Yağışda qaçmaq, ya normal yerimək?

Yağış yağarkən qaçanların daha çox islanacağını iddia edən, insanı yağışda yellənə yellənə gəzməyə çağıran bir görüş ilə heç bir şey fərq etməyəcəyini iddia edən bir başqa görüş ortada dolanıb dayanmaqdadır.  

Heç bir şey dəyişməyəcəyini söyləyənlərin fikirinə görə bədəninizin bir düzbucaqlı olduğunu və yağış damlalarının yerə dik düşdüyünü fərz edək. İstər bir yüz metrçi kimi sürətli qaçın, istərsə yellənərək gedin bir şey fərq etməz. Sürətinizə bağlı olmadan bədəninizə düşən yağış dənəsi sayı eyni qalar. Qaçdıqca ön tərəfinizə bir saniyədə daha çox yağış dənəsi isabət edəcək amma müddət qısaldığından cəmi ədəd və nəticə dəyişməyəcək.

yağışds qaçaq yoxsa sakitcə gəzək?

'Yağışda yavaş hərəkət edin' deyənlər isə qaçma vəziyyətində yağış damlalarının eyni müddətdə daha çox sayda yığılacağı və buxarlaşmaları üçün daha az vaxt olduğundan üzərimizin daha yaş olacağını, aerodinamik təsirləri nəzərə alaraq, düz gedərkən üzərimizə düşməyəcək şaquli damlaların, qaçsaq qarşıdan gələcəkləri üçün təmas edəcəklərini, gedərkən başımıza düşən damla sayının qaçdığımız sırada düşəndən çox ola bilməyəcəyini irəli sürərək yağmurda yavaş yeriməyi getməyi təklif edirlər. Təbii burada unudulmaması lazım olan şey yavaş gedərkən qıçlarımızın da çox yağmur götürəcəyidir.

'Yağışlı havada qaçın!' fikirinə görə isə, yağışda qaçmaqla getmək arasında, bədənimizə düşən yağış dənəsi miqdarı baxımından bir fərq olmaya bilər amma əhəmiyyətli olan başımıza düşən miqdardır. Bu səbəblə qaçsaq müddət qısalar və başımıza düşən yağış miqdarı azalar.

Edilən bir təcrübədə, yağış qarşıdan 45 dərəcə bucaq ilə yağırkən, bir dəftər kağızına eyni məsafə 7 saniyədə qaçıldığında 131 damla, 20 saniyədə gedilildiyində isə 216 damla isabət etdiyi müəyyən olunmuşdur. Buna görə yağışda ueriyərək getmək, qaçmağa görə az qala iki misli islanmaq mənasını verməkdədir.

Şübhəsiz bu mülahizələr edilərkən, küləyin istiqaməti, üzərimizdəki geyimlərin şəkli və cinsi və ən əhəmiyyətlisi bağlı sahəyə çatılacaq məsafə göz önünə alınmamış və qiymətləndirmələr qısa məsafələrə görə edilmişdir. Uzun məsafələrdə heç şansınız yox, qaça bildiyiniz qədər qaçın amma ən doğrusu yağış keçənə qədər bağlı bir yerdə əylənin :)

Həmçinin bax: Meymunlar üzərində maraqlı təcrübə

8 şərh

Ramil
Mən düşünürəm ki, fərq etməz ya qaçdın, ya qaçmadın. 
Sufi
Ən yaxşı yol musiqiyə qulaq asa-asa yağış altında yavaş-yavaş gəzməkdir.
_BUMERANQ_
Təbii ki, hava şaxtalı və küləkli olmayanda. Məsələn, yaz yağışında bunu etmək olar.
Nobody

Islanmisin yagisdan ne qorxusu :)

Qacsan da yavas yavas getsen de islanacaqsan :)

Ramil
Baxır yağma tempinə.
_BUMERANQ_
Bir dəfə şəkildəkindən (tokikdəki) də güclü yağışa düşmüşəm (rəfiqəmlə birlikdə). Yağış elə güclü idi ki, çətirimiz də sındı (uğurlu günümüz idi).  Amma həmin gün həmişə yadımda qalacaq. Xoş xatirə kimi.  
BaRLeLiTa
Eynən sizin kimi məndə rəfiqəmlə yağışa düşmüşəm,bizim hec cətirimizdə yoxuydu,yağış yağır,həmdə güclü külək vardı cətinliklə yeriyirdik.O günü rəfiqəmlə bu günə kimi xatırlayırıq,sizin kimi bir xoş xatirə olaraq.
_BUMERANQ_
Xoşbəxtlikdən, biz yağışa düşən gün külək yox idi. Lap hind filmlərindəki kimi yağırdı yağış.