BMT-nin Inkişaf Proqramı (UNDP)
BMT-nin Inkişaf Proqramı (United Nations Development Programme - UNDP) 1965-ci ildə BMT-nin geniş texniki yardım və xüsusi fondları bir proqramda birləşdirmək məqsədi ilə yaradılmışdır. BMT-nin Inkişaf Proqramı bu sistemdə olan və soxsahəli iqtisadi və texniki cəhətdən maliyyələşdirən ən iri təşkilatları təmsil edir.
Məqsədi:
- milli inkişaf planı ilə əlaqədar olan onların iqtisadi və sosial inkişafının sürətlənməsinə daimi köməklik etmək məqsədilə inkişaf etməkdə olan ölkələrə yardım göstərmək;
- iqkişaf etməkdə olan ölkələrə yüksək iqtisadi səviyyəyə çatdırmaq və bu ölkələrin əhalisinin sosial həyat şəraitini yaxşılaşdırmaq üçün onlara köməklik göstərmək;
BMT-nin Inkişaf Proqramının (UNDP) texniki yardım sahəsində aşağıdakıları özündə birləşdirir:
- ekspert və məsləhət xidməti təqdim etmək, seminarlar təşkil etmək, xaricdə milli mütəxəssislər hazırlamaq;
- ətraf mühit və onun inkişafı (Rio-de-Janeyro, 1992-ci il), əhali artıqlığı və inkişaf etdirmək (Qahirə, 1994-cü il), sosial inkişaf etdirmək (Kopenhagen, 1995-ci il), qadınların vəziyyəti (Pekin, 1995-ci il), yaşayış məntəqələri (Istanbul 1996-cı il) problemləri üzrə qlobal forum qərarlarının yerinə yetirilməsi yolunda yenilikçi və özünün operativ sosial-iqtisadi inkişafı sahəsindəki fəaliyyətində səmərəli dəyişən yollara malik olmalıdır.
- möhkəm insan inkişafı (yoxsulluğun kökünü kəsmək, ətraf mühitin qorunması, məşğulluğun təmin edilməsi, qadınlara köməklik göstərilməsi, əlverişsiz şəraitdə olan insan qruplarının sosial bağlılığı və s.) üçün əsas aspektləri bir mərkəzə toplamaq;
- keçid dövründə olan ölkələrdə xüsusi sektor üçün əlverişli şəraitin yaradılması daxil olmaqla iqtisadiyyatın idarə edilməsi sahəsində islahatın və siyasətin həyata keçirilməsində milli idarəetmə kadrlarının hazırlanması;
- fövqəladə vəziyyətdə köməklik göstərilməsi və uzunmüddətli inkişafa keçmək;
BMT-nin Inkişaf Proqramı (UNDP) ancaq hökumətlərə və ya onların vasitəçiliyi ilə kömək göstərir. Inkişaf Proqramı (UNDP) BMT sistemində inkişaf etməkdə olan və keçid iqtisadiyyatı dövründə olan ölkələrə texniki vasitələrlə köməklik göstərmək üzrə əsas təşkilat sayılır.
Inkişaf proqramının (UNDP-in) resursları hər il beşillik dövr üzrə könüllü üzvlük haqları əsasında formalaşır (1992-1996-cı illər) və hər il təqribən 1 mlrd. ABŞ dolları təşkil edir. Sənayecə inkişaf etmiş ölkələr proqramın əsas ödəyiciləri hesab edilir. Məsələn, ABŞ – 199,5 mln. dollar, Yaponiya – 98,1 mln. dollar, Niderland – 5,1 mln. dollar, Çin – 2,8 mln. dollar, Səudiyyə Ərəbistanı – 2,0 mln. dollar və Tailand – 1,9 mln. dollar hesab edilir.Inkişaf Proqramı (UNDP) xətti üzrə bir qayda olaraq aşağıdakı mənbələrdən maliyyələşdirilir:
1997-ci ildən başlayaraq Proqramın mərkəzi büdcəsindən (birinci ili Proqram silsiləsindən): bütün resursların yarıdan çoxunu ölkələrin proqram resursları təşkil edir ki, bu da daxili məhsul istehsalında hər adambaşına düşən gəlir göstəricisi nəzərə alınmaqla qəbul edilmiş dərəcə üzrə və ya hər hansı bir ölkədə siyasi-iqtisadi vəziyyətdən asılı olaraq ölkələr arasında bölüşdürülür, Ölkələrarası (regional, regionlararası və qlobal) proqrama, Inkişaf proqramına (UNDP) BMT-nin müəssisələri tərəfindən onu maliyyələşdirən, inkişaf etməkdə ölkələrarasında texniki əməkdaşlığın inkişaf xətti üzrə fəaliyyət proqramından;
- Çoxtərəfli məqsədli fondlardan və BMT-nin Inkişaf Proqramı tərəfindən digər beynəlxalq təşkilatlarla idarə olunan.
Qlobal Ekoloji Fond (QEF); Çoxtərəfli monreal protokolu fondu, «XXI əsr üçün gündəlik məsələ» Proqramı çərçivəsində razılaşmaları həyata keçirmək üçün «Potensial XXI», BMT-nin Qadınlar üçün Inkişaf Fondu, BMT-nin Kapital Inkişaf Fondu, SPID-ə/VIÇ qarşı mübarizə fondları hesabına ödənilir.
- BMT-nin Inkişaf Proqramında (UNDP) ümumi maliyyə siyasətində yeni istiqamət son illərdə inkişaf sahəsində Proqramm və layihələrin həyata keçirilməsi məqsədilə üçüncü
tərəfin maliyyə vəsaitlərinin səfərbər edilməsi üzrə son illərdə strategiyanın işlənib hazırlanmasından ibarətdir. Belə strategiyanın işlənib hazırlanmasının vacibliyi bir tərəfdən əsas resurslarda, xüsusilə donar ölkələrində kəskin qıtlığın olması, digər tərəfdən isə bu resurslardan ölkələrin bu vəsaitlərin səmərəliliyini yüksəltmək və məsuliyyətini artırmaq idi. Mövcud vəziyyətdən çıxmaq üçün UNDP-nun Latın Amerikası və Karib hövzəsi regionunda bir sıra tədbirlər Proqram fəaliyyəti üzrə resursların ayrıldığı ölkələrdə əlavə vəsaitlərin cəlb edilməsi və maksimum səmərəli istifadə edilməsi işlənib hazırlanmışdır.
Inkişaf məqsədilə əlavə resurs mənbələri içərisində əsasları bunlardır:
- dövlət üçün lazım olan və prioritet sayılan sosial-iqtisadi məsələlərin həllinə, böyük təcrübəyə və inkişaf sahəsində müəyyən beynəlxalq resurslara malik olmaqla BMT-nin Inkişaf Proqramını təmin edəcək səviyyədə ondan maksimum səmərəli istifadə edilməsinə və müəyyən rəqabət etmək şəraitində tələb edilən xidmətlər göstərilməsinə göndərilən büdcə vəsaiti;
- icraedici olmaqla UNDP (qlobal ekoloji fond, qadınların inkişafı üçün BMT-nin Inkişaf Fondu, kapitalın inkişafı üçün BMT-nin Fondu və s.) məqsədli beynəlxalq proqramlar vasitəsilə milli proqramların maliyyələşdirilməsi imkanlarından istifadə edilmənin təmin edilməsi;
- BMT-nin Inkişaf Proqramının (UNDP) layihəsinin həyata keçirilməsi əsasında iki və çoxtərəfli əsasda yeni borc və ya donar vəsaitinin axtarılması. Bu əməliyyatda iştirak etmək, danışıqlar aparmaq üçün böyük təcrübə tələb edir ki, bu da hökumətin ən münasib şərtlərlə belə vəsaitin alınması ehtimalı artır;
- Birləşmiş Millətlər Təşkilatının Inkişaf Proqramı (UNDP) layihəsində dövlət və xüsusi investisiyalar böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir və gələcəkdə gəlir gətirmək imkanlarına malikdir.
Qeyd edilənlərlə yanaşı ölkələrin spesifikliyindən və pul vəsaitindən asılı olaraq Inkişaf Proqramı (ROON) ilə əməkdaşlığı inkişaf etdirmək üçün başqa mənbələrdən istifadə etməyi inkar etmir. Inkişaf Proqramının əsas strateji elementi əlavə resursların səfərbər edilməsi üçün layihələrin və həmin layihələrin milli baxımdan həyata keçirilməsi üçün əsas dayaq hesab edilən xərclərin birlikdə bölüşdürülməsi konsepsiyasına istinad etmək lazımdır. Hər iki hal inkişaf sahəsində məsələləri həll etmək üçün həm milli insan potensialından və həm də iqtisadi potensialdan tam istifadə etməyə imkan verir.
Proqramın rəhbər orqanı Icraedici Şuradır ki, bu da 36 dövlətin nümayəndələrindən təşkil edilir, iqtisadi və siyasi şuranın təşkilatı sessiyasının gedişində 3 il müddətinə seçilir. Icraedici Şuranın qərarları konsensus əsasında qəbul edilir.
Bir il müddətində üç müntəzəm sessiya keçirilir və bu sessiyalar inzibatçının hesabatına baxır və təsdiq edir, həmçinin büdcə və onun fəaliyyət proqramı istiqamətinə baxır. Inzibatçı inkişaf proqramının yüksək vəzifəli şəxsi hesab edilir və BMT-nin Baş Katibi tərəfindən Icraedici Şuranın (IŞ) üzvləri ilə müəyyən məsləhətləşmələr apardıqdan sonra təyin edir. Inzibatçı 4 il müddətinə təyin edilir və onu Baş Assambleya təsdiq edir. Icraedici Şura Iqtisadi və Sosial Inkişaf Şurasında (ECOSOC) və onun vəsaiti ilə Baş Assambleyaya məruzə təqdim edir.
Şura proqram və layihəyə baxır, təsdiq edir, vəsaiti bölüşdürür, Inkişaf proqramı (UNDP) ümumi rəhbərlik və direktiv prinsiplər və müntəzəm texniki əməkdaşlıq proqramı işləyib hazırlayır. Hazırda proqramın fəaliyyəti 150-dən çox ölkəni əhatə etməklə 6500-dən çox layihə həyata keçirilir.
2000-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının minillik Sammitində dünyanın müxtəlif ölkələrinin rəhbərləri 2015-ci ildə yoxsulluq şəraitində yaşayan adamların sayının 2 dəfə azalmasını vəd etmişlər.
BMT-nin iqtisadi təşkilatlarının əsas vəzifələri BMT-nin min illiyi Bəyannaməsində təqdim olunur.
- gündə bir dollardan az gəliri olan əhalinin sayını iki dəfə ixtisar etmək;
- aclıqdan əziyyət çəkən əhalinin sayının 2 dəfə ixtisar etmək;
- bütün oğlan və qızların tam həcmdə ibtidai məktəb təhsili almasının təmin edilməsi;
- yaxşı olardı 2005-ci ildə ibtidai və orta təhsil sferasında cinslər arasında 2015-ci ilə isə təhsilin bütün səviyyələrində fərq ləğv edilsin.
- 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 2/3 hissəsi azaldılsın;
- analıq ölümü əmsalı 3/4 qədər azaldılsın;
- AİDS/SPID-in yayılmasını dayandırmalı və xəstəliyin azaldılması meyllərinə başlamaq;
- ölkələrin strategiyalarının və proqramlarının möhkəm inkişaf prinsiplərini daxil etməli və təbii resursların itirilməsi proseslərinə diqqət yetirməli;
- təmiz içməli suya daimi imkanı olmayan adamların sayını 2 dəfə ixtisar etmək;
- 2020-ci ilə ən azı 100 milyon ən pis şəraitdə yaşayan sakinlərin həyat şəraitinin nisbətən yaxşılaşdırılmasının təmin edilməsi;
- müntəzəm, gələcəkdə və etibardan salınmayan ticarət və maliyyə sisteminin yaradılmasını davam etdirməli. Burada milli və beynəlxalq səviyyədə idarəetmə, inkişaf, yoxsulluqla mübarizə sahəsində sədaqət əsas məqsəd hesab edilir;
-nisbətən az inkişaf etmiş ölkələrin tələblərinin xüsusi olaraq ödənilməsi, o cümlədən bu ölkələrin ixrac mallarında
tarif və kvotalardan azad edilməsi, kasıb ölkələrin uzunmüddətli borclarının ödənilməsini asanlaşdırmaq və borcların ikitərəfli şəxsən silinməsini, yoxsulluğu azaltmaq üçün kurs götürmüş ölkələrə böyük köməklik göstərmək;
- dənizlərə çıxışı olmayan və inkişaf edən kiçik ada dövlətlərinin tələbini xüsusi olaraq ödəmək;
- beynəlxalq və milli tədbirlərin köməyi ilə borcun səviyyəsi uzunmüddətli plana uyğun olmaqla problemi kompleks şəkildə həll etmək;
- inkişaf etmiş ölkələrdə əməkdaşlıq etməklə gənclərə lazımi və məhsuldar iş tapmaq üçün strategiyanın işlənib hazırlanması;
- xüsusi sektorlarla əməkdaşlıq etməklə yeni texnologiyadan, xüsusilə informasiya-kommunikasiya sistemindən istifadə üçün tədbirləri həyata keçirmək.
Inkişaf proqramı (UNDP) bu məsələlərin yerinə yetirilməsində mühüm rol oynayır, inkişaf etməkdə olan ölkələrə yenidən təşkil olunmaq naminə milli, regional və qlobal koalisiya yaratmaqla məsləhət xidmətləri göstərir. Inkişaf proqramı (UNDP) iqtisadi və sosial inkişaf sahəsində proqramı yerinə yetirmək məqsədilə hökumətlərlə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış müəssisələri ilə, ictimai vətəndaş cəmiyyətləri ilə, xüsusi sektor müəssisələri ilə əməkdaşlıq əlaqələri saxlayır. Inkişaf proqramı (UNDP) AİDS/SPID-lə mübarizə aparmaq, yoxsulluğa qarşı məsələlər üzrə geniş məsləhət xidməti etmək, sülh məqsədi ilə tikintiləri və təbii fəlakətin nəticələrini yumşaltmaq, demokratik idarəetmə, ətraf mühit və enerji sahəsində yoxsul əhali qrupunun marağı baxımından strategiyanı həyata keçirmək üçün ixtisaslı ekspert birliklərə malikdir.
1 şərh