Mədəni və humanitar xarakterli təşkilatlar

Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Mil­lətlər Təşkilatı – YUNESKO (UN Educational Scientific and Cultural Orqanization — UNESCO) 1945-ci ildən  YUNE­SKO BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. Hazırda 190 ölkə təş­kilatın üzvü sayılır. Proqrama əsasən YUNESKO-nun məqsədi və BMT-nin Nizamnaməsi tərəfindən bəyənil­miş milliy­yətin­dən, irqindən, cinsindən və dini mənsubiyyə­tindən asılı olma­yaraq bütün xalqlar üçün sülhü və təhlükə­sizliyi möhkəm­lən­dirmək, elm, təhsil və mədəniyyət sahə­sində hüquq və azadlıq­ların təmin edilməsinə, xalqların bu yolla əməkdaşlığının təmin edilməsinə və göstərilməsinə xid­mət etməkdir.
YUNESKO-nun əsas orqanları aşağıdakılardır:
1.Baş konfrans;
2.Icraedici Şura;
3.Katiblik.
Yerləşdiyi yer – Paris (Fransa).
YUNESKO elmi tədqiqatlar, kadr hazırlığı, dərs demək yolu ilə biliklərin hərəkəti, ötürülməsi və mübadilə edilməsini normativ aktlar əsasında həyata keçirir. Beynəlxalq aktlar və onların yerinə yetirilməsi üçün təkliflər qəbul edir, texniki əmək­daşlıq sahəsində layihələr işləyib hazırlayır, inkişaf sa­həsində    dövlətlərə – təşkilatın    üzvlərinə     ekspert    xidməti
tə­q­dim edir, ixtisaslaşmış informasiyanın dəyişdirilməsinə, təh­silin, elmin və mədəniyyətin yeni formaları sahəsində per­spektiv tədqiqatlar aparır.
190 dövlətdə YUNESKO-nun üzvləri təhsil, elm və mə­dəniyyət işçiləri olmaqla milli komissiya yaratmışlar. YU­NESKO-nun 6670 əlaqə yaratmaq məktəbi olmaqla, gənc­lərdə özlərində təmkinlik və başqa ölkələrin xalqlarını başa düşməyi tərbiyə edirlər. YUNESKO-nun təşkilat və mərkəz­lərində 6000 klub təşkilatın idealını və onun fəaliyyətini aşağı səviyyədə hərəkət etdirməyə yardımçı olur.
Hazırkı vaxtda YUNESKO (ÜST ilə birlikdə) Afrikadakı gənclərə və yeniyetmələrə seksual və reproduktiv sağlamlığın qorunması barədə məsləhətlər və digər xidmətlər göstərir.
Ümumdünya Intellektual  Mülkiyyət Təşkilatı  — ÜIMT — (World Intellectual Property Organization -   WIPO)   -  1893-cü ildən mövcud olan intellektual mülkiyyətin müha­fizəsi üzrə beynəlxalq büronun dəyişməsi nəticəsində 1967-ci ildə baş vermişdir. 1974-cü ildən ÜIMT- BMT-nin ixtisaslaşmış müəs­sisəsidir.
ÜIMT- in əsas orqanları:
1.Baş Assambleya;
2.Konfranslar;
3.Əlaqələndirici komitə.
ÜIMT- in qərargahı Cenevrə şəhərində (Is­veçrə) olmaqla 126 ölkəni  özündə birləşdirir.
Təşkilatın məqsədi intellektual yaradıcılıq əsərlərinin qorunub saxlanmasına köməklik etməkdir.
ÜIMT- ixtiraların, xaricdə mal nişanlarının sə­mərəli sax­lanması, ixracın inkişafının stimullaşdırılması, sə­naye mülkiy­yətinin qorunması sahəsində beynəlxalq sazişlərə baxılması və formalaşdırılması üçün elmi əsas yaradır.
Bu təşkilat ədəbiyyatlara, musiqi, bədii, aidio, aidio-vi­deo istehsalı, ixtiraçılıq və səmərələşdirici təkliflərin, sənaye nümu­nə­ləri və əmtəə nişanlarının hüquqi müdafiəsinə kö­məklik gös­tərir.
ÜIMT- in fəaliyyəti dünyanın hər hansı bir his­səsində yaşamasından asılı olmayaraq bütün müəlliflər in­tellektual mülkiyyət, inkişaf edən və keçid iqtisadiyyatında olan ölkələrə koməklik göstərmək, öz ixtiralarından və yara­dıcılıq poten­sia­lından, hətta səmərəli, milli intellektual mülkiyyət yaratmaq və təkmilləşdirmək üçün intellektual mülkiyyətə sahib olmaq hüququ alsınlar.
Bunlara əsaslanaraq cəmiyyətin fəaliyyətinin imkanla­rından eyni istifadə etmək üçün bütün ölkələri təmin etmək əsasında müvafiq qaydada vəsait ayrılır.
 

0 şərh