Yuxu gətirən qidalar

Əgər sizin yuxu ilə bağlı probleminiz varsa bu məhsullardan istifadə edə bilərsiniz. Keyfiyyətli və müntəzəm yuxu üçün əsas şərt sinir sisteminin rahat olmasıdır. 
Belə ki, bəzi məhsullar əzələləri yumşaldır, melatonun (yuxu) və xoşbəxtlik hormonu olan serotonin yaranmasını sürətləndirir. 

Amma bu qidaları yuxudan azı 1 saat qabaq yemək məsləhətdir. ANS PRESS türk dietoloq Büşra Totanın yuxu ilə bağlı məsləhətlərini təqdim edir. Onun sözlərinə görə, hər biri 200 kalori olan bu sehrli qidalar həzm sistemini yormadan insanın əsəb sistemini sakitləşdirir. 


Banan
— bu meyvəni «sarı qabıqlı yuxu dərmanı»da adlandırmaq olar. Banan serotonin və melatonin hormonları artırmaqla yanaşı, maqnezium sayəsində əsələlərin rahatlanmasına kömək edir. 


Çobanyastığı çayı
— bu çayın sakitləşdirici xüsusiyyətini bilmyən yoxdur. Əsəbi insanların ən yaxşı dərmanıdır. 


İlıq süd -
süd tərkibindəki triptofan sayəsində əsəbləri sakitləşdiri və daha keyfiyyətli yuxu ilə təmin edir. 


Bal -
bitki çayı və ya ilıq südün içinə qatılan balın yuxu gətirək üçün böyük rol oynayır. 


Kartof -
sobada bişirilən kartof mədəni yormur. Təsirini artırmaq üçün südlə pure halına salıb yemək olar. 


Badam -
bir ovuc badam tərkibindəki kalsium sayəsində əsəbləri sakitləşdirir. 


Kətan toxumu -
süd və ya yoğurta qatılan kətan toxumu omega-3 yağ asitləri ilə zəngindir. 

Xəbərdarlıq : Yuxudan öncə ağır,yağlı, həzmi çətin yeməklər yemək olmaz. Belə məhsullar nəinki yuxunun keyfiyyətini salır, həm də sağlamlıq üçün ciddi problemlər yarada bilər.

0 şərh