Gündə neçə addım atmaq lazımdır?


Sağlam bir insan hər gün ortalama 8.000-10.000 aralığından atddım atmalıdır və bu addımların sayı 7.500-dən az olmamalıdır. Gün ərzində bu saylara çatmağı bacara bilsəniz, həm sağlamlığınız baxımından yaxşı olar, həm də bir probleminiz yoxdursa, çəki problemi yaşamaq riskinizi aradan qaldırmış olar.

10.000 addım 8 km-ə yaxın bir məsafəyə bərabərdir. Gəzinti tempinizə görə dəyişməsini nəzərə almasaq, bu müddət 1 saat 40 dəqiqəyə bərabərdir. (Dəqiqədə 100 addım atırsınızsa) Gəzintinizin forması və uzunluğu məqsədiniz ilə birbaşa əlaqəlidir. Formanızı qorumaqdan əlavə arıqlamaq da istəyirsinizsə, daha çox və sürətli templə gəzməlisiniz.

10.000 addım nə qədər kalori yandırır?
Məsafəyə, çəkinizə və yolun formasına görə yandırdığınız kalori əlbəttə dəyişməkdədir. Ancaq ortalama olaraq 1 saat gəzmək təxminən 200-400 kalori yandırmaqdadır. Hər gün 10.000 addım gəzmək həftədə yarım kiloya yaxın yağ yandırmağınıza kömək edəcək.

0 şərh