BMT-nin quruluşu

Birləşmiş Millətlər sistemi əsas və köməkçi orqanlardan, ixtisaslaşmış və muxtariyyət təşkilat və müəssisələrindən təşkil olunmuşdur.
Baş orqanlar:

  1. BMT-nin Baş Assambleyası;
  2. BMT-nin Təhlükəsizlik Şurası;
  3. BMT-nin Iqtisadi və Sosial Şurası (EKOSOC);
  4. BMT-nin Qəyyumluq üzrə Şurası;
  5. BMT-nin Beynəlxalq Məhkəməsi;
  6. BMT-nin Katibliyi

Ixtisaslaşmış müəssisələr:

  1. Əməyin beynəlxalq təşkili (ƏBT);
  2. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatları (FAO);
  3. BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı (YUNESKO);
  4. Ümumdünya səhiyyə təşkilatı (ÜST);
  5. Beynəlxalq Valyuta Fondu (BVF);
  6. Ümumdünya Bank qrupu;
  7. Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB);
  8. Beynəlxalq Maliyyə Korporasiyaları (BMK);
  9. Beynəlxalq Inkişaf Assosiasiyası (BIA);
  10. Investisiya zəmanəti üzrə çoxtərəfli agentliklər (IZÇA);
  11. Investisiya Mübahisələrini Tənzimləmək üzrə Beynəlxalq Mərkəz (IMTBM);
  12. Beynəlxalq Dəniz Təşkilatı (BDT);
  13. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT);
  14. Elektrik Rabitəsi üzrə Beynəlxalq Ittifaq (EBI);
  15. Ümumdünya Poçt Ittifaqı (ÜPI);
  16. Intellektual Mülkiyyət üzrə Ümumdünya Təşkilatı (IMÜT);
  17. Sənayenin inkişafı üzrə BMT-nin Təşkilatı (SIYÜ);
  18. Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT);
  19. Kənd Təsərrüfatının Inkişafı üzrə Beynəlxalq Fond (KTIBF).

BMT ilə əlaqəsi olan digər orqanlar:

  1. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA);
  2. Ümumdünya Ticarət Təşkilatı (ÜTT);
  3. Ümumdünya Turizm Təşkilatı (ÜTT);
  4. Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında BMT-nin hazırlıq komissiyası (NSQEHHK);
  5. Kimyəvi silahların qadağan edilməsi üzrə Təşkilat (KSQET);

BMT-nin iki növ xüsusi komissiyası mövcuddur:
1.Regional Komissiya:

  1. BMT-nin Avropa Iqtisadi Komissiyası (AIK).

Asiya və Sakit Okean ölkələri üçün iqtisadi və Sosial Komissiya (ASISK);

  1. Afrika üçün Iqtisadi Komissiya (AIK);
  2. Qərbi Asiya üçün Iqtisadi Komissiya (AIK);
  3. Latın Amerikası üçün Iqtisadi Komissiya (LAIK).

2.Funksional komissiya:

  1. sosial inkişaf komissiyası;
  2. insan hüquqları üzrə komissiya;
  3. narkotik vasitələr üzrə komissiya;
  4. cinayətkarlıq və cinayət və ədalət məhkəməsi üzrə xəbərdarlıq;
  5. elmi-texniki inkişaf məqsədləri üzrə komissiya;
  6. möhkəm inkişaf üzrə komissiya;
  7. qadınların vəziyyəti üzrə komissiya;
  8. əhali və inkişaf üzrə komissiya;
  9. statistika komissiyası.

BMT sisteminə həmçinin Ticarət və Inkişaf üzrə Konfrans (TIÜK - UNCTAD), BMT-nin Inkişaf Proqramı (BIP), BMT-nin Uşaq Fondu (BUF-UNİCEF) və bir çox proqram və fondlar daxildir. BMT-nin özünün bir çox elmi-tədqiqat institutları və BMT universiteti vardır.

 

1 şərh

bankir
Çox sadə və anlaşıqlı.
Hansı kitabdan yazdığını bilmirəm,amma çox yaxşı qruplaşdırılıb.