İldırımdan necə qorunmalı?

Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Xüsusilə bu mövsümdə belə hallara tez-tez rast gəlinir. Bu isə ildırımvurma hallarından qorunmaq məsələsini aktuallaşdırır. Bununla bağlı Fövqaladə Hallar Nazirliyinin də xəbərdarlığı var.

Bəs yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli?
Fövqaladə Hallar Nazirliyinin mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımın baş verəcəyindən xəbər verir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu «embrion vəziyyəti» adlanır.

Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur. Şimşək çaxan vaxt çətirlə gəzmək də məsələhət deyil. Çünki çətirin metal çubuqları da ildırımı cəlb edir.
 

0 şərh