Saxta ətri orijinalından necə ayırmalı?

Ətirlərin saxta və ya orijinal olub-olmamasını aydınlaşdırmaq çox zaman çətin olur. Amma bunun da bəzi göstəriciləri var. 

— Orijinal ətrin qutusunun ətrafındakı şəffaf sellofan ustalıqla qablaşdırılır və bağlı olur. Qablaşdırmada problemlər varsa, saxta olma ehtimalı yüksəkdir.

— Orijinal ətirlərin qutuları ətir şüşəsinin zərər görməsinə mane olacaq formada və ağ kartondan olur. Boz rəngli və ya nizamsız kartonlu qutusu olanları almayın.

— Qızılı rəngli dairəyə diqqət edin. Aşağıda şəkildə gördüyünüz soldakı orijinal, sağdakı isə saxtadır. Orijinal ətirlərdə qara ox sağ tərəfə, qızıl rəngli ox sol tərəfə doğru baxır. Belə deyilsə, saxtadır.

— Məşhur markalar məhsullarında rəngləndiricidən çox istifadə etmir. Bu səbəbdən də ətirlər solğun rəngdə olur. Çox canlı və çox rəngli ətirlər böyük ehtimalla saxtadır.

— Orijinal ətir şüşələrinin qapaqlarındakı möhürlər simmetrik olmalıdır.

— Ətirlərin ardıcıl nömrələri həm şüşənin üzərində, həm də qutusunda olmalıdır.

— Orijinal marka ətirlərin şüşələrinin səthində hər hansı bir əyrilik görə bilməzsiniz. Şüşə qapağı, qutusu və qabı, yəni bütün detallar düzgün şəkildə kəsilmiş və yapıştırılmış olur.

ailem.az 

0 şərh