Su keçirməyən "Xperia Z" təqdim edilib

 «Sony» şirkətinin bir neçə aydır haqqında müxtəlif məlumatlar yayılan «Yuga» kod adlı «Xperia Z» ağıllı telefonu, ABŞ-da keçirilən Texnologiya Sərgisi (CES) 2013-də dünən təqdim edilib. Dörd nüvəli prosessora və 13 meqapiksel kameraya sahib olan telefonun ən böyük xüsusiyyəti isə, su keçirməməsidir. «Xperia Z»in üstünə su tökərək yumaq mümkündür. Ancaq yeganə xüsusiyyəti təbii ki bununla məhdud deyil.

«Xperia Z», dörd nüvəli «Qualcomm Snapdragon S4» prosessoruna və 1.5 GHz prosessor sürətinə sahibdir. 10.7 sm (5 düym) ekran genişliyinə sahib olan telefonun ekran dəqiqliyi isə 1080 p. cihaz, üstün görüntü keyfiyyəti təqdim edən «Reality Displey» texnologiyasına malikdir. 7.9 millimetr qalınlığı olan telefon su keçirməyən və zərbələrə dayanıqlı olan zirehi, iki sərt şüşə təbəqəsi var.

«Xperia Z», 13 meqapiksellik kamerası ilə birlikdə işıq sensora da sahibdir. Bunun sayəsində HDR xüsusiyyətindən istifadə edərək keyfiyyətli fotoşəkil və video çəkmək imkanlarını təqdim edir.

CES 2013-də təqdim edilən qara və ağ rəngli «Xperia Z»in, bir neçə fərqli rəngdə satışa çıxarılacaq.

«Xperia Z» ilə təqdim edilən «Xperia ZL», eyni ekran böyüklüyünə olmasına baxmayaraq 25 faiz daha kiçikdir.

«Xperia Z», «Android 4.1» əməliyyat sistemiylə işləyəcək. 4.2 versiyasına isə yenilənəcək.    youtu.be/1-UbyJ6BaRU
 

0 şərh