si­tetin yaran­masının təşəbbüskarı olmuş və onun dünya regio­nları üzrə şöbələrini təsis etmişdir. Avra­siya – ərəb blokunun «77- qrup» un yaranması və əsas blok­lara qoşulmayan ölkələrin birliyinin üstün olması Amerikanı məcbur etdi ki, Assambleyanın «bir dövlət – bir səs» siyasi prinsipindən şübhə­lənməyə vadar etdi. Məsələ aşağıdakılarla əhatə olunurdu: doğrudanmı iqtisadi cəhətdən zəif, savadsız əhalisi olan, qüdrətsiz orduya malik olan bütün hüquqlardan bərabər olan kiçik bir ölkəyə nisbətən böyük dövlətlər orqa­nının qərarlarını   qəbul  etsinlər.  ABŞ-ın BMT büdcəsinin  25 %-ni öz öhdəsinə götürməklə daha çox səs almaq faktı böyük dövlətlərin Assambleyasını rədd etmək fikrinə səbəb olurdu.Bu zaman amerikanlar bu və ya digər dövlətin səs­vermədə real siyasi gücü nəzərə alınmaqla səsver­məni apar­maq kimi qeyri-formal təklif verdilər. Bütün bu təkliflər siy­asi güc meyarını müəyyən etmək imkanlarının müm­kün ol­madığına əsaslanırdı. Ona görə də iri dövlətlərin Assamb­ley­anı saymamalarının nə qədər təhlükəli olmasına bax­maraq «bir dövlət – bir səs» siyasi prinsipi saxlandı. Bu zaman hər bir fəaliyyət ya ancaq Təhlükəsizlik Şurasında və ya BMT çərçivəsindən kənarda baş verməli idi.
Iqtisadi baxımdan Baş Assambleyanın quruluşunda dörd komitə çalışır və onlardan hər biri onun səlahiyyətinə aid olan məsələləri həll edir və Baş Assambleyanın qarşısında məsuliyyət daşıyırlar.
1.Iqtisadi və Maliyyə məsələləri üzrə komitə (Economic and Financial – Second Committec).
2.BMT-nin beynəlxalq ticarət qaydaları üzrə Komissiya – YUNSITRAL – (Un Commission on International Trade Law  - UNCITRAL).
3.Beynəlxalq hüquq üzrə Komissiya – KMP – (Interna­tional  Law   Commission - ILC).
4.Investisiya üzrə Komitə (Investment Committee).
Bu komitələr çərçivəsində Baş Assambleyanın plenar iclasına təqdim üçün təkliflər və bəyannamələr  işlənib ha­zır­lanır. BMT-nin hər bir üzvü bu komitələrin hər birində təq­dim oluna bilər. Hər bir Komitə öz sədrini seçir. Iştirak edənlərin və səs verənlərin çoxluğu ilə qərar qəbul edilir.

 

0 şərh