Qara ciyəri necə bişirmək lazımdır?

Qara ciyər yeməyi sevənlər çox olsa da, bəzi şəxslər onu xoşlamır. Amma mütəxəssislər qara ciyər yeməyin orqanizmə faydalı olduğunu bildirirlər. Sizə qara ciyərin daha əvvəl bilmədiyiniz faydaları barədə məlumat veririk.



Türkiyəli həkim, onkoloq Yavuz Dizdar bununla bağlı bildirir ki, ət yeyilən zaman protein alınır, amma qara ciyəri yedikdə orqanizm protein, vitamin daxil bir çox faydalı maddələrlə qidalanır: “Qara ciyər insan orqanizmi üçün əhəmiyyətli yer tutur. Çünki vitamin, mineral və proteinlər qara ciyərdə yığılır. Onu yedikdə bütün bu faydalı maddələrin hamısını birlikdə və balanslı şəkildə qəbul etmiş olursunuz. Tərkibində həmçinin şəkər və amin turşuları da var. Ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələrlə zəngindir. Çünki qara ciyər bədənin metobalizma mərkəzidir və içinə vitaminləri yığma xüsusiyyəti var. Bu baxımdan ətdən üstündür”.

Həkim qara ciyərin hansı qaydada bişirilərsə, daha faydalı olmasından da danışıb: “Qara ciyər çox bişirilərsə, qida dəyərini itirər. Xəfif qızardıldığında içərisindəki qida dəyərlərini qoruyur, amma çox qızardıldığında tərkibindəki qidalandırıcı ünsürlərin bir qismi istilik səbəbindən xarab olur. Qara ciyərin bir az çəhrayı qalması vacibdir, ocaqda uzun müddət qalıb tündləşərsə, tərkibindəki faydalı maddələr yox olar. Nazik doğranıb qızardılmalıdır. Quzu ciyəri alıb, nazik şəkildə doğrayıb, unlayıb qısa müddətli qızartmaq həm dadlı, həm də faydalı olar”.

«Ailəm» jurnalı
loading...

0 şərh