BMT-nin Iqtisadi və Sosial Şurası -ECOSOC

BMT-nin Iqtisadi və sosial şurası (Economic and Social Council - ECOSOC) 14 ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələn­dirir, BMT-nin 11 fond və proqramından məruzə alır, üzv olan dövlətlərə və BMT sistemində olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.
ECOSOC üzərinə iqtisadi, dünya ticarəti, sənayeləş­dirmə kimi sahələrdə, həmçinin müxtəlif sosial quruluşa ma­lik olan dövlətlərin iqtisadi və sosial sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və əlaqələndirmək kimi çox geniş və müxtəlif funksiyalar qoyulmuşdur. Təbii resurslar­dan istifadə etmə, insanların beynəlxalq hüquq və azadlıqla­rının müdafiəsi, qadınların vəziyyəti, əhali artımı, sosial tə­minat, elm və texnika, cinayətkarlığın xəbərdarlıq edilməsi və bir çox məsələlər belə funksiyalara aiddir.
BMT Nizamnaməsinə uyğun olaraq ECOSOC tədqi­qatların aparılmasına, məruzənin tərtib edilməsinə, dövlətlə­rin iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığını, insan hüquq­larının qorunması və hörmət edilməsi, beynəlxalq kon­frans və sim­poziumların çağrılması, öz səlahiyyətinə daxil olan bəyan­namənin ha­zırlanması və onların Baş Assambley­aya təqdim edilməsi, BMT-nin ixtisaslaşmış müəssisələri ilə onların mü­nasibətləri və razılaşmaların bağlanması, BMT üzvlərindən onların səlahiyyətinə daxil olan informasiya və məruzələrin alınması üçün tədbirlərin həyata keçirilməsi kimi çoxsaylı mürəkkəb vəzifələrin yerinə yetirilməsinə cəlb edil­mişdir. O qlobal və sahələrarası xarakterə malik olan bey­nəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsində mərkəzi forum kimi xidmət etməli, bu problemlərə münasibətdə tək­liflər işləyib hazırlamalı, ümumi strategiyanın həyata keçi­rilməsinə nəzarət etməli və qiymətləndirilməli; Baş Assamb­leya tərəfindən göstərilən sahələrdə birinci əhəmiyyət kəsb edən məsələlərin yerinə yetirilməsinə, təşkilatın ümumi fəa­liyyətinin və BMT sisteminin əlaqələndirilməsinə, bunları nə­zərə almaqla Baş Assambleya tərəfindən BMT sistemi üçün və ümumi halda tarazlıqla və uyğunluğun ilkin məsələlər ba­xımından təmin edilməsinə xidmət etməlidir.
ECOSOC bu mandatları yerinə yetirmək üçün elmi dairələrlə işgüzar nümayəndələrlə və 2100-dən artıq qey­diyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə məsləhətləş­mələr aparır. Şura Nyu-York və Cenevrə şəhərlərində hər ilin iyul ayında dörd həftə davam edən əsas sessiyasını keçirir. Sessiya ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələndirir, BMT-nin 10 fond və pro­qramından məruzə alır, üzv olan dövlətlərə və BMT siste­mində olan təşkilatlara proqram xarakterli tövsiyyələr verir.
ECOSOC üzərinə iqtisadi, dünya ticarəti, sənayeləş­dirmə kimi sahələrdə, həmçinin müxtəlif sosial quruluşa ma­lik olan dövlətlərin iqtisadi və sosial sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və əlaqələndirmək kimi çox geniş və müxtəlif funksiyalar qoyulmuşdur. Təbii resurslar­dan istifadə etmə, insanların beynəlxalq hüquq və azadlıqla­rının müdafiəsi, qadınların vəziyyəti, əhali artımı, sosial tə­minat, elm və texnika, cinayətkarlığın xəbərdarlıq edilməsi və bir çox məsələlər belə funksiyalara aiddir.
BMT Nizamnaməsinə uyğun olaraq ECOSOC tədqi­qatların aparılmasına, məruzənin tərtib edilməsinə, dövlətlə­rin iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığını, insan hüquq­larının qorunması və hörmət edilməsi, beynəlxalq kon­frans və simpoziumların çağrılması, öz səlahiyyətinə daxil olan bəyan­namənin hazırlanması və onların Baş Assambley­aya təqdim edil­məsi, BMT-nin ixtisaslaşmış müəssisələri ilə onların mü­nasibətləri və razılaşmaların bağlanması, BMT üzvlərindən onların səlahiyyətinə daxil olan informasiya və məruzələrin alınması üçün tədbirlərin həyata keçirilməsi kimi çoxsaylı mürəkkəb vəzifələrin yerinə yetirilməsinə cəlb edil­mişdir. O. qlobal və sahələrarası xarakterə malik olan bey­nəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsində mərkəzi forum kimi xidmət etməli, bu problemlərə münasibətdə tək­liflər işləyib hazırlamalı, ümumi strategiyanın həyata keçi­rilməsinə nəzarət etməli və qiymətləndirilməli; Baş Assamb­leya tərəfindən göstərilən sahə­lərdə birinci əhəmiyyət kəsb edən məsələlərin yerinə yetirilməsinə, təşkilatın ümumi fəa­liyyətinin və BMT sisteminin əlaqələndirilməsinə, bunları nə­zərə almaqla Baş Assambleya tərəfindən BMT sistemi üçün və ümumi halda tarazlıqla və uyğunluğun ilkin məsələlər ba­xımından təmin edilməsinə xidmət etməlidir.
ECOSOC bu mandatları yerinə yetirmək üçün elmi dairələrlə, işgüzar nümayəndələrlə və 2100-dən artıq qey­diyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə məsləhətləş­mələr aparır. Şura Nyu-York və Cenevrə şəhərlərində hər ilin iyul ayında dörd həftə davam edən əsas sessiyasını keçirir. Sessiya çərçivəsində yüksək səviyyədə bir sıra iclaslar keçiri­lir. Milli hökumətlərin nazirləri, beynəlxalq müəssisələrin rəh­bərləri və yüksək vəzifəli şəxslər ümumdünyəvi əhəmiyyət kəsb edən dəqiq mövzunu müzakirə edirlər.
Nizamnamədə nəzərdə tutulan qaydalara uyğun olaraq 54 üzvü olan Baş Assambleya üç il müddətinə seçilir. ECOSOC iştirak edənlərin sadəcə səs çoxluğu ilə qərar qəbul edir.

Oxşar məqalələr

 

0 şərh