Qrip ilə koronavirusun fərqi nədir?

Qripin daha qısa bir inkubasiya müddəti və daha qısa davam etmə dövrü olduğu qeyd edilir. Belə ki, COVID-19 üçün xəstəlik müddəti beş-altı gün, qrip üçün isə üç gündür. Bu o deməkdir ki, qrip koronavirusdan daha sürətli yayıla bilər.
Bundan əlavə, qrip virusu xəstəliyin ilk üç-beş günündə ötürülür və simptomların başlanmasından əvvəl (presimptomatik) yoluxması mümkündür.
Qrip ilə koronavirusun fərqi
COVID-19-da isə bunun əksinə olaraq, simptomların başlamasından 24-48 saat əvvəl virusu yaya bilən insanların olduğunu bilsək də, bu yoluxmanın əsas səbəbi kimi görünmür.
Rospotrebnadzor uşaqlarda qrip virusunun ötürülməsində vacib bir amili də qeyd edib. Koronavirus onlara böyüklərdən daha az təsir göstərir: 19 yaşa qədər olan yaş qruplarında yoluxma halları azdır. Çindən alınan ilkin məlumatlar göstərir ki, uşaqlar böyüklər tərəfindən virusa yoluxurlar.
Şiddətli qrip infeksiyasına ən çox xroniki xəstəlikləri və immun çatışmazlığı olan uşaqlar, hamilə qadınlar, yaşlılar yoluxurlar.
COVID-19-da ağır yoluxma riski yaşlılıq və əlaqəli xəstəliklər vasitəsi ilə artır.
Dünyanın 130-dan çox ölkəsində 140 mindən çox insan koronavirusa  yoluxub. Beş mindən çox insan bu virusdan ölsə də yoluxanların çoxu sağalıb.
 
Mənbə: azedu.az

0 şərh