BMT-nin Təhlükəsizlik Şurası

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası – (Council of Safety of the UN) BMT-nin fəaliyyətdə olan siy­asi orqanı, BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəl­xalq sülhün və təhlükəsizliyin qorunub saxlanması kimi vəzi­fələr ona həvalə edilmişdir. Şura beynəlxalq münasibətləri tənzim etmək, dövlətlər arasında hərbi toqquşmaya yol ver­məmək, hər bir təcavüzü aradan qaldırmaq və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir.
BMT təhlükəsizlik Şurası-Security CouncilBMT-nin Nizamnaməsi əsasında ancaq Təhlükəsizlik Şurası BMT-nin hərbi gücü ilə hər hansı bir əməliyyatı apar­maq səlahiyyətinə malikdir və bu BMT-nin hərbi gücünün yara­dıl­masına və istifadə olunmasına, başqa sözlə, hərbi qüvvənin yaradılması və istifadəsi funksiyalarının və tapşı­rıqların sayının, komanda vermək strukturunun, əmə­liyyat rayonuna qəbul edilmə müddətinin müəyyən edilməsi, həm­çinin əməliyyata rəhbərlik etmək və maliyyələşdirmə qayda­larını müəyyən etmək kimi məsələlər həvalə edilmişdir. Şura hərəkəti beynəlxalq sülhə təhlükə yaradan dövlətə təzyiq göstərmək üçün BMT-yə və onun üzvlərinə hərbi güclə əlaqədar olmayan tədbirlər – həmin dövlətdə tam və ya müəy­yən hissə iqtisadi münasibətləri dəmiryol, dəniz, hava, poçt, tele­qraf, radio və s. sahədə fasilə vermək, həmin dövlətə diplomatik əlaqələri kəsmək kimi tələblər irəli sürə bilər.
Əgər bu vasitələr Şura tərəfindən kifayət etmədiyi müəy­yən edilərsə onda Şura hava, dəniz və quru qo­şunlardan isti­fa­də etməklə hərəkət etmək səlahiyyətinə ma­likdir. Bu hərəkətlər eyni zamanda nümayişə, həmin dövlətin mühasirəyə alınma­sı­na, hətta BMT-nin və onun üzvlərinin hərbi güc əməli­yyat­larına çevrilə bilər.
Nikita Xruşşov emosiyalarlaŞura BMT-nin Nizamnamə prinsipinə sistematik olaraq əməl etməyən BMT üzvlərinə qarşı qaydaları hüquq norma­larını pozaraq üstünlük əldə etməyə çalışan, onu pozan üzvlərinin üzvlükdən azad edilməsi və ya yeni üzvlərin qəbul edilməsi üçün təkliflər verir. Əgər üzvlərdən bu prinsiplərə qarşı olarsa bu zaman Şura həmin üzvə qarşı səmimi xarak­terli xəbərdarlıq edir.
Şura BMT-nin Baş Assambleyasına BMT-nin Baş Ka­tibinin təyin edilməsi haqqında təkliflər verir, onunla birlikdə BMT-nin Beynəlxalq məhkəməsinin üzvlərini seçir. Bu məh­kəmənin qərarlarının Nizamnaməyə uyğun olaraq bu və ya digər dövlətlər tərəfindən yerinə yetirilməsi tədbirlərini ha­zırlayır.
Nizamnaməyə uyğun olaraq yerinə yetirilməsi nəzərdə tutulan və bütün dövlətlərin, o cümlədən BMT-nin üzvləri tərəfindən  yerinə yetirilməsində xəbərdarlıq xarakteri da­şıyan hüquqi qərarlar qəbul edə bilər.
Yarandığı dövrdən BMT-də təcrübi olaraq sülhü və təh­lükəsizliyini təhlükədə qoyan, münaqişə doğuracaq, döv­lətlər arasında fikir ayrılığı yaradan və Şura tərəfindən diqqət yetirilməyən əsaslı beynəlxalq hadisə baş verməmişdir. Əgər baş vermişdirsə də o Təhlükəsizlik Şurası iclaslarında əsas müza­kirə predmeti olmuşdur.
Təhlükəsizlik Şurasının beş daimi üzvü vardır.
Böyük Britaniya, Çin, Rusiya (SSRI-nin vərəsəsi), ABŞ, Fransa və Baş Assambleyada təkrar seçilməyə bura­xılmayan və iki il müddətinə seçilmiş on üzvü daxildir. Daimi olmayan üzvlər  aşağıdakı    regionlardan seçilir: beşi Afrika və Asiya­dan, biri Şərqi Avropadan, ikisi Latın Ame­rikasından, ikisi Qərbi Avropadan həmçinin Avstraliya, Ka­nada da daxil olmaqla digər regionlardan seçilir. Təhlükəsiz­lik Şurası elə təşkil edilmişdir ki, o fasiləsiz olaraq fəaliyyət göstərsin və onun üzvlərinin hər bir nümayəndəsi daimi BMT-nin mənzil-qərargahında olsun. Sədrlik bir ay müddətində onun hər bir üzvünə təqdim  olu­nur və sədrlərin adı ingilis əlifba sırası ilə yazılır.
Qərar qəbul etmək üçün bütün daimi üzvlərin oxşar səsləri nəzərə alınmaqla doqquz səsdən az olmayaraq tələb olunur. Bu onu göstərir ki, daimi üzvlərdən biri və bir neçəsi hər hansı bir qərarın əleyhinə səs versinlər. Bu zaman həmin qərar kənarlaşdırılmış hesab edilir. Daimi üzvün bitərəf qal­masına veto kimi baxılır.

Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qoru­nub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürə­rək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. Baxmayaraq ki, Nizamna­mə vetonu «Şuranın daimi üzvlərinin həmrəyliyi prinsipi» hesab edir, lakin təcrübədə bu qərara münasibətdə qeyri-həm­rəyliyi göstərir. BMT-yə yeni üzv qəbul edilən za­man, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan müna­qişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsə­lənin səsə qoyulmasının prinsipial xa­rakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür. Bununla belə veto hüququnun qeyri-məh­dudiyyətli tətbiq edilməsi bu orqanın səmərəli fəaliyyət gö­stərməsini şübhə altına alır.
Lakin bu qayda çox az hallarda tətbiq edilir, belə ki, Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq etməklə hədələyir. SSRI hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi. ABŞ ilk dəfə 1970-ci ildə Israilin insan hüquq­larına qarşı siyasətinin tənqid edilməsi və Ərəb tor­paqlarının işğal edilməsi ilə əlaqədar bəyannamənin müvafiq bəndinin müzakirəsinə veto hüququndan istifadə etmişdir.
Müəyyən olunmuş normalara uyğun olaraq BMT-nin sülh məramlı qüvvələrinin müdaxiləsi, onların göndəriləcəyi dövlətin əlavə razılığı tələb olunurdu. Bu əməliyyat BMT-nin üzvü olan dövlətlərin ərazisi və milli ənənələrə hörmət  etmək əsasında planlaşdırılırdı. Bir sıra hallarda bu məhdudlaşma BMT-nin daha səmərəli hərəkət etməsinə mane olurdu, digər tərəfdən isə BMT-nin üzvü olan dövlətlərin marağının dəy­işməməsinə zəmanət verirdi. 1991-ci ildə Fransa «humanitar qarışma» konsepsiyasına baxmaq təklifini irəli sürdü ki, bu təklifin qəbul edildiyi halda hərbi müdaxilə dövlətin istəyi ilə ya­naşı həyata keçirilə bilər. Bu təşəbbüs istənilən səviyyədə qəbul edilmədi və bir çox hökumətlər bunun BMT-nin daxi­lində narazılığa səbəb olacağını bildirdilər.
Sülh məramlı qüvvələrə nəzarətlə yanaşı Təhlükəsizlik Şu­rası Baş Assambleyaya yeni Baş Katibin təyin edilməsi haq­qında təkliflər verir. Şura həmçinin BMT-yə qəbul haq­qında bütün təkliflərə baxmayaraq Təhlükəsizlik Şurasının çoxsaylı olmayan tərkibi onun iclaslarının və çıxışlarının operativ keçirilməsi üçün əsas faktordur.
Bununla belə onun daimi beş üzvünün bir səslə qərarın qəbul edilməsində, onun təşkili qaydaları haqqında ciddi problemlər baş verir.
Şuraya nə vaxt sülhün təhlükədə olması haqqında şi­kayətlər daxil olarsa, Şura ilk növbədə tərəfləri sülh vasitəsilə həll etməyi təklif edir. Bəzi hallarda Şura özü tədqiqat apara­raq vasitəçilik xidməti göstərir. Şura xüsusi nümayəndə təyin edə bilər və ya Baş Katibə bu təyinatı etmək üçün müraciət edə bilər. Şuranın səlahiyyətinə hər hansı bir münaqişənin sülh yolu ilə tənzimlənməsi prinsiplərinin bərqərar edilməsi daxildir.
Əgər bu və ya digər səbəbdən mübahisə hərbi vəziyyətə gətirib çıxarırsa bu zaman Şura hər vasitə ilə buna son qoy­mağa cəhd göstərir. Bir çox hallarda Şura müharibənin day­andırılması haqqında göstəriş verir ki, bu da hadisənin ge­nişlənməsini aradan qaldırılmasında mühüm rol oynayır.
BMT sülhməramlısı (UN Peacekeeper)Bundan başqa, Şura Birləşmiş Millətlər Təşkilatının sülh məramlı qüvvələrinin məqsədi münaqişə rayonunda gə­rginliyi zəiflətmək, düşmən tərəflər arasında ordunu ayır­maq, sakit şərait yaratmaq və məsələni sülh yolu ilə tənzim­ləmək üçün yollar axtarmaqdan ibarətdir.
Şura xəbərdarlıq tədbirləri, məsələn, iqtisadi qadağala­rın tətbiq edilməsi (ticarət qadağalarının qoyulması) və ya kollektiv hərbi əməliyyat haqqında qərar qəbul edə bilər. Əgər ona münasibətdə Təhlükəsizlik Şurası xəbərdarlıq və hadisənin qarşısını alan tədbirlər qəbul edilibsə bu zaman Təhlükəsizlik Şurasının təklifilə Baş Assambleya BMT-nin üzvü olan hər hansı bir dövlətin hüquq və üstünlüyünü day­andıra bilər.
BMT-nin üzvü olan dövlət Nizamnamədə qeyd edilən prinsipləri pozarsa Şuranın təqdimatı ilə Assambleya tərə­findən Birləşmiş Millətlər Təşkilatının üzvlüyündən xaric edilə bilər.
BMT-nin üzvü olub Təhlükəsizlik Şurasının üzvü ol­ma­yan hər hansı bir dövlət həmin dövlətin marağını əks etdi­rən mə­sələ müzakirə edilərsə səsvermə hüququ olmadan işti­rak edə bilər.
Birləşmiş Millətlər Təşkilatının üzvü olan və üzvü ol­mayan dövlət Şura tərəfindən keçirilən müzakirələrdə əgər onlar münaqişə tərəfləri olarsa səsvermə hüququ olmadan iştirak etmək üçün dəvət olunur. Dövlətin iştirak etmək şərtləri BMT-nin üzvü hesab edilmir və Şura tərəfindən müəyyən edilir.
Rəsmi olaraq Təhlükəsizlik Şurası ümumi sülhə ciddi təhlükə yaradan və ya hər hansı bir məsələyə baxmaq üçün ardıcıl olaraq iclaslar keçirir.
Baş Katib, BMT-nin hər hansı bir orqanı və ya BMT-nin üzvü olan hər hansı bir dövlət Şuranın iclasının çağrılma­sını tələb edə bilər.

Təhlükəsizlik  Şurasının  quruluşu

Hazırda Təhlükəsizlik Şurasının üzvləri və bütün döv­lətlərin nümayəndələrinin daxil olduğu iki daimi Komitə mövcuddur:

  • ekspert qaydaları və üsulları üzrə Komitə (qaydaları və digər texniki məsələləri öyrənir və onlar üzrə təkliflər tə­qdim edir);
  • yeni üzvlərin qəbulu üzrə Komitə.

Açıq tərkibdə komitələrə Şuranın bütün üzvləri daxil olur. Bu komitələr lazımi hallarda təsdiq edilir və özünün qapalı iclaslarını keçirirlər.
Təhlükəsizlik Şurasının müəyyən məsələlər üzrə mər­kəzi müəssisələrindən kənar keçirilən iclasları haqqında ko­mitə:

  • Təhlükəsizlik Şurasının 692 (1991-ci il) qətnaməsilə təs­diq edilmiş Birləşmiş Millətlər Təşkilatının Idarəedənlər Şurasının Kompensasiya Komissiyası;
  • 1371 (2001-ci il) qətnaməsilə təsdiq edilmiş əks tədhişçi­lik – antiterrorizm komitəsi.

Tədbirlər  üzrə  Komitələr:

  • Iraq və Küveyt arasında münasibətlərin vəziyyəti haq­qında BMT Təhlükəsizlik Şurasının 661(1990-ci il) qətnamə­silə təsis edilmiş Komitə;
  • Liviya Ərəb Cümhuriyyəti üzrə BMT-nin Təhlükəsiz­lik Şurasının 748 (1992-ci il) qətnaməsi ilə təsdiq edilmiş Komitə;
  • Somali üzrə BMT-nin Təhlükəsizlik Şurasının 751 (1992-ci il) qətnaməsi ilə təsdiq edilmiş Komitə;
  • Ruanda üzrə  BMT-nin Təhlükəsizlik Şurasının 918 (1994-cü il) qətnaməsi ilə təsdiq edilmiş Komitə;
  • Syerra-Leona üzrə BMT-nin Təhlükəsizlik Şurasının 1132 (1997-ci il) qətnaməsi ilə təsdiq edilmiş Komitə;
  • Liberiya üzrə BMT-nin Təhlükəsizlik Şurasının 1341 (2001-ci il) qətnaməsi ilə təsdiq edilmiş Komitə;

Beynəlxalq  Tribunallar:

  • Təhlükəsizlik Şurasının 808 (1993-cü il) Qətnaməsilə təsdiq edilmiş keçmiş Yuqoslaviyanın ərazisində törədilmiş beynəlxalq humanitar hüquqların ciddi pozulması haqqında məsuliyyət şəxslərin məhkəmə ilə təqib edilməsi üçün Beynəl­xalq Tribunal.
  • Təhlükəsizlik Şurasının 955 (1994-cü il) Qətnaməsilə təsdiq edilmiş qonşu Ruanda ərazisində və Ruanda vətən­daşlarına qarşı törədilən qoyqırımı və digər oxşar pozuntular törətmiş Beynəlxalq humanitar hüquqların ciddi pozulması haqqında məsuliyyət daşıyan şəxslərin məhkəmə ilə təqib edilməsi üçün Beynəlxalq Tribunal.

 

 

3 şərh

2ral
Daimi üzv olmaq üçün Hindistanın və Pakistanın da qəbul olunması yaxşı olar.Əvvəla böyük hərbi gücə,nüvə arsenalına malikdirlər,ikincisi də dünya əhalisinin beşdə biri bu ölkələrdə yaşayır.
r9perviz

Təhlükəzislik Şurası onsuz da üzərinə düşən vəzifəni düz əməlli icra edə bilmir, iki rəqib dövlətin ora üzv olması TŞ-nin işini daha da təsirsiz edər.

Vurghunaldo

Biz qeyri-daim uzv secildik(2011-2012) ve ilk baxisdan bele gorunur ki, bu bize «Dagliq Qarabag meselesi»ni rahat shekilde muzakireye cixartmagha imkan verecek.Lakin nezere alsaq ki, 5 daimi uzvden 3-u hemcinin de ATET-in Minsk qrupunun hemsedrleridir,o zaman bunun hec de asan olmayacagi qenaetine gelirem.En azindan Rusiya ve ya Fransa biteref kimi(en yaxsi halda) qalacaq ki, bu da vetoya sebeb olacaq.Amma yene de ALLAH komeyimizde olsun!