Nə üçün?

İngiltərədə tıxac nə üçün soldan axar?? 
Əsrlər əvvəl yolun qarşısından gələnin düşmən olma ehtimalını göz önünə alaraq, insanlar (çoxu sağ əllərini istifadə etdikləri üçün) yolun solundan gedərək sol tərəflərini təhlükəsizliyə alar, sağ əllərini qılınclarını dərhal çəkəcək şəkildə hazır olardılar. 
XVIII əsrin sonlarında ABŞda bir çox at arabalarında, sürücü oturacağı yox idi və sürücü ən arxada və soldakı atın üstündə otururdu. Bu da yolun solundan gedildiyində yolun idarəsini çətinləşdirirdi. Çox keçmədən ABŞda tıxac sağdan işləməyə başladı. 
Fransız Qiyamı əsnasında, qiyamın liderlərindən Maximilien Robespierre, böyük bir ehtimalla Katolik kilsəyə meydan oxuyanlara bir jest olsun deyə, Parislilərdən yolların sağından getmələrini istədi. Bir müddət sonra Napoleon, ordularındakı avtomobillərin yolların sağından getmələri əmrini verdi və zəbt etdiyi hər ölkədə də bunu həyata keçirdi.
İngiltərə heç bir zaman Napoleon tərəfindən zəbt edilə bilmədiyindən İngilislər yolun solundan getmə vərdişlərindən imtina etmədilər. Avstraliya, Hindistan kimi bütün köhnə müstəmləkələrində də bu üsulu davam etdirdilər.

 Kişilərin düymələri nə üçün sağdadır? 
Bu, insanların daha çox sağ əllərini istifadə etmələrindən dolayı yaranan bir vərdişdir. Sağ əlini istifadə edən bir insan üçün, sağdakı düyməni, soldakı ilgəyə keçirmək daha asandır. Bu səbəblə də kişilərin düymələri həmişə sağda olur.
Bunun əksinə, əksəriyyəti sağ əlini istifadə edən qadınların düymələri soldadır. Geyimlərdə düymələrin istifadə edilməyə başlanıldığı ilk zamanlarda, düymələr həm tez qırıla bilirdi, həm də hər kəsin ala bilməyəcəyi qədər bahalı idi. Düymə ala biləcək zəngin qadınlar da, uzun paltarlarını ancaq xidmətçilərinin köməyi ilə geyə bilirdilər. Xidmətçilər isə xanımlarının qarşısında, onların düymələrini, sağ əllərini istifadə edərək daha rahat və daha sürətli düymələyə bilirdilər. Bu səbəblə dərzilər düymələri xidmətçinin sağına, xanımının isə soluna tikməyə başladılar və bu adət günümüzə qədər dəyişmədən qaldı.

İnsanlar nə üçün salamlaşırlar? 
Qədim zamanlarda, bütün kişilər bir silah daşıyır və əksəriyyəti də bu silahı sağ əli ilə tutardılar. Bir kişi digərinə qarşı dostluğunu, əlində silah olmadığını göstərmək üçün, boş sağ əlini uzadır, digəri də eyni şeyi təkrarlayırdı. Amma hər iki tərəf  özünü təhlükəsizliyini təmin etmək üçün, digərinin birdən silah çəkməsinə mane olmaq üçün, bir-birlərindən əmin olana qədər, birlikdə əllərini yüngülcə sıxaraq dayanırdılar. Qucaqlaşarkən əlləri yelləmə vərdişi isə rəqibin qəflətən silah çəkməsini önləmək üçün yaranmış bir vərdiş idi. Lakin sonralar bu dostluğun bir ifadəsi oldu.


Çətirlərin çoxunun rəngi nə üçün qaradır? 

Çətirlərdən istifadə təxminən 3400 il əvvələ, Mesopotamiyaya mədəniyyətinə gedib çıxmasına baxmayaraq Avropada çətirlərin geniş şəkildə istifadə edilməsinə 1700-cü illərdə başlanmışdır. Bu illərdə çətirlərin yunlu parçalarının üstü xüsusi bir yağ ilə yağlanardı. Bu yağ parçaya su keçirməz bir xüsusiyyət qazandırır və qara bir rəng verirdi. Qara rəngli bu çətirlər kişilər tərəfindən də mənimsəndi və günəş üçün olan ağ çətirlər qadınların, yağış üçün olan qaralar isə kişilərin imtina edilməz aksesuarları oldu. Bir növ yağ ilə suvanan qara çətirlər həqiqətən yağışı heç keçirmirdilər amma ömürləri də çox uzun sürmürdü. Zamanla daha keyfiyyətli çətirlər çıxarıldı, ancaq qara rəng su keçirməzliyin bir zəmanətiymiş kimi qəbul edilməyə davam edildi.
 


Nə üçün işıqforlar qırmızı, sarı, yaşıldır? 

İşıqforlar əvvəllər dəmiryollarının qatarları düzgün idarə etmək üçün tətbiq olunurdu. Dəmiryolları idarəsi qırmızı rəngi 'dayan' siqnalı olaraq seçmişdi. Qırmızı rəng qan rəngi olduğundan əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu olmuşdur. Dəmiryolları ilk fəaliyyətə başladığı 1830-cu illərdə 'xəbərdarlıq' işığının rəngi yaşıl, 'keç' işığının isə ağ idi. Ancaq 'dayan' işarələrinə qoyulan qırmızı lupalar yerlərindən düşüncə işıq ağlaşır, 'keç' siqnalı hesab edilir və qəzalara yol açırdı. Nəhayət, dəmiryolçular qırmızını 'dayan', yaşılı 'keç',  sarı rəngi də, rəng spektrumu içində ən göz oxşayan rəng olduğu üçün, 'xəbərdarlıq' siqnalı olaraq istifadə etməyə başladılar.

Matəmdə bayraqlar nə üçün yarıya endirilir? 
Qədim zamanlarda dəniz döyüşlərinin olduğu dövrlərdə hər bir döyüş gəmisinin digərinin təpəsində dalğalanan özünə xas rəngli bir bayrağı vardı. Bir dəniz döyüşündən sonra məğlub gəmi, qalib tərəfin bayrağını asmaq məcburiyyətində idi, bunun üçün də öz bayrağını yarıya çəkərək üstdə yer buraxardı. İndiki vaxtda isə bayraqları yarıya endirmək bir hörmət ifadəsi olaraq qalıb. Millətlərin matəm günlərində, əhəmiyyətli dövlət adamlarının ölümündə, digər millətlərin də bayraqlarını yarıya endirmələri, matəmə qatılmaq mənasında beynəlxalq bir ənənə halına gəldi. Hansı xalqdan olursa olsun dənizdə bir-birinin yanından keçən gəmilərin, keçiş müddətində bayraqlarını yarıya endirmələri ənənəsi, hörmətin bir ifadəsi olaraq indiki zamanda hələ də davam etməkdədir.
 

Əsgər formaları nə üçün xaki rəngindədir? 
Formalardakı xaki rəng ilk dəfə İngilislər tərəfindən 1850-ci illərdə Hindistanda istifadə edilməyə başlanmışdır. Britanya ordusundan Hary Lumsden İngilis əsgərlərinin ağ formaları səbəbi ilə asan hədəf olduqlarınının fərqinə vardıqda, formaların üzərinə toz və palçıq sürərək və bir az da çay ilə rəngləyərək rənglərini kölgəli qəhvə rənginə çevirmiş və geyimlərin rəngini əraziyə uydurmağa çalışmışdır. Torpaq rənginə bənzəyən bu formalara hindlər tərəfindən torpaq rəngi mənasını verən 'Khaki' adı verilmişdir.


Ata niyə soldan minilər? 
Əsrlər əvvəl, daha çox sağ əllərini istifadə edən insanlar, qılınclarını asan çəkə bilmələri üçün, qılınclarını qınlarında, sol tərəflərində daşıyırdılar. Ata minərkən, sol dizin altına qədər enən bu uzun qılıncla ata sağdan minmək, yəni sağ ayağı üzəngiyə qoyub, sol ayağı atın üzərinə ataraq minmək qılınc səbəbi ilə çətin olurdu. Soldan, sol ayağı üzəngi üzərinə qoyub, sağ ayağı atın üzərinə ataraq minəndə qılınc problem yaratmırdı. Xüsusilə döyüşə gedən ordularda nizam-intizam olduğu üçün solaxaylar da ata soldan minmək məcburiyyətində qalırdılar. Artıq minicilər qılınc daşımasalar da, ata soldan minmək günümüzə qədər gəlib çatmışdır.
 

Gəlin paltarlarının rəngi nə üçün ağdır? 
Ağ gəlin paltarı adətinin yayılması XVI əsrdə yaranmışdır. Bu illərdə krallıq ailəsi gəlinlərinin gümüşü rəngdə gəlin paltarı geymələri ənənə idi. Kraliça Viktorya bunu rədd etdi və ağ gəlin paltarı geyməkdə israr etdi. Bundan sonra İngilis və Fransız yazarlar, ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunu işləməyə başladılar. O dövr əxlaqına görə bakirəlik evliliyin imtina edilməz şərti olduğu üçün ağ gəlin paltarı adəti qəbul olundu. Evlənərkən ağ geyim geymək gənc qızların bakirəliyini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlin paltarı ilə əlaqədar bəzi batil inanclar da var. Bunlara görə gəlinin gəlinliyini şəxsən özü tikməsi, kürəkənin toydan əvvəl gəlini gəlin paltarıla görməsi, gəlinin gəlinliyi toydan əvvəl geyməsi uğursuzluq gətirir.
 

Kişilər nə üçün qalstuk taxar? 
1660-cı illərdə Osmanlılar Avstriya ordusuna məğlub olduqda, o zamanlar Avstriya- Macarıstan İmperatorluğu sərhədləri içində olan Xorvatiyadan (Croatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlər boğazlarına rəngli dəsmallar taxmışlardı. Bu dəsmallar Romalılar dövründə natiqlərin, səs tellərini isti saxlamaq üçün boğazlarına doladıqları dəsmallara bənzəyirdi. Kral bunu çox bəyəndi və özü də krallıq qalstukları taxan bir alay qurdu. Qalstuk sözü də Xorvat mənasında 'Croatdan törədi. 
 Çox keçmədən bu moda İngiltərəyə sıçradı. Qalstuk o zamanlar o qədər qalın bağlanardı ki, insanlar bədənini çevirmədən ətrafa baxa bilmirdilər, amma heç olmazsa qılınc zərbələrinə qarşı boyunu qoruyurdu. Qalstuk müxtəlif şəkillərdə əsrlər boyu mövqeyini qorudu, yüzdən çox dəyişik forması yarandı.

3 şərh

seyidova
qalstuk ve çetir meselesini bilmirdim.maraqlıdı
heyatin-ellerinde

Maraqlı məlumatlara görə çox sağolun

tarixci1919
Maraqlı və faydalı məlumatlardı. Gündəlik həyatımızda qarşılaşdığımız hansısa hadisələrin, ya da əşyaların hardan qaynaqlandığını, tarixini bilmək hamı üçün lazımlı və maraqlı olardı. Çox sağ olun.