Üzünüz hansı xəstəlikdən xəbər verir?

İnsanın üzündən onun xasiyyətini öyrənmək mümkün olduğu kimi, sən demə daxili aləmi, gələcəyi və xəstəliklərini də öyrənmək mümkündür. Bu mənada üzü kimliyimizin xəritəsi adlandırmaq olar.
 
Dolayısı ilə insanın üzünə baxanda, xəstəlikdən əziyyət çəkdiyimizi müəyyən edə bilərik.
 
Alın bağırsaqların göstəricisidir. Aşağı hissə — nazik bağırsaq, yuxarı hissə — qalın bağırsağın vəziyyətini bildirir. Alnınızda yaranan xoşagəlməz civzələr bağırsaqlarda yaranan problemin göstərir.
 
Gicgah öd kisəsinə cavabdehdir. Öd kisəsi pozulanda gicgahda qızartı və sızanaqlar yaranır, gicgahda ağrılar olur.
 
Yanaqlar ağciyər xəstəliklərinin əlamətidir. Sağ yanaq sağ ciyərə, sol yanaq sol ciyərə aiddir.
 
Burun pərləri tənəffüs sistemi və bronxlara aiddir. Üzdə qəhvəyi rəngli piqment ləkələrin əmələ gəlməsi qaraciyər xəstəliklərindən xəbər verir. Göyümtül- ağarmış sifət — anemiya, ağciyər soyuqdəyməsinin əlamətidir. Saralmış üz — qaraciyər funksiyasınin pozulmasını göstərir.

0 şərh