Makaronun faydaları

Makaron bədən üçün əhəmiyyətli olan vitamin və minerallarla zəngindir. Buğdadan hazırlanmış qida məhsulları içərisində istehsal miqdarı və qidalanmadakı önəmi baxımından çörəkdən sonra ikinci yerdə gəlir. Vitamin və minerallar baxımından çox zəngin və faydalı qidadır.

Makaron A, B1, B2 vitaminləri, dəmir, potasium, kalsium, fosfor və protein baxımından zəngindir.

Yağsızdır. Çox az miqdarda əsas yağ birləşmələri və yüksək səviyyədə linoleik yağ asiti tərkibli olduğundan xolesterolu aşağı salır.

Tərkibindəki kompleks karbohidratlar qana yavaş qarışdığından tox tutar.

Maddələr mübadiləsində dərhal enerjiyə dönüşür. Təcili enerjiyə ehtiyac duyan, idmançı ya hansısa ağır işlə məşğul olan biri üçün əsas qidadır.

Çox doyurucudur, həm də bədən üçün lazımlı vitamin və mineral tərkiblidir.

Kökəltmir.

Ürək-damar və şəkər xəstəliklərinə yoluxma riskini azaldır. Asan həzm edilir.

Mineral maddə, lif və protein baxımından zəngindir.

Qiymə, pendir, tərəvəz, göbələk kimi bir çox qidalarla birlikdə bişirilə bilər.

0 şərh