Alış-veriş xəstələri-şopoqoliklər

Alış-verişi sevməyən qadın yoxdur. Zərif cinsin nümayəndələri onlarla paltarı, zinət əşyası, ayaqqabısı olmasını arzulayır. Onların fikrincə geyim nə qədər çox olsa, bir o qədər yaxşıdır.
Amma gəlin düşünək, alınan bu qədər şeyə doğurdan ehtyac var? Təbii ki, yox. Külli miqdarda pul xərclənərək alınan bəzi geyimlər, aksesuar, ayaqabbı və çantadan elə olur ki, 1 və ya 2 dəfə istifadə edilir.
Bəzi qadınların bu qarşısıalınmaz alış-veriş həvəsini azaltmaq üçün məsləhətə ehtiyacı var.

1. Əgər mağazada bir paltarı yoxlayıb onun sizə hədsiz yaraşdığından əminsinizsə onu alın. Çox düşünməyin, yoxsa peşman olarsınız. Bəzən qadınlar daha ucuz və yaxşı bir şey tapmaq ümidi ilə mağazaları gəzməyə davam edirlər. Ancaq nəticədə yenidən başladıqları yerə qayıdırlar. Bu vəziyyətdə ən pis şey isə sizin bəyəndiyiniz paltarın satılmış olduğunu görmək olacaq.
2. Əgər nəyi isə alıb-almamaqda tərəddüdləriniz varsa onu almamaq daha yaxşıdır. Çünki tərdəddülə alınan əşyalar qarderobun gözəgörünməz yerinə qoyulur və demək olar ki, onlardan istifadə edilmir.
3. İki bənzər geyim arasında qərarsız qalsanız onlardan funksiyası daha çox olanı seçməyə çalışın. Əgər eyni funksiyaya sahib olan iki əşya arasında seçim etməlisinizsə onun stili, rənginin, parçasının evdəki geyimlərinizlə uyğunlaşdıra biləyəcəyinizi düşünün.

şopoqolik yaxud alış-veriş xəstələri

4. Əgər dikdaban ayaqqabı geyinə bilmirsinizsə ona pul xərcləməyə dəyməz. Təbii ki, dikdaban sizi daha hündür boy, gözəl qamətli göstərə bilər. Ancaq onun üzərində gəzə bilmirsinizsə bu sizə narahatlıq və kobud görünüşdən başqa bir şey vəd etmir.
5. Əgər paltar, ayaqqabı ilk görünüşdən xoşunuza gəlib, ancaq onu sadəcə bir neçə dəfə geyinəcəyinizi bilirsinizsə ona pul xərcləməyin. Əvəzində daha uzun müddət istifadə edə biləcəyiniz bir şey alaraq onu aksesuarla bəzəməyə çalışın.
6.Aksesuar hər imic üçün önəmlidir. Onlar görünüşü tamamlayan əsas vasitədir. Aksesuar alanda onları nə ilə istifadə edəcəyinizi yaxşı-yaxşı düşünün.

7. Hər qadının qarderobunda mütləq olmalı olan bir neçə paltar var. Bunlar rəngli klassik koftalar, cins şalvar, dabansız ayaqqabı, adi köynək, karandaş ətək və sairdir.
8. Rəngli paltardan istifadə yaxşıdır, ancaq çox parlaq paltarlara pul verməyə dəyməz. Eyni anda 3-dən artıq rəngdən istifadə etmək olmaz.
9. Qadınların çoxu əslində almaq istəmədiyi şeylərə pul vermək kimi vərdişə sahibdirlər. Əgər almaq istədiyiniz paltarın başqa formasına sahibsəniz ona yenidən pul verməyin. Daha yaxşı olar ki, hazırda olan paltarlarınızla kombinə edilə biləcək fərqli bir şey axtarın.

Mənbə: Hürriyət qəzeti və ANS Press

loading...

1 şərh

Fianda
Təzə alınan hər geyim.aksesuar insana sevinc gətirir.pul varsa almağa dəyər,geymədiklərimizi də başqasına verib,onu da sevindirmiş olarıq.