ECOSOC-Iqtisadi və Sosial Şura

BMT-nin Nizamnaməsinə uyğun olaraq iri təşkilatların və onların ixtisaslaşmış müəssisə və orqanlarının iqtisadi və sosial sahələrdə Iqtisadi və Sosial Şura – ISŞ (Econo­mic and Social Counsil -ECOSOC) əlaqələndirici orqandır.  ECOSOC-un altı funksional komissiyası vardır:

  • Statistik komissiya (Statistica Commission);
  • Inkişaf məqsədli elm və texnika üzrə komissiya (Com­mission on Sience and Technology for Development);
  • Inkişafa kömək komissiyası (Commission on Sustai­nable Development -  CSD);
  • Sosial inkişaf üçün komissiya (Commission for Social Development -  CSD );
  • Transmilli Korporasiyalar üzrə komissiya (Commis­sion on Transnational Corporations);
  • Narkotik vasitələri üzrə komissiya (Commission on Na­rcotic Drugs - CND);

Yardımçı orqanların sayına 5 regional komissiya aid edilir:

  • Afrika üçün iqtisadi komissiya (mənzil qərargahı ilə Addis-Əbəbədə) -EKA (Economic Commission for Africa - ECA);
  • Asiya və Sakit Okean üçün iqtisadi və sosial komis­siya ECKATO (Banqkok) (Economic and Social Commis­sion for Asia and the Pacific- ESCAP);
  • Avropa Iqtisadi komissiyası – AIK (Cenevrə) (Econo­mic Commission for Europe - ECE);
  • Qərbi Asiya üçün iqtisadi komissiya -ECKZA (Bağdad) (Economic and Social Commission for   Western Asia – ESCWA);
  • Karib hövzəsi və Latın Amerikası üçün iqtisadi komis­siya - EKLAK (Santyaqo) (Economic Commission for Latin America and the Caribbean - ECLAC).

ECOSOC adları çəkilən orqanlarla yanaşı inkişaf sahə­sində BMT-nin Inkişaf Proqramı (PROON), BMT Uşaq Fondu (YUNISEF), BMT-nin Ticarət və Inkişaf üzrə Kon­fransını (YUNKTAD), BMT-nin Əhali artıqlığı üzrə fondu­nun (YUNFPA), Dünya Ərzaq Proqramı və həmçinin Bir­ləşmiş Millətlərin Ərzaq və Kənd təsərrüfatı üzrə ixtisaslaş­mış təşkilatlarını (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (VOZ), Bir­ləşmiş Millətlər Təşkilatının Sənayenin Inkişafı üzrə Təşkilatını (YUNIDO), Beynəlxalq Əmək Təşkilatını (MOT), Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mə­dəniyyət üzrə Təşkilatını (YUNESKO) və digər təşkilatları əlaqələndirir.
BMT təcrübi vasitələrlə öz məqsədinə çatmaq üçün texniki əməkdaşlıqdan icmal məlumatlara və beynəlxalq kon­frans­ların çağırılması, kompleks inkişaf planının tərti­bindən ticarətdə, sənayedə və kənd təsərrüfatında xüsusi layihələrə qədər müxtəlif proqramlardan istifadə edir.
ECOSOC logoECOSOC son illərdə əsas aparıcı strateji sahələri öz üzərinə götürür. 1999-cu il iclasının yüksək səviyyədə keçi­rilməsi və «Yoxsulluq problemləri üzrə Manifest» in nəşr edilməsi minilliyin astanasında, Nyu-Yorkda Birləşmiş Mil­lətlər Təşkilatının sammiti tərəfindən qəbul edilmiş inkişafın məqsədi üçün əsas əlamət idi.
2000-ci ildə yüksək səviyyədə keçirilən iclasda qəbul edilən nazirlərin bəyannaməsində bilavasitə 2001-ci ildə ya­radılmasına gətirib çıxaran informasiya və kommunikasiya texnologi­yalarının (IKT) konkret olaraq qısaldılmış halda «rəqəmli uçurum» adlandırılması haqqında tədbirlər təqdim edilmişdir.
1998-ci ildə EKOSOC əsas sessiyadan kənarda hər il ap­reldə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı tərə­findən təsis edilmiş və Bretton Vuds müəssisələrinə rəhbərlik edən Maliyyə nazirlərinin və əsas komitələrin ənənəvi iclası­nın keçirilməsini müəyyən etdi. Bu məsləhətləşmələrin hesa­bına inkişafın maliyyələşdirilməsi üzrə Beynəlxalq Konfran­sın Mon­terreye (Meksika) şəhərində 2002-ci ilin mart ayında keçi­rilməsinə və təşkilatlararası əməkdaşlığın həyata keçiril­məsinə  səbəb  oldu.  Bu   konfransda   ECOSOC Monterreye kon­­sen­su­sunda vəziyyətin həyata keçirilməsinin gedişinin qiy­mət­ləndirilməsi və təqib edilməsi üzrə fəaliyyətində əsas ro­lundan ayrılmışdır.

 

0 şərh