Dünyanın ən xoşagəlməz səslərinin reytinqi açıqlanıb

2008-ci ildə onlayn rejimində planetin ən zəhlətökən səslərinin tədqiqinə başlanıldı. Milyondan çox insanla aparılan sorğu nəticəsində bunların arasında ən xoşagəlməzləri müəyyən olunub.

1. Öyümə.

Ehtimal ki, bu səsin ən xoşagəlməz olmasının səbəbi insanlara xatırlatdığı çirkin mənzərədir.

2. Mikrafon

Bu səs də hər kəs üçün əzabverici səslər siyahısına daxildir. Mikrafonun söhbətin şirin yerində «fit çalması» hər kəsi ürpəşdirir və insan özünü narahat hiss edir.

3. Uşağın ağlama səsi.

Bu səs üçüncü yerdədir. Lakin maraqlıdır ki, uşaq ağlamağı daha çox kişilərə təsir edir. Belə ki, sorğuda qadınlar kişilər qədər bu səsə reaksiya verməyiblər.

4. Qatar səsi.

Burada metalın metala sürtünməsi zamanı çıxan səs nəzərdə tutulur.

5. Cırıltı.

Bu, velosiped təkəri, petlə və başqa bunun kimi əşyalar ola bilər.

6. Skripkada pis ifa.

Hər kəs üçün ən əzabverici dəqiqələr ola bilər.

7. Yaxın adamların dalaşması.

Yüksək səslə deyişmə ətrafdakıları əsəbləşdirir. Çünki bu, insanlara uşaq vaxtı ailələrində olan davanı xatırladır.

8. TV-nin fışıldaması və dəyişən cərəyan şəbəkəsinin xışıltısı.

Bu səs əsasən  müxtəlif radioqurğuları müəyyən tezlikdə tutarkən çıxır və çox bərk qıcıq yaradr. Bu hətta baş ağrısına da səbəb ola bilər.

9.  Xarçıltı.

Çox xoşagəlməz səslər siyahısıda 9-cu yerdədir. Əsasən də almanı yeyərkən çıxan bu səs hər kəsdə çox mənfi təəssürat oyadır.

10. Təbaşirin lövhəyə, dırnağın şüşəyə, stulun parketə dəyərkən çıxartdığı sürtüşmə səsi.

Bu səs hər kəsi özündən çıxarda bilər.

2 şərh

pascal
Azərbaycanda da bu sorğu keçirilsəydi, xoşaqəlməz səslərə bir müddəa da ora əlavə olunardı. Şou biznesdəki bəzi müğənnilərin. ;)
Ramil
Əla şərhdi, pascal, xeyli güldürdün bizi.