Çoxfazalı yuxu nədir?

Sutka ərzində normal yuxu 8 saat sayılır.

Bu yuxu sisteminin ideyası ondadır ki, siz gün ərzində 8 saat yatmaq əvəzinə, yuxu ərzində bir neçə dəfə oyanırsız və ümumi müddəti azalır .

Nəticədə, araşdırmaçıların iddiya etdikləri kimi bu yuxu modelinin keyfiyyəti genişlənir və kreativ ideyalar yaranır.

Yuxunu azaltmaq yuxu fazasından asılıdır .

Hər bir insanda yuxu strukturu iki hissəlidi, Non-REM ( yavaş yuxu ) və REM ( sürətli yuxu ) .

Non-REM-insan yuxulayarkən baş verir, 4 mərhələlidi və 90 dəqiqə davam edir, ümumi yuxunun 75-80%- ni təşkil edir.

REM yuxu fazası isə 10-20 dəqiqə davam edir ve ümumi yuxunun 20-25% -ni təşkil edir. Lakin bu yuxu beyni daha da aktiv edir.

Bir-biri ilə yavaş və sürətli yuxu alternativi yuxu dövrünün bütün mərhələsidir.

Çox fazalı yuxu tərəfdaşlarının dediyinə görə insanın Non-REM yuxu hissəsinə elədə ehtiyacı yoxdur, əsas aktivlik REM yuxu zamanı baş verir. İnsanlar gərək REM yuxu hissəsinə birbaşa girməyi öyrənsinlər, aralıq yuxu hissəsində vaxtlarını itirməsinlər .

Elə hesab olunur ki, gecə yuxusu yavaş və bütün mərhələlərdən keçən yuxudur, lakin gündüz REM yuxu mərhələsindən istfadə edərək aktivliyi qorumaq necədə rahat olar.

Tərcümə etdi: Nərgiz Əhmədova


0 şərh