Ən geniş yayılmış 10 tibbi mif

1. Gündəlik 8 stəkan su içmək lazımdır
 Əslində ehtiyacınız olduğu qədər su için. Orqanizmə lazım olan maye miqdarını özü də tənzimləyə bilir. Sizə lazım olduğu qədər su içirdir orqanizm. Lakin çox isti havada, sidiyinizin rəngi tünd sarı olanda maye tükətimini artırın.

2. Yumurta yemək ürəyiniz üçün ziyandır
 Əslində gün ərzində 1 və ya 2 yumurta yemək olar, düzdür yumurta sarısında xolesterol var, amma az miqdardadır. Yumurta sarısının içində omeqa-3 yağ turşuları da var ki, onlar ürək üçün xeyirlidir.

3. Antiperspirantlar (tər əleyhinə vasitələr) süd vəzisi xərçəngi yaradır
 Əslində aşırı tərləmək yaxşı deyil. Antiperspirantlar da kimyəvi tərkibli maddələrdir və qismən də olsa dəriyə keçir.Amma antiperspirantların süd vəzisi xərçəngi yaratması haqqında elmi sübutlar yoxdur. İsti havalarda səhər duş alıb, antiperspirant çəkirsinizsə, onda mütləq axşam evə gələndə də duş qəbul edib antiperspirantı yumaq lazımdır.

4. Gündəlik dozada vitamin qəbulu mütləqdir
Əslində əgər insannın mədə-bağırsaq sistemində, digər orqanlarda hər hansı bir xroniki xəstəliyi yoxdursa və o hər gün normal qidalanırsa onun bu vitaminlərə ehtiyacı yoxdur. Hamilə qadınlar hamilə vaxtı vitamin və fol turşusu qəbul etməlidirlər. Amma digər hallarda bədənə lazım olan bütün vitaminlər təbii yolla qidalardan əldə edilməlidir.

5. Soyuq hava adamı soyuqladır
 Əslində soyuq hava deyil, şəraitə uyğun geyinməmək, uzun müddət isti şəraitə öyrəşmək, təmiz havada az olmaq bədənin müqavimətini azaldır, xroniki xəstəlikləri aktivləşdirir. Bizlərdə qəribə vərdiş var ki, havalar soyuyan kimi təmiz havada olmuruq, gəzintilərdən imtina edirik. Ən çox da valdeynlər öz uşaqlarını çölə çıxartmağa çəkinirlər. Odur ki, havalar soyuyanda da təmiz havada gəzintilərdən imtina etməyin, hər gün ən azı 30 dəqiqə də olsa piyada gəzin. Onda orqanizm havaların kəskin dəyişiklliklərinə heç bir kəskin qarşılıq verməyəcək.

6. Səhər yeməyini yeyənlər daha rahat arıqlaya bilərlər
 Əslində səhər yeməyinin yeyilməsi doğrudan da xeyirlidir. Amma onu yeməyənlər də rahat arıqlaya bilərlər, əgər gün ərzində qəbul etdikləri qidaların kalorisi bir dəfəyə 400 kalorini keçmirsə artıq kilo almazlar.

7. Burundan axan yaşıl axıntı həmişə bakterial infeksiyaya dəlalət edir
Əslində bu belədir, amma selikli, rəngsiz axıntının olması bakterial infeksiyanı inkar etmir və bəzən də yaşıl rəngli axıntı da virus mənşəli infeksiyadan ola bilər.

8. Həddən artıq şirni yemək uşaqları hiperaktiv edir
Əslində uşaqlara həddən artıq şirniyyat vermək düzgün deyil, onlar düzgün qidalanmalı, protein, yağ, karbohidrat, vitamin və mikroelementlərlə balanslaşdırılmış qida ilə bəslənməlidirlər. Sadəcə bəzi valdeynlərin dediyi kimi şirniyyat uşaqları diqqətsiz, hiperaktiv etmir. Bunun elmi əsası yoxdur.

9. Unitaz üstlükləri ən çox mikrob yığıntısı olan yerdir
 Əslində məhz elə unitaz üstlükləri daha təmiz olur, amma tualet, hamam qapı tutacaqları, su kranlarının başlıqları isə əksinə daha çox bakterial kontamninə ( yığıntılı) olur.

10. Xırçıldayan oynaqlarda artrit ( iltihab) olur
Əslində bu da belə deyil. Oynaqlarda kəskin ağrı, şişkinlik, qızartı, hərəki məhdudiyyət varsa mütləq həkiminizə müraciət edin.

Dr. Sayılova Aygün

0 şərh