Eşşək südünün inanılmaz faydası


Eşşək südü xərçəng xəstəliklərinə yaxşı təsir etdiyi və az tapıldığı üçün 1 litri 50 dollara satılır. Süleyman Dəmirəl Universitetinin professoru Zübeydə Öner eşşək südünün ana südünə bənzədiyini söyləyib. Eşşək südü ən çox Çində sağılır.
Mütəxəssisin sözlərinə görə eşşək südü Avropada da yayılmağa başlayıb. Bunun ən böyük səbəbi, tərkibindəki şəkər və protein baxımdan ana südünə çox yaxın olmasıdır.

Eşşək südündə lizozim və laktozi deyilən maddələr var. Bu maddələr bədənin müdafiə sistemini gücləndirir və dolayısı ilə vücudda şişlərin yaranmasına mane olur. Aparılan araşdırmalarda eşşək südünün şişlərin qarşısını alan faktor olması öz təsdiqini tapıb. Protein dəyəri ana südünə yaxındır. Lakin eşşək südündən doymuş yağ turşularının daha çox olduğu müşahidə edilib. Buna görə də eşşək südü üzərində ciddi elmi araşdırmalar aparılır.

Qiyməti çox bahadır
Eşşək südü çox az olduğu üçün qiyməti də bahadır. Bahalı olduğu və bazara çıxarılmadığı üçün onu əldə etmək çox çətindir. Tibbi cəhətdən başqa xəstəliklərin müalicəsində də faydası təsdiqləndikdən sonra satışa çıxarılacağı gözlənilir. 

Mənbə: publika.az 

 

14 şərh

Deha
Mənə gülə bilərsiniz amma, mən eşşək südü içmişəm.Mən asma-bronxit xəstəliyindən əziyyət çəkirəm və buna görə də həkim mənə bu süddən içməyi məsləhət görmüşdü.Düzdü elə də pis dadı yoxdur amma, dəhşət iyi var.
Apollon
Əgər faydası varsa, burda gülməli heç nə yoxdu.
Deha
O sənin düşüncəndir Apollon.Bir dəfə dostlarımın yanında dedim hələdə mənə gülürlər.Hətta xəstəliyimə belə…
Apollon
Onda cümlədəki dost sözünün üstündən xət çəkin :)
Anormal bir şey görmürəm. Heç kim xəstəlikdən sığortalanmıyıb nəticədə. 
Deha
Səninlə tamamilə razıyam.Amma mən neyləyim ki, dostlarım bele çıxıb.
naninka

Allah şefa versin. İnşəAllah.Amin!

Ramil
ALLAH köməyin olsun.
naninka
Apollonla tamam ilə raziyam. Eşşək südünün faydasına gülənlər bəlkə də donuz eti yeyib, ozlərini ağıllı hesab edenlərdir. 
Deha
:)))))ahhh naninka heç demə
naninka
Eşitdiyimə görə qizilca xestəlyində də içilir.
azadmamedov90
hmmm, maraglidir, eziyyete gore sag ol. men ilk defedir esidirem- oxudum )))gedib alacam mende icim gorum nece tesir edecek
Ramil
Eşşək südü qızılca xəstəliyinin 1 nömrəli dərmanıdır. Özüm dəfələrlə bunun şahidi olmuşam. Səpkilərin daxildən xaricə çıxmasında köməyi daha çoxdur.
seyidova
Maraqlıdı.Lazım gəlsə yoxlayaram 
ismayilov_mushfiq
Coox sagol deyerli melumata gore birde burda gulmeli bir wey yoxdu tam tebi bir haldi