Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı - ÜST (World Health Orga­niza­tion  -   WHO)  -  1946-cı ildə yaradılmış və 1948-ci ildən BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. ÜST demək olar ki, bütün ölkələri birləşdirir. ÜST-na 192 ölkə daxildir.
ÜST-nın baş orqanları aşağıdakılardır:
1.Ümumdünya Səhiyyə Assambleyası;
2.Icraedici komitə;
3.Katiblik.
Ümumdünya Səhiyyə Assambleyasının sessiyası hər il yığılır. Beynəlxalq Səhiyyə Təşkilatının yerləşdiyi yer – Ce­nevrə. ÜST-nın məqsədi sülh və təhlükəsizliyin əldə edilmə­sinin əsas faktoru olan bütün dünya xalqlarının sağlamlığına nail olmaq üçün beynəlxalq əməkdaşlığa kömək etməkdir. ÜST-nın əsas fəaliyyəti beynəlxalq sanitar qaydalarının işlə­nib hazırlan­ması və xüsusi təhlükəli xəstəliklərə qarşı müba­rizə istiqamətinə yönəlmişdir. ÜST bütün dünya əhalisinin sağlamlığının mak­simum möhkəmləndirilməsinə yönəldilən proqramın həyata keçirilməsini təşkil edir.

ÜST doğum, xəstəlik, ölüm haqqında qlobal statistik məlumatların toplanmasını həyata keçirir. ÜST öz tərəfkeş­lərini faktor haqqında məlumatlandırır, fövqəladə hallarda insanların sağlamlığının qorunmasına, xəstəliklərin aradan götürülməsi hallarına qarşı müəyyən köməklik göstərir, o cümlədən məcburi köçkünlər daxil olmaqla bütün əziyyət çəkən əhali təbəqəsinə ictimai səhiyyə xidməti göstərmək tədbirlərini istiqamətləndirir. Ilkin tələbin müəyyən edilməsi, immuni­zasi­yanın keçirilməsi, iaşənin yaxşılaşdırılması, tibbi ləvazimatların verilməsi, keçici olan və olmayan, psixoloji və yeni baş verən xəstəliklərə qarşı mübarizə ÜST-nın prioritet fəaliyyət istiqa­mə­tidir. ÜST həmçinin fövqəladə hallarda AİDS-ə qarşı da mübarizə aparmaqda müəssisələrarası fəaliyyətə və humanitar müəssisələrin əməkdaşlarına sağlam­lığın qorunması üçün yar­dım göstərir. ÜST-nın iştirakı və regionlarda cari imkanların sayı, ictimai səhiyyənin təşkili üzrə fəaliyyəti qurmaq və gücləndirməklə optimal – səmərəli təcrübənin ümumiləşdirilməsi və səhiyyə haqqında uçotun təmin edilməsi üçün şərait yaradır. Bu məqsədlə ÜST səhiyyə sektorlarında və onlarla əlaqədə olan digər sektorlarda ölümün azalması, əziyyətlər və ya onlardan qurtarmaq, hər hansı bir ölkə üzrə yoluxmaların nəticələrini, həyata keçirilən texniki təlimatlar haqqında məlumatları bütün əməkdaşların nəzərinə çatdırır.
World Health Organization-Ümumdünya Səhiyyə Təşkilatı Son 25 ildə ÜST-nın rəhbərliyi altında fəaliyyətin güc­ləndirilməsi və həyata keçirilən tədbirlər nəticəsində Şimali və Cənubi Amerikada və Karib dənizi hövzəsində bir çox ölkə­lər təbii fəlakət sferasında müəyyən tərəqqiyə nail olmuşlar. Onlar ölkələrin təbii fəlakətin təhlükəsi mövcud olduğu ray­onlar üzrə kartlar tərtib etmiş, qabaqcadan xəbərdarlıq edən seysmik şəbəkələri genişləndirmiş və təkmilləşdirmişlər.
Immunizasiyanın (uşaq xəstəlikləri: poliomelit, qızılça, difteriya, vərəm, göyöskürək və s.) qlobal əhatə edilməsi 74 % təşkil edir. Afrika və Cənubi Saxarada və ya münaqişədə olan ölkələrdə 50 %-dən də azdır. ÜST tərəfindən təşkil edi­lən milli immunizasiya günü əhatə olunma səviyyəsinin yüksəldil­mə­sində əsas rol oynayır. 2000-ci ildə milli immuni­zasiya günü çər­çivəsində keçirilən 82 ölkədə 5 yaşına qədər 550 mln. uşaq rekord sayda peyvənd edilmişdir, məsələn, Hindistanda üç gündə 152 milyon uşaq və Qərbi və Mərkəzi Avrikada 76 milyon uşaq peyvənd edilmişdir.
Afrikada ÜST–nın, Ümum­dünya Bankının, BMT-nin Inkişaf Proqramının rəh­bərliyi ilə qızdırma və onun pro­filaktikasının sürətləndiril­məsi çərçivə­sin­də «malyariya ilə mübarizə» təşəbbüsünün həyata keçirilməsi marağı olan və bu xəstəliyin geniş yayıl­dığı ölkə və dövlətlərin, o cümlədən xüsusi sek­torların cəlb edilməsində  əməkdaşlığa böyük diqqət yetirilir.

0 şərh