Ayaqqabılarda pis qoxuları dəf etmək üçün üsullar

1. Yuyun və qurudun
Hər gün ayaqlarınızı su və sabunla yaxşıca yuyun. Barmaq aralarınızı, ayaqlarınızı tam qurudun sonra isə ayaqqabılarınızı geyinin. Belə etdikdə ayaqlarınızı uzun müddət tərləmədən və pis qoxu vermədən qalacaq.

2. Bakteriyaları yox edin
Ayağınızdakı bakteriyaları yox etmək üçün bəzi məhlullar mövcuddur. Məsələn, ağ sirkə ayağınızdakı bakteriyaları yox etməkdə işə yarayan əla vasitədir. Müəyyən miqdar ağ sirkəni spreyli bir qaba doldurun və hər gün duşdan sonra ayaqlarınıza sıxın, qurusun. Bunu ayaqqabılarınızı geyinmədən əvvəl də edə bilərsiniz.

3. Hindistan qozu yağı
Əvvəlki yazılarımızda faydalarından geniş şəkildə bəhs etdiyimiz Hindistan qozu yağı ayaqdakı pis qoxuları yox etməkdə də effektlidir. Sirkəni tətbiq etdikdən sonra gecə yatmazdan əvvəl ayaqlarınızı bu yağla masaj edə bilərsiniz. Bu üsul həm bakteriyaların azalmasına, həm də, ayaqlarınızın yumşalmasına səbəb olacaq.

4. Ayaqqabılarınızı havalandırın
Ayaqda yaranan bakteriyalar və göbələklər qaranlıq, bağlı mühiti sevir. Buna görə də, ayaqqabılarınızı geyindikdən və idman etdikdən sonra onları idman çantanıza qoymaq əvəzinə havaya qoyun.

5. Qəzet
Ayaqlarda yaranan bakteriyaların qarşısını almaq üçün istifadə olunan üsullardan biri də onları yumaqdır. Yuyulmuş ayaqqabılarınızı daha yaxşı qurutmaq üçün onları qəzetə bükə bilərsiniz.

6. Spirtli içkilər
Spirtli içkilər bakteriyaları öldürən ən təsirli maddələrdən biridir. Ayaqqabılarınızı izopropillə təmizləyə bilərsiniz. Amma bunu tətbiq edərkən əvvəlcə ayaqqabılarınızın istifadə qaydalarını oxuyun və ayaqqabınızın üz hissəsi spirtli içkilə təmasda olmamalıdır.

7. Ayaqqabı içliyini dəyişdirin
Ayaqqabı içliyi ayaq tərinizi ən çox özünə çəkən hissədir. İstifadə etdiyinizin ayaqqabı içliyini periodik olaraq dəyişdirin. Hətta onların ayaq qoxusunun qarşısını alan növlərindən istifadə edə bilərsiniz.

8. Duz, pudra və karbonat
Suyu özünə çəkən xüsusiyyətinə malik olan duz ayaqqabınızın içindəki nəmi tam şəkildə özünə çəkərək bakteriyaların çoxalmasının qarşısını alır. Eynilə ayaqqabılarınızın içinə pudra ya da soda da tökə bilərsiniz.
 

0 şərh