Qırmızı kürü necə seçilir?

Qırmızı kürü bir çox hallarda byaram süfrələrinin bəzəyidir. Qırmızı kürüdən müxtəlif buterbrodlar və salatlar hazırlanır. Bu delikatesin insan orqanizminə bir çox faydaları var. Bu yazımızda qırmızı kürünün faydaları və yaxud ziyanı haqqında məlumat verməyə çalışacayıq.
Hələ 100 il əvvəl balıqçılar qırmızı kürünü balığın içalatı ilə birgə istifadə etmədən atardılar. Qırmızı kürü tez xarab olduğundan onu qida kimi, qəbul edən insanda zəhərlənmə baş verməsi mümkün idi. O baxımdan qırmızı kürüdən itifadə edilmirdi. Belə ki, qırmızı kürünün duzlanması 19-cu əsrin sonlarına təsadüf edir.
Qırmız kürünün keyfiyyətini çox asan yolla aydınlaşdırmaq olar. qırmızı kürü
Belə ki, səthi hamar olan bir qab götürülür və qırmızı kürüdən bir iki dənə götürülərək onun üzərinə qoyulur və kürülərə üfürülür. Əgər kürü dənəcikləri qabın dibinə yapışıb qalırsa deməli kürü yaxşı deyil. Lakin kürü dənəcikləri qabın dibində üfürdükdən sonra rahat hərəkətə gəlirsə, bu o deməkdirki kürü keyfiyyətlidir və qida kimi istifadə edilə bilər.
Mütəxəsislərin fikrincə həftədə bir dəfə qırmızı kürü yemək yaddaşa və beyin funksiyalarının fəaliyyətinə xeyirlidir.
Qırmızı kürünün tərkibində 30% insan orqanizminin rahatlıqla qəbul edəcəyi zülallarla zəngindir. Bu baxımdan zəifləmiş və ağır xəstələrə bu kürüdən istifadə etmək tövsiyə olunur. Qırmızı kürü orqanizmin güclənməsinə və çəkinin düşməsinə yardım edir.
Qırmızı kürü uzaq şərq balıqçıları arasında ucuz ərzaq növü hesab edilirdi.
Qırmızı kürünün adət etdiyimiz tərzdə qəbul edilməsi, yəni buğda çörəyinin üzərinə şit yağı və kürü sürtərək yemək, həkimlərin fikrincə qara ciyəri və mədəaltı vəzini yükləyir və ziyan verə bilər.
Maraqlıdır ki, qırmızı kürü tərkibində bir çox xeyirli maddələrin olmasına görə, dietik qida növlərinə aid edilir. Lakin 100 qram qırmızı kürünün tərkibində 250 kalori mövcuddur. Qorxulu bir şey yoxdur. Bu miqdarda kürünü heç kim yemir. Bir qaşıq kürüdən isə insan orqanizminə xeyirdən başqa bir şey olmaz.
Çox təəssüflər olsun ki, müsair dövrümüzdə qırmızı kürü dadına görə, yaxşı olsa da xeyirlilik baxımından heç də elə deyil. Belə ki, kürünün uzun müddət xarab olmaması üçün ona müxtəlif kimyəvi maddələr və həddən artıq duz əlavə edilir.
Qırmızı kürünün tərkibində demək olar ki, insan orqanizminə lazım olan bütün maddələr mövcuddur. Əgər insan yalnız qırmızı kürü ilə qidalanarsa bu zaman həftədə 200 qramm qırmızı kürü yemək kifayət edərdi.
Ən dadlı və keyfiyyətli qırmızı kürü Saxalində istehsal edilən kürü hesab edilir. Belə ki, balqıçılar ovu duzlu dəniz sularında etdiklərinə görə, kürü əldə edilərkən bərkiməyə və kobudlaşmağa macal tapmır.
qırmızı kürü
Əgər qırmızı kürü əldə edildikdən sonra 4 saat ərzində duzlanırsa və tərkibində sadəcə 5% duz varsa, deməli bu kürü birinci növ hesab edilir. Yeri gəlmişkən əla növ qırmızı kürü mövcud deyil.
1240-cı ili əks etdirən tarixi yazılarda qeyd olunur ki, monqol xanı Xan Batıyın süfrəsinə qırmızı kürü verilərdi.
Bu xanın sevimli yeməklərindən idi. Lakin burada kürünün necə hazırlanması haqqında məlumat verilmir.
Dünya bazarında hər il milyon ton qırmızı kürü satılır. Belə çıxır ki, yer üzünün hər bir sakini ildə bu ləzzətli təamdan 200 qram yeyə bilər.Qırmızı kürü ilk dəfə bu təamdan dadan hər 10 nəfərdən birinin xoşuna gəlməyə bilər, 6-sı hər bayramda qırmızı kürü alaraq süfrəsinə qoyacaq və qalan 3 nəfər isə hər imkanda bu təamdan istifadə edəcək.
Beləliklə qırmız kürü almaq fikrinə düşsəniz bu məsələlərə diqqət etməniz tövsiyə olunur. Kürü bankalarının qapaqlarının üzərində olan yazılara diqqət etmək lazımdır. Belə ki, bu döymə yazılar bayır istiqamətdə döyülməlidir nəinki iç istiqamətdə. Həmçinin, hazırlanma tarixi burada əsas faktor sayıla bilər. Beləki, istehsal tarixi iyul və ya avqust aylarına təsadüf edən qırmızı kürü məqbul sayılır. Əgər istehsal tarixi başqadırsa deməli bu kürü ya buzlaşdırılmışdır ya da xüsusi maddələr əlavə edilmişdir. Hər iki halda kürünün keyfiyyəti aşağı olacaq.
Qırmızı kürü xolesterin tərkibli olmaq üzrə rekordsmen sayıla bilər. Hər 100 qramma 300 mq xolesterin düşür. Bununla yanaşı, qırmızı kürüdə lisetin və yarıdolğun yağ turşuları mövcuddur. Bu xüsusiyyət məhz qırmızı kürünü daha xeyirli edir.


Mənbə: deyerler.org
 

0 şərh