Mis necə yarandı?

Qədim Misirdə Nil çayının sahilində bir dulusçu yaşayırdı. O çox eybəcər küpələr (bardaqlar) düzəldirdi. Onun gördüyü işləri heç kim bəyənmirdi. Dulusçu nə qədər çalışırdısa da, onda heç nə alınmırdı. Nə etməli? O fikirləşdi, fikirləşdi və düşünüb tapdı. O zamanlar bəzək əşyaları düzəldilən malaxitdən istifadə etməyi qərara aldı. Yaşıl mineral olan malaxiti götürüb onu toz şəkilinə çevirdi.

Tozu su ilə qarışdırdı, alınan məhlulu bardaqlara çəkdi və sobaya qoydu. O bardağı sobadan çıxaranda öz gözlərinə inanmadı. Hətta ah çəkdi. Bardaqlar parıldayırdı, onlarda təzə göy otların çalarları var idi, elə bil onlar heç gildən hazırlanmamışdılar. Dulusçunun bu tapıntısı barədə xəbər bütün dünyaya yayıldı.

Tezliklə o biri Misirli ustalar da belə qəşəng bardaqlar düzəltməyə başladılar. Onların içərisində bir dulusçu var idi. O, həmişə hər şeyi səhv salırdı.



Bir dəfə o, bardağa məhlulu çox qalın lay şəklində çəkdi və onu həddindən artıq isti sobaya qoydu. Əlbətdə ki, bardaq dağıldı. Ancaq o, saxsı qırıqlarının üzərində xırda mis damcılarının olduğunu gördü. Onlar donmuşdular və adama elə gəlirdi ki, saxsı qırıqların üzərinə qırmızı şeh düşmüşdü.

Beləcə adamlar öyrəndilər ki, yaşıl malaxit daşının tərkibində qiymətli mis vardır!

Sən demə, səhvlərin arxasında böyük kəşflər dura bilər. Onu vaxtında görmək lazımdır, fürsəti əldən vermək olmaz.

Dulusçunun səhvindən metal sənayesi başladı. Xüsusi daşların tərkibində olan misi sobalarda əritməklə əldə edirdilər. Misdən kuzələr, qablar, digər ev əşyalarını, əsgərlər üçün qalxan, geyim düzəldirdilər.
O vaxtdan qədim Misirdə həyat dəyişdi. Ölkə böyük bir dövlətə çevrildi.

Öz böyüklüyünü sübüt etmək üçün misirlilər çox böyük saraylar, ibadətgahlar, piramidalar tikirdilər və onları qızıl və mislə bəzəyirdilər. Heyranedici qurğular. Onlardan bir neçəsi indi də dururlar. İndiyə qədər adamlar Misir ustalarının bacarığına, biliyinə tamaşa edir və təəccüblənirlər.
Kimyəvi element olan misin icadı görün nələrə səbəb oldu.
loading...

0 şərh