Çəkiniz normaya uyğundurmu?

Bədən çəkiniz normaya uyğundurmu? Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər — bədən çəkisi (kq):boy (m2).

Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65: (1,6x1,6) = 65: 2,56 = təxminən 25,4.

 

Nəticəni aldıqdan sonra cədvələ baxın:

 

Bədən kütləsi indelsi, кг/м2

Nəticə

20-dən az

Çəkiniz normadan azdır

20,0-24,9

Norma

25-29,9

Artıq bədən çəkisi

30-34,9

Yüngül piylənmə (I dərəcə)

35-39,9

Orta piylənmə (II dərəcə)

40 və artıq

Ağır piylənmə (III dərəcə)

 
 

 

 

9 şərh

Consuelo
Məndə normadan az çıxdı.-19,4. :)
asel
məndə də, 19,5
babayeva_sabina
məndə 17.6 çıxdı təcili artmaq lazımdı
Gülnar
Saytdakıların hamısı ayaq üstə ölürmüş ki :) Məndə norma oldu.
_BUMERANQ_
Mən hesablamıram, bilirəm ki, normadan aşağı çıxacaq. 
Əvvəllər kompüterdə bir proqram var idi, o da təxminən belə bir hesablama idi, amma maraqlısı o idi ki, o proqram çəkiyə görə şərh verirdi.
Şərhi bura yazmayacam, amma çox gülmüşdüm. :)
BaRLeLiTa
Heç hesablamamış normadan aşağı çıxaçağını bilirdim də, arıq-mırıq, incə-mincə olmaq heyif deyil, öz aləmimdə :)
asel
əlbəttə,istədiyin paltarı rahatca alıb geyinə bilirsən:))))))