Pələng gözü

«Pələng gözü» mineralı qədim dövrlərdən bəri tanınır. Parlaq rənginə görə bəzən «günəş daşı» da adlandırılır. Bu qeyri-adi daş pələngin gözünü xatırladan çalarlara sahibdir. Qəhvəyi və qızılı rəngdə olur, üzərində isə qara dalğalı xətlər var.

İnsanlar uğur qazanmaq, mənfi enerjidən qorunmaq və müxtəlif xəstəliklərə qarşı mübarizə aparmaq üçün illərdir ki, Pələng gözü daşından talisman kimi istifadə edirlər. Bu daş əsasən “Pis gözdən qoruyan daş” kimi tanınır. Bu kvars daşı güclü enerjiyə malikdir. Daşın enerjisi çox müsbətdir, sahibinə yaxşı təsir edir. Gözlənilən təhlükədə, mineral sahibini xəbərdar etməyə başlayır. Bu zaman muncuqlar boyunu sıxmağa, boyunbağına taxılmış kulon ağırlaşmağa və üzük barmağı sıxmağa başlayır. 

Mineral, iş sahəsində də sahibinə kömək edir — daş, qazanc və uğurları cəlb edir, sahibini pis tərəfdaşlara qarşı qoruyur. Pələng gözü daşından düzəldilmiş ev əşyaları borcları qaytarmağa kömək edir və evi pulsuzluqdan qoruyur. 

Müxtəlif xəstəliklərin qarşısının alınması üçün bu daş böyük əhəmiyyət daşıyır. Pələng gözü daşında istifadə xalq təbabətində geniş yayılmışdır. Beyin insultundan sonrakı vəziyyətdə, ağır cərrahiyyə əməliyyatlarından sonra bədənin sürətli bərpası üçün istifadə olunmuşdur. Daş, psorias, astma, revmatizma kimi kompleks xəstəlikləri müalicə etməkdə kömək edir. Aclıqdan əziyyət çəkən insanların Pələng-gözü daşı üstlərində daşıması tövsiyə olunur, belə ki, mineral aclıq hissini azaltmağa kömək edir və bədəni toksinlərdən təmizləyir.

Pələng gözünün əsas yataqları Rusiyada (Ural, Şərqi Sibir), Ukrayna, Hindistan, Burma, Qərbi Avstraliya, Kanada, Namibiya, ABŞ-da yerləşir. Ən əhəmiyyətli dağ-mədən şirkətləri Cənubi Afrikadadır, burada bu daşa məhz “Tiger İron” yəni «Dəmir Pələng” deyilir.
 

0 şərh