Gözlərimiz niyə yol çəkir

Çox vaxt insanın özündən asılı olmayan səbəblərdən baxışları bir nöqtəyə zillənib, cansız, şüşə gözlər kimi hərəkətsiz qalır. Hətta el arasında bu vəziyyətə «gözlərin yol çəkir», «uzaq yerdən qonağın gələcək» kimi sözlərlə ifadə olunur. Bəs bu həqiqətən belədir, yoxsa bu vəziyyətin dərinliyində ciddi problemlər dayanır?
Bəlkə də gözlər qəlbin aynasıdır- frazası bu məsələyə öz qəlibində aydınlıq gətirə bilər. İnsanın daxili vəziyyəti  baxışlarında öz əksini tapır. Çünki bizim gözlərimiz sinir sistemimizlə birbaşa əlaqədədir.
Əgər siz sevincli və ya kədərlisinizsə bu mütləq baxışlarınızda özünü biruzə verir. Hətta insan öldükdən sonra onun gözləri bir müddət işığa reaksiya verir, göz bəbəkləri canlı orqanizm kimi reaksiya verə bilir (qırpılır). Gözlərimiz niyə yol çəkir
“Donuq baxış” effektinin bir neçə səbəbləri var.
1.Soyuqdəymə, zökəm.
Bu gözlərin donuq olmasının ən geniş yayılmış səbəbidir. Qızdırma, zəifləmiş orqanizm, halsızlıq birinci gözlərdə əks olunur. Onların rəngi solur, yorğun görünür və tez-tez baxışlar bir nöqtəyə yönəlir. Xoşbəxtlikdən, bu simptom xəstəliklə birlikdə yoxa çıxır.
2.Psixoemosional vəziyyət.
Psixoloqların fikrincə “donuq baxış” effektinin yaranmasının başlıca səbəbi insan psixologiyasından asılıdır. Bu vəziyyət onun özünə qapanmasından, depresiyadan xəbər verir.
Hər kəs ətrafında baş verən çətinliklərə, bədbəxt hadisələrə başqa formada reaksiya verir. Güclü emosiyalar qarşısında bu vəziyyət özünü daha tez göstərir. Yox əgər heç bir pis hadisə baş verməyibsə, ancaq insanda yenə bu donuq baxışlar müşahidə olunursa, bu erkən depresiyanın xəbərçisidir. Bundan xilas olmaq üçün, mütləq bu melonxolik vəziyyətdən qurtulmaq lazımdır.
3.Fiziki yorğunluq.
Orqanizmə həddən artıq fiziki təzyiq etmək, uzun müddət yuxusuz qalmaq da «boş baxış» effektinə yol aça bilər. Bundan qurtulmaq üçün bu vərdişlərinizdən əl çəkin.
4.Sərxoşluq, alkoqolizm.
Əgər insan spirtli içkilərdən həftədə 1-2 dəfə və az miqdarda istifadə edirsə, «donuq baxış» vəziyyəti onun üçün qorxulu deyil. Bu vəziyyət spirtli içkilərdən mütəmadi və çox istifadə edənlərdə daha çox görünür. Bundan başqa alkoqolizmdə bu vəziyyət göz torbaları ilə bərabər müşahidə olunur. Bu vəziyyətdən xilas olmaq üçün mütləq mütəxəssisə müraciət olunmalıdır. Təsirli olması üçün müalicə mütləq  bir neçə tərəfdən ümumi aparılmalıdır.
5.Narkomaniya.
Bəli, bu pis vərdiş də insanın baxışlarına «donuq baxış» effekti verir. Bu zaman baxışlar solğun, gözlər yorğun görünür. Belə insanlar gözlərini bir nöqtəyə zilləyib saatlarla bu vəziyyətdə hərəkətsiz qala bilərlər. 
Gəlin, həyata donuq baxışla deyil, sağlam gözlə baxaq. Vəziyyətlər bizi deyil, biz vəziyyətləri idarə edək. Hər zaman sağlam olun.
 
Mənbə: interaztv.com

0 şərh