Qırılmış göz kölgələrini bərpa etməyin yolları

Qabında çox bərk kimi görünən göz kölgələri əslində çox nazikdir.
Bir yerə dəyincə çatlayır, yerə düşəndə isə parçalanır. Sevimli göz kölgənizi toz halında görəndə nələr hiss etdiyinizi yaxşı anlayırıq. Ancaq bu qədər üzülmənizə ehtiyac yoxdur, çünki həlli var!
Çox sevərək aldığınız göz kölgəsi qırıldığında atmanıza ehtiyac yoxdur. Aile.lent.az-ın sizə verdiyi bu ipucları ilə kölgələri yenidən bərpa edə bilərsiniz. qırılmış göz kölgələrinin bərpası

1-ci addım: Paramparça edin
Qırılan göz kölgəsini bərpa etmək üçün ən başdan başlamaq lazımdır. Kölgəniz bir diş çöpü, ya da qələmin köməyi ilə toz halına gələnə kimi parçalayın.
2-ci addım: Spirtli içki əlavə edin
Parçalanmış kölgənizə ilə bir neçə damcı saf spirt əlavə edin.
3-cü addım:Qarışdırın
Diş çöpü, ya kiçik çubuğun yardımı ilə kölgəni qarışdırın. Nəm krem kimi bir hal alması lazımdır, lazım gəlsə, bir neçə damcı spirt əlavə edin.
4-cü addım: Presləyin
Xırda qəpiyi təmiz bir parçaya sarıyın və kölgənin üzərinə 30 saniyə basın. Ətrafdakı çıxıntıları salfetlə silin.
5-ci addım: Gözləyin
Kölgəni düz bir yerdə üstüaçıq şəkildə ən az 10 saat saxlayın.

Mənbə: Aile.lent.az
 

0 şərh