Sakitləşdirən 5 ətir

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir. Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

1. Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

2. Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.

3. Sitrus meyvələri
Sitrus meyvələrinin ətri insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə portağal suyu için.

4. Vanil
Vanil çox qədim dövrlərdən bəri xoşbəxtliyi artırmağa və əhvalın yüksəlməsinə yardımçı olduğu məlumdur. Onun ətri insana rahatlıq verir.

5. Qızılgül
Bu gülün ətri ən yaxşı təbii antidepressanlardan biridir. Qızılgülün ətri əhvalı yüksəltmək, baş ağrısı azaltmaq xüsusiyyətlərə malikdir.

0 şərh