Qadın və kişi ürəyi

Qadın və kişi ürəyi bioloji olaraq fərqlidir. Onlar arasında aşağıdakı önəmli fərqlərı sadalamaq olar:

  • Qadın ürəyi ölçü və ağırlıq olaraq kişi ürəyindən fərqlənir. Kişi ürəyi daha böyük ölçülü və təxminən 60 qr daha ağırdır.
  • Qadınlarda damar divarları daha incədir və diametri daha kiçikdir ki bu da damara müdaxiləni çətinləşdirə bilir. Ayrıca qadınlarda ürək damarları spazm olmağa daha çox meyllidir.
  • Qadınların ürəyi kişilərə görə daha tez-tez döyünür. Həmçinin qadınlarda aritmiya hallarına daha çox rast gəlinir.
  • Qadınlarda ürək xəstəliklərinin simptomları daha fərqli ola bilir. Ürək xəstəliyinin mövcudluğu zamanı kişilərdə ürək ağrısı ön plandaykən qadınlarda sadəcə halsizliq, yorğunluq, tənginəfəslik görülə bilər. Hətta klinik testlər belə qadınlarda normal izlənə bilir. Bu səbəbdən qadınlarda ürək xəstəliyinin diaqnozu bəzən gecikir.
  • Ürəyin işemik xəstəliyi kişilərə görə qadınlarda daha ölümcül nəticələnə bilər. Xəstəliyin klinikası qadınlarda daha ağır seyr edə bilər.
  • Qadın ürək və damarlarda laxta yaranması kişilərə nisbətlə daha çox rast gəlinir. Xüsusən doğum kontrolu həbləri istifadə edən və siqaret çəkən qadınlarda bu fərq çox daha açıq görünür.

Dr. Ülvin Həbibova

0 şərh