Loukosterlər həqiqətən də sərfəlidirmi?

Loukoster nədir?
Loukosterlər sərnişinlərə ucuz biletlər təklif edən qənaətli aviaşirkətlərdir. Biletin qiymətinə yalnız uçuş və əl-yükü daxildir. “Buta Airways” in qaydalarına görə əl yükü xüsusi ölçü cihazının içinə yerləşməli və müəyyən qabaritləri aşmamalıdır.
(55x35x20sm) Digər xidmətlər – baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. «Buta Airways» bütün reyslərində sərnişinlərə pulsuz sendviçlər və su təqdim edir.
Loukosterlər həqiqətən də sərfəlidirmi?
Loukosterlər necə qənaət edirlər?
hava limanı ödənişini azaldırlardayanacaq müddətini qısaldırlaryeni təyyarələrdə uçuş edirlərİşə az əməkdaş qəbul edirlər.
Hava limanı ödənişi – təyyarəyə xidmət ödənişidir. Daha yeni və mərkəzi limanlarda bu ödəniş, köhnə və turistik mərkəzlərdən uzaq olan limanlardan daha yüksəkdir.
Loukosterə bilet almazdan öncə onun dəyərinə hava limanından gedəcəyiniz yerə qədər istifadə edəcəyiniz nəqliyyat xərcini əlavə edin. Ola bilsin ki, ümumi qiymət ənənəvi aviaşirkətlərin təyyarə biletlərindən daha yüksə ola bilər.
Hava limanındakı dayanacaqlar ödənişli olduğu üçün loukosterlər yerdə çox dayanmırlar. Təmir və texnoloji heyətin əmək haqlarında qənaət etmək üçün, loukosterlər yeni təyyarə istifadə edirlər.
Qeydiyyat prosessində də qənaət etmək mümkündür. Loukosterlər işə az əməkdaş qəbul etdiklərinə görə qeydiyyatı internet vasitəsi ilə etmək daha sərfəlidir. Qeydiyyat hava limanında “Buta Airways” şirkəti vasitəsi ilə 8 avrodur, lakin saytda onlayn şəkildə və Heydər Əliyev Beynəlxalq Aeroportunda müstəqil qeydiyyat köşklərində isə pulsuzdur.
Aviabiletlərin qiymətləri
Loukosterlərə ən aşağı qiymətli biletlər promosyon haqqı ilə əldə edilə bilər. Aviabiletləri sifariş etməzdən öncə qiymətləri ənənəvi aviaşirkətlərlə müqayisə etməyiniz yaxşı olar. Bəzən qiymətlər arasında mühüm fərq olmur, lakin nəzərə almaq lazımdır ki, ənənəvi şirkətlər həmin qiymətə baqajın dəyərini daxil edir. “Buta Airways” şirkətindən onlayn alınan aviabiletin qaytarılması üçün telefon nömrəsi və yaxud elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət etmək olar. Əgər aviabileti turizm şirkəti və ya agentlikdə almısınızsa, o zaman aviabiletin qaytarılması üçün müvafiq turizm agentliyinin kassasına müraciət etmək lazımdır.
Loukoster ilə uçmaq nə vaxt sərfəlidir?
  • Kiçik əl yükü ilə uçanda;
  • yer seçimi vacib olmayanda;
  • uçuş qısamüddətli olduğunda (bu halda qida xidmətinə ehtiyac olmur);
  • onlayn qeydiyyatdan keçmək çətinlik törətmədikdə;
  • Oturacaqlar arasında kiçik məsafələr fiziki olaraq narahatlıq yaratmadıqda;
 
 
Mənbə: blogum.az
 
 

0 şərh