Qara magiya və ondan qorunmağın yolları

Qara magiya müxtəlif simvollardan, formulalardan müxtəlif əşyalardan istifadə etməklə başqasına ziyan vurmaqdır. Ağ magiya isə qara magiyanın təsirlərini zərərsizləşdirmək, açmaq üçün işlədilir.

Necə olur ki, qara magiya təsir göstərə bilir?
Qeyd etməliyəm ki, hər bir maddi varlıq müəyyən enerjinin daşıyıcısıdır. Bunlar insanın sağlamlığına uyğun olan və ya yad enerji də ola bilər. Qara magiyada istifadə olunan ünsürlər, əşyalar, o cümlədən qəbirsanlıq torpağı, ölü sümüyü, qıfıl, iynə, paslı mismar, nal və sair əşyalar güclü neqatif enerji yaratmaq üçün alətə çevrilə bilir. Ölü sümüyü ölünün enerjisini, neqativ enerjini daşıyır. Müxtəlif simvollardan, yazılardan istifadə etməklə cadügərlər ölü sümüyü və ölü torpağını kiminsə əleyhinə yönəldirlər. Bu əşyalar kiminsə əleyhində istifadə edildikdə onun sağlamlığı təhlükədə ola bilər. Beyni dumanlana, zehni və fikri qarışa bilər (Haşiyə: Qara magiyadan necə istifadə edilməsi barədə çox danışmaq istəməzdik. Çünki mətndən pis niyyətlə istifadə edilə bilər.)

İnsana zərər vuran, onun sağlamlığına pis təsir göstərən neqativ enerjilərdən ən böyüyünə bəd nəzəri misal göstərmək olar. Bunu hər kəs bilir və müdafiə olunmağa çalışır. Hər bir xalqın inancında mənfi enerjini götürmək üçün müxtəlif üsullardan istifadə edirlər. Üzərlik Azərbaycan xalqının tez-tez bu məqsədlə işlətdiyi bitkidir. Üzərliyin qoxusu neqativ enerjini götürür. Çiy yumurtanı da insanın aurası ətrafında fırladanda bir çox neqativ enerjiləri özünə çəkir və insanı müəyyən qədər təmizləyir.

Gözdəymədən qorunmaq üçün gözmuncuğu, dağdağan da xeyirlidir. Dağdağan ağacı və meyvəsi neqativ enerjidən qorumaq funksiyası daşıyır. Onu sapa düzüb asa da bilərlər. Evdə müəyyən yerə də asa bilərlər. Yeri gəlmişkən, bəd nəzərdən qorunmaq üçün nəzərə tuş gəlmiş adamın başına düz hərləmək həqiqətən çox effektiv təsir göstərir. Lakin duz hərləməyi bir neçə saat ərzində etmək daha məqsədəuyğundur. Belə olanda müsbət təsir tez əldə olunur. Duz kristalları insanın ətrafında olan neqativ enerjiləri götürür. Müasir zamanda bəd nəzərin ən çox yayılan forması gənc qızların, qadınların açıq-saçıq geyinmələridir. Onlar hər an neqativ enerjiyə, ətrafdakıların energetik hücumuna məruz qalırlar. Yəni bioloji instinktlərdən tutmuş insanların daşıdığı pis xislət, mənfi düşüncənin mənfi enerjinin bir forması kimi nəzərə almaq lazımdır. Açıq-saçıq geinən qadına birisi baxanda içindən müxtəlif fikirlər keçir. Ürəyindən hansısa fikirlər keçirirsə və görürsə artıq gözüylə ziyan yetirir.

Adətən yaxamısa seplə taxdığımız medalyonlar da neqativ enerjini götürməyə, bədnəzərdən insanı uzaq tutmağa kömək edir. Medalyonun asıldığı yerdə ürək çakrası yerləşir. O insanı bəd nəzərdən qoruyur. Hindistanda alında iki qaşın ortasına xal qoyulması neqativ enerjidən qorunma məqsədi daşıyır. Həmin nahiyədə insanın ən vacib, ali çakralarından biri yerləşir. Onu qorumaq məqsədilə xüsusi qoruyucu maddələrlə bilicilər tərəfindən belə xallar qoyulur.

Bəd nəzərdən və müxtəlif şər qüvvələrdən qorunmağın ən yaxşı təbii üsullarını hindu tayfaları düzəldirdilər. Yaxalarından müəyyən simvollar, heyvan dişləri və sümükləri asırlar. Bədənlərinə cürbəcür simvollar çəkirlər. Bunlar heç də özlərini eybəcər və gülünc hala salmaq üçün bunu etmirlər. Halbuki bunlar sınanmış vasitələrdir.

Neqativ enerji ilə təsir vasitələrindən biri də qarğışlar, başqa sözlə bəddualardır.  Bəddua neqativ enerjinin söz vasitəsilə yönəldilməsidir. Necə ki, alqışlar insana müsbət təsir edirsə qarğışlar da elə təsir edir. Qarğışların insana təsir göstərməsi üçün həmin insanın içində enerji boşluğunun olması səbəb olur. Bu həmin adamın daşıdığı ağır karmadan irəli gəlir. Onun hazırki həyatında etdiyi yaramazlıqlar, günahlar, eləcə də qarğışa tutulma qorxusu və s. buna səbəb ola bilir. Qarğış edən adam həddən artıq qəzəbli, kinli olur. Qarğışı bütün içindən edir. Bu olduqca yolverilməz və ağır bir əməldir. 

Bəddua və qarğışlar edən insan ilk növbədə özünə ziyan vurur. Xeyli enerji itirir. İnsan öz enerjisini boş şeylərə, ziyanlı düşüncələrə nə qədər çox sərf edirsə, öz sağlamlığına bir o qədər zərbə vurmuş olur, ömrünü gödəldir. Özünə və öz yaxınlarına qarşı bir o qədər zərbə mənbəyi yaratmış olur.

Bədnəzər adam da elə bu qəbildəndir. Onun gözündən axan neqativ enerji insanın sağlamlığını həmin anda müəyyən qədər zəiflədir. Enerji boş yerə və ya ziyanlı bir yerə itirilməməlidir. Belə olduqda kainatda olan enerji balansını mənfi tərəfə yönəldir. Öz neqatif enerjisinə görə bu insanın özü də mütləq ziyan çəkməlidir. Bəddua edəndə də özü və yaxınlarının enerjisini zəiflədir. Tanrının qoyduğu mizan-tərəzi elədir ki, mütləq enerji balansı olmalıdır. Tarazlaşma yaranmadıqda fəlakət və pis nəticələr olur.



İnsanı xəstələndirən faktorların böyük bir hissəsi onun hissləri, duyğuları ilə bağlıdır: “Qəzəbli, kinli adam, içində nifrət daşıyan adamın öd kisəsi, qaraciyəri daşıdığı bu cür neqativ enerjinin təsirindən xəstələnəcək. Qorxu hissi ilə yaşayan adamın böyrəklərində problem yaranacaq, damarlarında spazm olacaq. Eləcə də digər orqanların ağrıları müxtəlif düşüncələrin təsiridir.

“Ağrı insanın özü-özünü şüuraltı səviyyədə cəzalandırmasıdır. Yəni insan bilərəkdən və bilməyərəkdən səhv, günahkar hərəkətlər etdikdə və etdiklərini dərk etdikdə hansısa orqanı, xüsusən də başı ağrıyır. İnsan beyninə yüklədiyi düşüncələri nəticəsində başını ağrıdır. Beləliklə özünü şüuraltı olaraq cəzalandırmış olur.”- deyə ekspert vurğulayır.

Mənfi enerjidən və cadügərlərin şərindən qorunmaq üçün xeyirxah düşüncələrə köklənmək, daxilən saf, təmiz olmaq, pis və kinli düşüncələrdən uzaq olmaq, başqalarına şər arzulamaqdan özünü kənar tutmalıdır. Mənfi düşüncələri, neqatif enerjini nə qədər yaxına buraxdıqca daha çox zərər çəkmiş olursunuz. Daxilinizdə yaratdığınız enerji sizi qoruyur. Bundan başqa hazırda insanların avamlığından istifadə edib getdikcə fəallaşan “vergililərin”, falçıların yalan taktikaları, fəndləri haqda məlumatlı olmağın vacibliyini də bilmək lazımdır. İnsanlar adətən falçıların verdiyi inforasiyaların əsarətinə düşür, onların xofunda qalırlar. Onların qoyduqları tələblərlə razılaşmalı olurlar. Əslində məsələnin mahiyyəti, kökü başqadır.

Ümumiyyətlə mənfi, neqativ gücə məruz qalmaq elə insanın özündən asılıdır. İnsan ruhən və mənəviyyatca nə qədər dayanıqlı və təmizdirsə, düşüncələri nə qədər safdırsa o zaman insana neqativ güclər və enerjilər az təsir göstərəcək. Əksinə neqativ enerjiyə qarşı insan xoflu və qorxahdırsa, sərf etdiyi enerji çoxaldığına görə onu əhatə edən qoruyucu aurası, enerji təbəqəsi azalmağa başlayır. Yad neqativ enerjilərin zərbə vurması asanalşır. Və bu hər an baş verir. İnsanların baxışları, fikir və düşüncələri, düşdükləri ab-hava da enerji daşıyıcısıdır.

Bəzən kimsə deyir ki, mən onun ürəyindən keçənləri hiss etdim. Bu o deməkdir ki, qarşılıqlı enerji qəbulu baş verir. İnsan radioqəbuledici kimi ətrafında baş verənləri müəyyən dalğa uzunluğuna köklənərək qəbul edə bilir. Bununçün birinci növbədə diqqət lazımdır. Dərin konsentrasiya qabiliyyətinə malik olan insanlar ekstrahisslərə də dahib ola bilirlər. İnsan həmin anda lazımı enerjiyə köklənmək üçün tamamilə özünü izolyasiya etməlidir. Yeri gəlmişkən insanların 20-25 faizi müəyyən məşqlərdən, meditasiyalardan sonra ekstra hisslərə sahib ola bilər. Moskvada belə məktəblər var. Orda yeniyetmələri götürürlər. Çünki yaşlılar həyatın ağır yükü və informasıyalarla çox yüklənir. Yeniyetmələrdən görücülər yetişdirə bilirlər. Onlar nüfuzlu komissiyaların önündə imtahan verirlər. Belələri baxmadan kürəyinin arxasındakı mətni oxuya bilir. Və ya zərfdə təqdim olunan mətni, rəsmi oxuya bilirlər. Görmə analizatorlarını o səviyyədə həssaslaşdırırlar ki, göz vasitəsilə yox, beynin arxasındakı ali görmə mərkəzi vasitəsilə informasiyanı qəbul edirlər.

Simvollar və digər kənar müdafiə üsulları ilə yanaşı insan öz üzərində işləməlidir. Zehninə, düşüncələrinə “əl gəzdirməlidir”. Düzgün yol meditasiya və psixoterapiya üsullarından istifadə etməkdir. Meditasiya edən insan duşun altında durub çirkabdan, kirlərdən təmizləndiyi kimi eləcə də stresslərdən, mənfi enerjilərdən, yorğunluqlardan təmizlənmiş olur.



Bəs meditasiya nədir?
Meditasiya insanın ətraf aləmdən təcrid olunaraq, özünə qapanma formasıdır. Özüylə tək qalır. Bu zaman kənar informasiyalardan, ideyalardan azad olur. Yalnız bir nöqtəyə, bir fikrə özünü cəmləşdirir. Bu ideyalar müxtəlif ola bilər. Məzmunca Tanrı ideyası, xeyirxahlıq ideyası, sevgi-məhəbbət ideyası və sairə ola bilər. Sadəcə sakit durub fikrini cəmləşdirməklə iş bitmir. Fikri bir obyekt üzərində cəmləşdirmək lazımdır. Daxili dialoqunu dayandırmağı bacaran ən güclü meditasiya qabiliyyəti olan şəxslər çox deyil. Ancaq hər kəsin bacara biləcəyi meditasiya üsulu çətin deyil. Sadəcə yolunu öyrənmək lazımdır. Eyni zamanda yuyunmağın özü də neqativ enerjidən həm təmizlənməyə, həm də qorumağa böyük köməklik göstərir. Mümkün olduqca bu məqsədlə çox duş qəbul etmək məsləhətdir.
 

0 şərh