Düyünü bişirməzdən əvvəl yuyun

Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər. The Daily Mail xəbər verir ki, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda «arsen» adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.
 

0 şərh