YAXŞI YUYULMAYAN PALTAR

 

Gənc ər-arvad yeni evə köçmüşdülər. Səhəri gün səhər yeməyi vaxtı qadın pəncərədən qonşusunun yuduğu paltarları ipə sərdiyini görür:

— Paltarları təmiz yumayıb, elə bil ki, heç paltar yumağı da bacarmır. Məncə yaxşı yuyucu toz almalıdır.

Bu sözü eşidən əri dönüb pəncərəyə tərəf baxır, amma bir şey demir.

Qonşu qadın hər dəfə paltarları yuyub-sərdikcə bizim gənc qadın da onun ünvanına eyni sözləri təkrar edirdi.  

Onların təzə evə köçməsindən təxminən bir ay keçmişdi. Günlərin birində gənc qadın ipə sərilmiş təmiz paltarları gördükdə çaşıb qaldı. O ərinə dedi:

— Nəhayət paltar yumağı öyrəndi! Amma düşünə-düşünə qalmışam ki, ona paltar yumağı kim öyrətdi!

Bu zaman əri cavab verdi:

— Əzizim, mən səhər tezdən durub, pəncərələrimizi silmişəm!!!

Həyat da belədir...

Başqalarını müşahidə etdikdə, gördüklərimiz baxdığımız pəncərənin şaffaflığının hansı dərəcədə olmasına bağlıdır. İstənilən bir məsələdə başqalarına irad tutmadan əvvəl, daha yaxşı olardı ki, həmin məsələ ilə bağlı birtərəfli hökm çıxarmayaq. Gəlin özümüzə sual verək ki, insanlar barəsində mənfi düşünmək əvəzinə, onların müsbət keyfiyyətlərini görməyə hazırıqmı?

 

XURAMAN..

2 şərh

asel
ibrətamiz yazı....təşəkkürlər
Medikamentoz
Güzgünü hisdən təmizləmək üçün gərəkdir ki,əvvəlcə odu söndürəsən sonra da hisi siləsən.